Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Avtomagistrallarda hərəkət



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   104
Avtomagistrallarda hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda 
hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda, 
sürücülər bundan istifadə etməlidirlər. 
II. Avtomagistrallarda

1) piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, 
əl arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı 
maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə 
görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, 
avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının 
hərəkəti; 
2) icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci 
zolaqdan sonrakılarda hərəkəti; 
3) 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından 
kənarda dayanmaq və ya durmaq; 
4) 
geriyə 
dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək; 
5) geriyə hərəkət etmək; 
6) sürmə təlimi keçmək qadağandır. 


III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat 
vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün 
nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol 
hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir. 
IV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir. 
Dəmiryol keçidlərində hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) 
yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər. 
II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama 
xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, 
yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir. 
III. Keçidə girmək:
1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya 
bağlanmağa başladıqda; 


2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və 
mövcudluğundan asılı olmayaraq); 
3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri 
və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud 
kürəyi sürücüyə tərəf dayandıqda); 
4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur 
etdikdə; 
5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində); 
6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat 
vasitələrinin yanından keçib getmək qadağandır. 
Bundan əlavə: 
1)
şlaqbaumu özbaşına açmaq;
2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və 
mexanizmləri dəmiryol keçidindən keçirmək; 
3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı 
olan nəqliyyat vasitələrinin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti 
qadağandır. 
IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya 
svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum 
olmadıqda 
isə 
birinci 
relsə 
azı 
10 
metr 
qalmış 
dayanmalıdır. 
V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən 
düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü: 
1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan 
daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə 
hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir; 


2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir; 
3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir. 
Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz 
parlaq rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məşəl və ya 
fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs siqnalı 
verməkdən ibarətdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin