Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə26/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   22   23   24   25   26   27   28   29   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: qədim türk dili, türkologiya kafedrası, yazılı abidə, türk əlibası, fonetik, qrammatik 
xüsusiyyətlər. 
XATİRƏ ABDULLAYEVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Slavyan Universiteti 
 
ELMİ KADRLARIN YETİŞDİRİLMƏSİNDƏ AKADEMİK TOFİQ HACIYEVİN XİDMƏTİ 
 
Ərəb dilində rəhbər “öndə gedən, yol göstərən” anlamına gəlir. Haqqında söhbət açdığım rəhbər də 
alimlərin öndə gedəni, insanların ən zirvədən boylananı, müasir dövrümüzün Dədə Qorqudu, Mahmud 
Kaşgarisi, Füzulisi... sayılan əvəzolunmaz akademik Tofiq Hacıyevdir. Nə vaxtsa, Tofiq müəllim haqqında 
fikir soyləyəcəyimi, belə bir şərəfə nail olacağamı ağlımın ucundan belə keçirtməmişdim. Heç xəyalıma da 
gəlməzdi ki, Tofiq müəllim bir vaxtlar mənim elmi rəhbərim, daha sonra isə elmi məsləhətçim olacaq. Etiraf 
edirəm, bunu heç vaxt düşünməmişdim. Əslində düşünmüşdüm, anamın elmi rəhbəri və elmi məsləhətçisi 
kimi... Amma zaman gəldi, xəyallarım gerçək oldu! Çox vaxt söhbət əsnasında tanıdığım dissertantların, 
aspirantların bir çoxunun dedikləri “kaş Tofiq müəllimin etimadını qazana biləydik, kaş Tofiq müəllim bizim 
də elmi rəhbərimiz olaydı”... fikirlərini tez-tez eşidirdim. Həmin vaxt yaşadığım qürurverici hissləri hal-
hazırda dilə gətirməkdə belə çətinlik çəkirəm. Elm camiyəsinə kadrların təqdimində akademik T.Hacıyev 
fenomeni hamıya bəllidir. Çünki yüksək ixtisaslı elmi kadr hazırlığı sahəsindəki fəaliyyəti həmişə onun şəxsi 
elmi fəaliyyəti ilə qoşa addımlayıb. Bu sahədə misilsiz xidməti olan akademik T.Hacıyev 7 elmlər doktoru, 
21 elmlər namizədi yetişdirib. Onların əksəriyyəti bu gün elm aləminin sayseçmələridir. Amma həmişə “kişi 
yetirmələrimin içində Nizami Cəfərov, qadın yetirmələrimin içində isə Qızılgül xanım mənim davamçımdır” 
deyib. Məhz Tofiq müəllimin düzgün elmi istiqaməti, tələbkarlığı sayəsində dissertant və aspirantları elm 
aləminə yüksək səviyyəli tədqiqat işləri təqdim etməyi bacarıblar. Azərbaycan dilinin inkişafı naminə Cənubi 
Azərbaycan üçün elmi kadr hazırlığında da T.Hacıyevin xidməti ölçüyəgəlməzdir. O bütün yetişdirmələrinə 
həmişə bir ata şəfqəti ilə yanaşıb, onlara qayğıkeş münasibət bəsləyib, onların müvəffəqiyyətini öz 
müvəffəqiyyəti bilib. Bir yetişdirməsi olaraq Tofiq müəllimin qayğısını, həm də etimadını Bakı Slavyan 
Universitetinin Türkologiya kafedrasında (müəllim kimi çalışdığım kafedradan söhbət gedir) keçirilən 
namizədlik dissertasiyamın müzakirəsi zamanı mən daha aydın hiss elədim. Heç bir dissertantının, 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin