Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə31/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   27   28   29   30   31   32   33   34   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
25 
bilər. Onun “Azərbaycan dilçiliyinin nəzəri problemləri” (1971) adlı monoqrafiyasında da Azərbaycan 
dilinin daxili quruluş məsələləri nəzəri aspektdə öyrənilmişdir. 
Açar sözlər: Nəsir Məmmədov, nəzəri dilçilik, dilçiliyə giriş, dilçiliyin əsasları.  
RƏHİLƏ QULİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
 
DİLÇİLİK ELMİNİN PARLAQ SİMASI ƏLÖVSƏT ABDULLAYEV ZAMANIN YADDAŞINDA
 
 
Qədim tarixə malik olan Azərbaycan dilinin aktual problemlərini tədqiq etmək, dilin ictimai 
təbiətini, onun spesifik mexanizmini obyektiv şəkildə açıb göstərmək, dilimizi yüksək inkişaf səviyyəsinə 
qaldırmaq Mirzə Kazımbəydən başlamış bu günə qədər xalqımızın görkəmli ziyalılarını - alimlərini 
düşündürmüşdür. XX yüzillikdə B.Çobanzadənin akademik araşdırmaları ilə Azərbaycan dilçiliyi, ümumən, 
türkologiya yeni inkişaf mərhələsinə qədəm qoydu və Azərbaycanda çox sanballı, böyük nüfuza malik 
dilçilər, türkoloqlar ordusu yarandı. Bu mənada, Azərbaycan türkologiyasının yaradıcılarından biri görkəmli 
dilçi alim Əlövsət Abdullayevdir. 
Ə.Abdullayevin özünəməxsus yaradıcılıq konsepsiyası var idi. Alimin elmi əsərləri Almaniya, 
Fransa, Türkiyə, Rusiya və Orta Asiya ölkələrində dərc olunaraq böyük marağa səbəb olmuşdur. Yaradıcılıq 
diapazonu geniş olan Ə.Abdullayev dilçiliyin yalnız bir sahəsi ilə deyil, fonetika, orfoepiya, etimologiya, 
tarixi qrammatika, morfologiya, sintaksis, nitq mədəniyyəti və s. sahələri ilə məşğul olmuş, bütövlükdə 
türkologiyanın ən aktual problemlərinə həsr edilmiş sanballı əsərlər yaratmışdır. Xüsusiləşmə və əlavə 
kateqoriyaları, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələrin tərkib 
hissələrinin transformasiyası və digər məsələlər ilk dəfə onun tərəfindən işlənmiş və ali məktəb proqramına 
daxil edilmişdir. 
Dövlət mükafatı laureatı, Türk Dil Qurumunun həqiqi üzvü, Beynəlxalq Altayşünaslar Konqresinin 
üzvü Ə.Abdullayev Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda bir çox türkoloq alimlərin 
yetişməsində əvəzsiz xidmətlər göstərmişdir. O, qazax, türkmən, qaqauz, kumuk, qaraçay-balkar dillərinin 
müxtəlif problemləri üzrə 50-dən çox dissertasiyanın rəsmi opponenti, 1976-cı ildə Nalçikdə nəşr edilmiş 
qaraçay-balkar dilinin ilk qrammatika dərsliyinin müəlliflərindən biri olmuşdur. Ümumən, Ə.Abdullayev 
türkologiyada özündən sonra məktəb yaratmış alimlərdən biridir: bu məktəbin yetirmələri onun yolunu 
uğurla davam etdirir və ustadlarının xatirəsini əbədiləşdirirlər. Prof. Mehman Musaoğlu “Türk Dil Bilimi 
Bağlamında Azərbaycan Dilciliği ve Prof. Dr. Elövset Abdullayev’in Söz Dizimi Ekolü” adlı məqaləsində 
yazır: “...12 yıl...Sovetler Birliği döneminde, ondan sonra Türkiye’de çalışdığım süre içerisinde her zaman 
kendimi ünlü dil bilimci Türkolog Prof. Dr. Elövset Abdullayev’in söz konusu ekolünün temsilcisi ve 
öğrencisi olarak gördüm... Hep hocamın kaldığı yerden devam etmeye çalıştım... Türklük= Türk bilimi= 
Türk dil bilimi= Türk söz dizimi ve dil bilimi doğrultusunda...” 
Türkologiyanın inkişafında özünəməxsus dəstxətti ilə dərin iz qoymuş Ə.Abdullayevin parlaq siması 
yetirmələrinin xatirində və zamanın yaddaşında əbədi yaşayacaq. Böyük alimin dilçilik görüşlərinin geniş 
şəkildə araşdırılması mütəxəssislər və gənc tədqiqatçılar qarşısında həllini gözləyən ümdə məsələlərdən 
biridir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin