Avtomagistrallarda hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda
hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda,
sürücülər bundan istifadə etməlidirlər.
II. Avtomagistrallarda
:
1) piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların,
əl arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı
maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə
görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin,
avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının
hərəkəti;
2) icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci
zolaqdan sonrakılarda hərəkəti;
3) 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından
kənarda dayanmaq və ya durmaq;
4)
geriyə
dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək;
5) geriyə hərəkət etmək;
6) sürmə təlimi keçmək qadağandır.
III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat
vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün
nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol
hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir.
IV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir.
Dəmiryol keçidlərində hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya)
yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər.
II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama
xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı,
yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir.
III. Keçidə girmək:
1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya
bağlanmağa başladıqda;
2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və
mövcudluğundan asılı olmayaraq);
3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri
və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud
kürəyi sürücüyə tərəf dayandıqda);
4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur
etdikdə;
5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində);
6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat
vasitələrinin yanından keçib getmək qadağandır.
Bundan əlavə:
1)
şlaqbaumu özbaşına açmaq;
2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və
mexanizmləri dəmiryol keçidindən keçirmək;
3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı
olan nəqliyyat vasitələrinin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti
qadağandır.
IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya
svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum
olmadıqda
isə
birinci
relsə
azı
10
metr
qalmış
dayanmalıdır.
V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən
düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü:
1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan
daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə
hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir;
2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir;
3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir.
Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz
parlaq rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məşəl və ya
fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs siqnalı
verməkdən ibarətdir.
Dostları ilə paylaş: |