Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat
vasitələrinin dayanması
I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda,
sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu
keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat
vasitələrinin hərəkəti
nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa,
sürücü keçidə
yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları
təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil
olmuşdursa və ya daxil
olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.
II. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında
dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda
hərəkət edən digər
nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında
piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
III. Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü
piyada keçidində
dayanmağa məcbur edəcəksə, onun
piyada keçidinə girməsi
qadağandır.
IV. Sürücü yaşayış
məntəqələrində, piyada keçidlərindən
kənarda ağ çəliklə
işarə verən kor piyadalara yol verməlidir.
V. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə
yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılırsa,
sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən
və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən).
VI. «Uşaqlar» tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən,
sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.