Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Yolayrıcılarının keçilməsi qaydaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   104
Yolayrıcılarının keçilməsi qaydaları 
I. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə 
olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan 
velosipedçilərə yol verməlidir. 
II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa 
və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti 
üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə 
girməsi qadağandır. 
III. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə 
müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. 
IV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya 
nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər 
nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış 
üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. 


Nizamlanan yolayrıcıları
I. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya 
geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol 
verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. 
II. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində 
yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən 
gələn nəqliyyat vasitələrinə yol verməlidir. 
III. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm 
də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət 
istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya 
sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi 
istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat 
vasitələrinə yol verməlidir. 
IV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının 
çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan 
istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona 


maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda 
qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir 
svetoforun siqnalını əsas tutmalıdır. 
V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa 
çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində 
keçidi başa çatdırmamış piyadalara yol verməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin