Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə16/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   12   13   14   15   16   17   18   19   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
15 
C.Novruz, S.Tahir, F.Sadıq, A.Laçınlı haqqında yazdığı məqalələr dərin elmi təhlillə yanaşı, lirizmi və 
emosionallığı ilə seçilir.
Hansı mövzuda yazmasından asılı olmayaraq, bütün əsərləri Samət Əlizadənin söz sənətinin estetik 
prinsiplərinə son dərəcə ehtiramla yanaşan incə ruhlu ziyalı, abidələrimizin orijinallığının qorunmasına sadiq 
prinsipial alim-mətnşünas olduğunu sübut edir. Samət Əlizadə imzası isə Azərbaycan elm tarixi salnaməsinə 
əbədi həkk olunmuş imzalardandır.
Açar sözlərədəbi dil tarixi, mətnşünaslıq, yazılı abidələr, Oğuznamə, Kitabi-Dədə Qorqud. 
 
YADİGAR ƏLİYEV 
Filologiya elmləri doktoru 
Gəncə Dövlət Universiteti 
BAKI DÖVLƏT UNİVERSİTETİNİN FİLOLOGİYA FAKÜLTƏSİNDƏ ÜMUMTÜRK ƏDƏBİ 
DİLİ - TÜRKİNİN ÖYRƏNİLMƏSİ TARİXİ 
 
Ümumtürk ədəbi dili türki haqqında rus türkologiyasında elmi araşdırmalar aparılsa da, Azərbaycan 
dilçiliyində bu məsələ yeni əsrin əvvəllərinə qədər elmi-tədqiqat mövzusu olmamışdır. İlk dəfə akademik 
Nizami Cəfərov “Ümumtürk ədəbi dili-türki: təşəkkülü, təkamülü, tənəzzülü” adlı sanballı elmi-tədqiqat 
işində türkinin meydana gəlməsi və inkişaf tarixindən bəhs etmiş, onu Azərbaycan türkologiyasıının aktual 
problemlərindən birinə çevirmişdir. O, türkini min ilə qədər tarixi olan mükəmməl bir dil təzahürü kimi 
səciyyələndirmiş, hansı etnik-siyasi əsaslar üzərində təşəkkül tapması, regionlaşması və bu qəbildən digər 
silsilə məsələlər qarşıya qoymuşdur. Əsərdə ümumtürk ədəbi dili-türkinin bu günə qədər ətraflı və düzgün 
elmi metodologiya ilə araşdırılmadığı nəzərə çarpdırılır, türkinin təşəkkülü (IX-XII əsrlər), təkamülü (və ya 
regionallaşma, XIII-XVI əsrlər), tənəzzülü (XVII-XVIII əsrlər) dövrləri səciyyələndirilir, qədim türk yazılı 
abidələrinin dili ilə türki arasında əsaslı fərqlər aydınlaşdırılır.
Orxon-Yenisey abidələrinin yazıldığı qədim türk ədəbi dilinin xüsusiyyətlərini qoruyub saxlayan türki 
XI-XII əsr mənbələrində “Xaqaniyyə türkcəsi”, “Kaşğar dili”, “Kaşğar türkcəsi” adlandırılmış, “türki” adını 
XVI əsrdə Ə.Nəvainin sələfi olan cığatay şairləri işlətmişlər. Akademik N.Cəfərov haqlı olaraq qeyd edir ki, 
“Divani-lüğət-it türk”ün türkcə mətnləri ümumtürk ədəbi dili türkinin ilk nümunələrini əks etdirir. Müəllif 
türkoloji dilçilikdə irəli sürülən türk etnokulturoloji regionlarının diferensiasiyası ilə əlaqədar olaraq, türkinin 
regional təzahür formaları haqqında fikir və mülahizələri daha da konkretləşdirir: Şərq (yaxud Türküstan), 
Şimal-Qərb (qıpçaq) və Cənub-Şərq (oğuz) türkiləri. Bu əsasda orta əsrlər türk yazılı abidələrinin türkinin bu 
və ya digər təzahür formasına aid olması baxımından təsnifini mümkün sayır. Eyni məntiqlə “Oğuznamə”, 
“Məhəbbətnamə” (XIII əsr), “Qisasül-ənbiya” (XIV əsr), “Müqəddimat ül-ədəb” (XIV əsr) oğuz abidələri
“Nəhcül-fəradis” (XIV əsr), bir sıra tərcümə lüğətləri qıpçaq abidələri, Ə.Nəvainin sələfləri olan şairlərin 
əsərləri (XIV əsr), Ə.Nəvainin əsərləri (XV əsr), Ə.Nəvainin davamçılarının əsərləri, Türküstan dövlətlərinin 
türkcə rəsmi sənədləri karluq-uyğur abidələri hesab edilir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin