Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   104
Yüklərin daşınması
I. Daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı 
müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən 
artıq olmamalıdır. 
II. Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə 
başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və 
vəziyyətinə nəzarət etməlidir. 
III. Yükün daşınmasına: 
1) adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər 
vurmaması; 
2) sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin 
davamlılığını 
pozmaması 
və 
idarə 
olunmasını 
çətinləşdirməməsi; 
3) yükün yerlə sürünməməsi və yola düşməməsi; 
4) yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma 
nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə 
mane olmaması; 
5) səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə 
yol verilir. 
IV. Yükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, 
sürücü sadalanan daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər 
görməli və ya hərəkəti dayandırmalıdır. 
V. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən - qabarit 
işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa 


çıxdıqda «İri qabaritli yük» tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq 
vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq 
fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə 
işarə olunmalıdır. 
VI. Ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, 
yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, hündürlüyü 
yolun hərəkət hissəsinin səthindən 4 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 
20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü 
nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan 
nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi 
qaydalara uyğun olaraq həyata keçirilir. 
VII. Taxıl, ot, yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük 
çəkilməlidir. 
VIII. Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda 
və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı 
və 
ya 
yanıb-sönən 
qırmızı 
işıqlı 
portativ 
fənər 
qoymalıdır. 
IX. Mikroavtobusların, avtobusların və minik maşınlarının sürücülərinə: 
a) nəqliyyat vasitəsinin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri 
quraşdırılmadıqda, 
onun 
damında 
yük 
daşımaq; 
b) yük yerinin qarşısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq 
qadağandır. 
X. Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və 
ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz 
edilmiş nəqliyyat vasitələri ilə və xüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə 
daşınır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin