Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Qanaxma zamanı ilk tibbi yardım



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   104
 
Qanaxma zamanı ilk tibbi yardım
 
İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ 
hissəsi bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və dəri) 
ehtiyyat halında saxlanılır. Hər hansı travma zamanı qan 
damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanın 
miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər 
orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2- 2,5L qan itirildikdə ölümlə 
nəticələnə bilər. Qanaxma 3 cür olur: kapilyar, venoz və arterial qanaxma. Qan 
bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. 
Kapilyar qanaxma
— cüzi zədələnmə zamanı da baş verə bilər. Kapilyar 
qanaxma zamanı ilk yardım göstərdikdə, yara ətrafına yod tinkturası sürtməklə 
oranı təmizlədikdən sonra təmiz bintlə sarğı qoymaq lazımdır. Və ya sadəcə adi 
sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Sarğı orqanizmə yad cisimləri, 
əsasən, mikrobları keçməyə qoymur və qanın tez laxtalanmasına kömək edir. Bütün 
hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı 
dayandırmağa kömək edir.
Arterial qanaxmalar
Bu cür qanaxmalar həyat üçün qorxuludur. 
Arteriyalar zədələndikdə qan “fəvvarə kimi” xaricə axır. Belə halda 
istifadə edilən sarğı qanı saxlaya bilməz, yalnız qanın axınının 
sürətini bir qədər azalda bilər. Buna görə də, hadisə yerində həkim 
gələnə qədər tez tədbir görülməlidir. İlk növbədə, ətrafı yuxarı 
qaldırmaq və yaralanmış yerdən yuxarıda arteriyanı barmaqla basıb 
saxlamaq lazımdır. Sonra isə, rezin turna ilə və ya burulmuş parça ilə 
sıxmaq lazımdır. Turna qoyulacaq yerə əvvəlcə təmiz parça və ya bint parçası 
qoyurlar ki, dəri zədələnməsin, sonra həmin yeri hər hansı parça ilə boş sarıyırlar. 
Parça ilə ətrafın arasından möhkəm çubuq keçirir və bu çubuqla parçanı o qədər 
bururlar ki, yaradan qanaxma dayanır. Bundan sonra çubuğu bintlə turnaya 
bərkidirlər.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin