Açar sözlər: Azərbaycan, ədəbi dil, tarix, dövrləşdirmə, norma. SEVDA SADIQOVA Filologiya üzrə fəlsəfə doktoru, dosent Bakı Dövlət Universiteti
AKADEMİK TOFİQ HACIYEV YARADICILIĞINDA DİL VƏ KİMLİK MƏSƏLƏSİ İnsan fenomeni əvvəli və sonu olmayan araşdırma mənbəyidir. Bu tədqiqatın ən mürəkkəb
tərəflərindən biri isə insanın şüur, intellekt fəaliyyəti və bu fəaliyyətin dillə ifadəsidir. Şüur və intellekti
ölçən xüsusi cihaz yoxdur, yalnız fiziki orqanların fəaliyyəti ilə müəyyənləşir və öyrənilir. Onun əsas
göstəricisi isə dildir. Elmi düşüncə, biliklər dil işarələrində öz ifadəsini taparaq reallaşır. Odur ki, bütün
zamanlarda və cəmiyyətlərdə sözə dəyər verilmiş, söz sənəti əsas elm sahələrindən biri kimi diqqət
mərkəzində olmuşdur. Dil mənsub olduğu xalqın kimlik vəsiqəsidir, min illik həyat təcrübəsinin, düşüncə tərzinin,
psixologiyasının və s. toplusudur. Dil və kimlik məsələsi ədəbi fikir və dil tariximizin yorulmaz tədqiqatçısı,
görkəmli türkoloq, dilçilik elminin korifeylərindən olan T.Hacıyev yaradıcılığının ana sütunlarından birini
təşkil edir. O, silsilə tədqiqatlarında, həmçinin “Azərbaycan ədəbi dilinin tarixi” adlı iki cildlik
fundamental əsərində Azərbaycan xalqının və dilinin etnogenezi ilə qlottogenezi məsələlərinə geniş yer
ayırır, dil və düşüncə, dil və xalq, dil və cəmiyyət müstəvisində Çin filosofu Konfutsinin “....heç bir şey dil qədər əhəmiyyətli deyil” fəlsəfi yanaşmasını əsaslı hesab edir. Alimin davamlı elmi araşdırmalarının
məntiqi nəticəsi kimi gəldiyi “Cəmiyyət dilin gerçək, yoxsa yalan danışmağı ilə keyfiyyətlənir”. “Dilimiz “Qar üstünə qar dammış kimi al yanaqlım” təşbehindən bəri, “Gördüm” və “Görmədim” fəlsəfi təsdiq
və inkarından, “El bilir ki, sən mənimsən” Vətən sevgisinə və “Qalib gələcəkmi dünyada kamal” bəşəri
sualına qədər uzun və uğurlu bir yol keçib”. Bu yol sonsuzluğa üz tutub... Bu yolun sahibləri bizik!” fikri
Azərbaycan ədəbi dilinin struktur mükəmməlliyi və məzmun funksionallığının tarixi inkişaf mənzərəsini
dəqiq ifadə edir, konsept fəallığı haqqında təsəvvür yaradır. Açar sözlər: Tofiq Hacıyev, dil, kimlik, dil tarixi, ədəbi dil.