Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Nizamlanmayan yolayrıcları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   104
Nizamlanmayan yolayrıcları
I. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla 
hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan 
nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol 
verməlidir. 
II. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən 
sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək 
qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz 
aralarında bu qaydaları əsas tutmalıdırlar. 
III. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat 
vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. 
Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə 
yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz 
nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. 


IV. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni 
əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat 
vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas 
tutmalıdırlar. 
V. Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə 
(sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları 
isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. 
Nizamlanmayan yol ayrıclarının xüsusi növlərindən biri də 4.3 
«dairəvi hərəkət» nişanı tətbiq olunmuş dairəvi hərəkət açılmalarıdır. 
belə kəsişmələrdə də hərəkət ümumi prinsiplərlə idarə olunur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
əgər yol ayrıcı girişlərində üstünlük nişanları tətbiq 
olunmamışdırsa, dairəyə girən nv - lər hərəkət üstünlüyünə malikdirlər. 
buraxma qabiliyyəti məhdud, həndəsi ölçüləri normativ hədlərdə 
olmayan dairəvi kəsişmənin girişlərində 2.4 «yol verin» və ya 2.5 «da-


yanmadan keçmək qadağandır» nişanları, dairənin özündə isə 2.1 «baş 
yol» nişanları tətbiq oluna bilər. bu halda dairə daxilində hərəkət edən 
nv- lər üstün hərəkət şəraitində olurlar. 
nizamlanan yol ayrıclarında nv və piyadaların hərəkəti əsasən 
svetofor siqnalları ilə idarə olunurlar. onların hərəkətini bəzi hallarda 
nizamlayıcılar idarə edirlər. sadə yol ayrıcına yaşıl işıqda girmiş nv 
çıxışda hansı siqnalın yanmasından asılı olmayaraq onu təmizləməlidir. 
Mürəkkəb yol ayrıclarında isə yol ayrıcına girmiş nv sürücüsü onun 
qarşısındakı bütün svetoforların siqnallarına diqqət yetirməli və onların 
tələblərinə əməl etməlidir. belə yol ayrıclarında hərəkəti idarə etmək 
üçün nizamlayıcının siqnallarının mahiyyətinə əvvəlki fəsillərdə 
baxmışıq. 
yol ayrıclarında hərəkət edən ağır və uzun ölçülü nv - lər yüksək 
ətalətə və kiçik sürətə malik olduqlarından digər nv sürücüləri yol 
ayrıcından vaxtında keçmələri üçün onlara şərait yaratmalıdırlar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin