Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   104
Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi 
I. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları 
üçün məcburidir. 
II. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər 
nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, 
piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), 
piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında 
dayanmalıdırlar: 
1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı 
maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 
2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi 
qarşısında; 
3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara 
maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. 
III. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. 
IV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda 
nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü 
hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti 
davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan 
piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks 


istiqamətli 
hərəkətlərini 
ayıran 
xəttin 
üzərində 
dayanmalıdırlar. 
V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının 
və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu 
siqnallara və göstərişlərə əməl etməlidirlər. 
VI. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, 
keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat 
vermək üçün səs siqnalı da tətbiq oluna bilər. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin