Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə17/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   13   14   15   16   17   18   19   20   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: oğuz, qıpçaq, uyğur, ədəbi dil, yazılı abidə. 
BÖYÜKXANIM EMİNLİ 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
 Sumqayıt Dövlət Universiteti
YUSİF SEYİDOVUN ELMİ YARADICILIĞINDA AZƏRBAYCAN DİLİNİN
QRAMMATİK QURULUŞU
 
Böyük filoloq alim Yusif Mir Əhməd oğlu Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr 
edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın (monoqrafiya, dərslik və dərs vəsaitlərinin) 
müəllifi idi. O, ölkəmizdə qrammatika problemlərinin tədqiqi sahəsində ən görkəmli mütəxəssislərdən - 
Azərbaycanşünas türkoloqlardan hesab olunur. Onun hələ 1950-ci illərdə yazdığı ilk əsərlərində birinci dəfə 
olaraq feili tərkiblərin qrammatik mahiyyəti açılmış, tərkiblərlə budaq cümlələrin bərabərləşdirilməsinin 
bütün səbəbləri, nəzəri linqvistik əsasları elmi şəkildə müəyyən edilmişdir.
O,türkologiyada ilk dəfə söz birləşmələrindən mürəkkəb cümləyə qədər bütün sintaktik vahidlərin 
tərkib hissələri arasında tabesizlik və tabelilik əlaqələrinin mövcudluğunu müəyyən etmiş, bu sahədə bir sıra 
yeni elmi fikirlər irəli sürmüşdür. Məsələn, “Danışan mənəm” tipli cümlələrdə mübtəda ilə xəbər arasında 
uzlaşma əlaqəsinin olmaması və bunun səbəbi; qoşmaların idarə əlaqəsində tabeedici söz ola bilməməsi; 


BDU-nun Filologiya fakültəsi - 100 
16 
yanaşma əlaqəsinin tam və natamam formaları; “mən gələndə”, “sən gələndə” tipli birləşmələrdə tərəflər 
arasındakı əlaqənin dilçilikdə bəlli olmaması haqqındakı nəzəri mülahizələri Azərbaycan dilçiliyi üçün yeni 
idi. İkinci və üçüncü növ təyini söz birləşmələrinin cümlə üzvü kimi parçalana bilməməsinin elmi 
qrammatik əsasları ilk dəfə professor Yusif Seyidov tərəfindən müəyyənləşdirilmişdir. 
Prof. Yusif Seyidovun ötən əsrin 50-ci illərində çap etdirdiyi monoqrafiyalarında xitabın formaca 
üçüncü şəxsə, məzmunca ikinci şəxsə aid olması; xitabın əvəzliklə (“sən”, “siz” əvəzlikləri ilə) ifadə 
olunması; xitab vasitəsilə münasibət ifadə etmək və bu məqsədlə istifadə olunan leksik və qrammatik 
vasitələr; xitabın üslubi mövqeyi; ara sözlərin ismi və feli növləri, köməkçi sözlərlə işlənmə imkanları və s. 
cəhətləri yüksək nəzəri səviyyədə həll edilir. Professor Yusif Seyidov türkologiyada ilk dəfə olaraq belə bir 
elmi-nəzəri fikirlə çıxış edir ki, hər bir cümlə üzvü müxtəlif nitq hissələrinə aid sözlərlə ifadə olunduğu 
kimi, ara sözlər də ayrı-ayrı nitq hissələrinə aid sözlərlə ifadə oluna bilər. Prof. Yusif Seyidovun 
“Azərbaycan ədəbi dilində əlavə söz və əlavə cümlələr” monoqrafiyasına qədər Azərbaycan dilçiliyində bu 
mövzular haqqında adi anlayış belə olmamışdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin