Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə25/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   21   22   23   24   25   26   27   28   ...   122
SON - BDU-100 KONFRANS 1

Anahtar kelimelerüniversite, dilbilimi, Azerbaycan türkçesi, Muhtar Hüseynzade
 
 
 


BDU-nun Filologiya fakültəsi - 100 
21 
GÜLXANIM VƏLİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
 
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİNİN
TƏDRİSİNƏ DAİR 
 
1969-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində Türkologiya kafedrası yaradılandan 
sonra bu kafedrada dilçiliyin ən aktual problemlərini əhatə edən fənlər – “Türkologiyaya giriş”, “Qədim 
türk yazılı abidələri”, “Türk dillərinin müqayisəli qrammatikası”, “Müasir türk dillərindən biri” və s. tədris 
olunmağa başladı. Kafedranı yaradan və ona rəhbərlik edən çox hörmətli, ciddi, nüfuzlu alim prof. Fərhad 
Zeynalov o dövrün ən tanınmış dilçi alimlərini kafedraya cəlb etmişdi. Prof. A.Vəliyev, prof. T.Hacıyev, 
prof. S.Əlizadə, dos. Ə.Bağırov, dos. Ş.Xəlilov, sonralar dos. İ.Vəliyev, prof. E.Əzizov və başqaları. Həmin 
vaxt respublikanın ali məktəblərindən ancaq Baki Dövlət Universitetində “Qədim türk yazılı abidələri” fənni 
tədris olunurdu. Həmin fənn ali məktəblərinin tədris planına daxil edilərək həm filologiya, həm də tarix 
fakültələrində əyani, qiyabi bakalavr, magistratura pillələrində keçirilir. Ötən 50 il müddətində bu fənn daha 
da kamilləşmiş və uğurla tədris olunur. Prof. M.Novruzov, prof. M.Məmmədli, dos. Q.Abdullayeva və 
başqaları bu fənni tələbələrə sevdirməyə müvəffəq olmuşlar.
Türk xalqlarının soykökünün, əski tarixinin, onun tarixi inkişaf mərhələlərinin və türk dillərinin dünya 
dilləri içərisində yerinin müəyyənləşdirilməsində bu abidələr əvəzsiz yazılı mənbədir. Tədris prosesində 
tələbələr qədim türk (runik) əlifbasını mükəmməl öyrənir, yazı və oxu vərdişlərinə yiyələnir, mətn üzərində 
işləyir, müasir Azərbaycan dilindən fərqli fonetik, qrammatik, leksik xüsusiyyətləri aşkarlayırlar. Yeri 
gəldikcə, digər türk dilləri, ədəbi-bədii dil nümunələrimiz, dialekt və şivələrimizlə müqayisələr aparılır. 
“Qədim türk dili” fənni “Türkologiyaya giriş”, “Azərbaycan dialektologiyası”, “Azərbaycan dilinin 
tarixi qrammatikası”, “Azərbaycan ədəbi dili tarixi”, “Türk dillərinin müqayisəli qrammatikası” və s. fənlərin 
tədrisinə zəmin hazırlayır və onların daha yaxşı mənimsənilməsinə imkan verir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin