Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Bilavasitə lüt bədənə jqut



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   104
Bilavasitə lüt bədənə jqut 
qoymaq olmaz! Jqutun altına qoyulan parça büküşlərsiz - hamar olmalıdır!
Zədələnmiş ətrafı bir qədər qaldıraraq, altdan qoyulan parça üzərindən, qabaqcadan 
dartılmış jqutu bir neçə dəfə sıx şəkildə ətrafa dolayırlar. Jqut düzgün qoyularsa, 
ətraf tez bir zamanda avazıyır və soyuyur, yaradan axan qan isə dayanır. Eyni 
zamanda qoyulan jqutdan aşağı hissədə ətraf damarlarında pulsasiya (nəbz) da yox 


olur. Sonda jqutun kənarlarını bir-birinə 
bağlayırlar.
 
Əgər jqut damarları kifayət qədər sıxmazsa, qanaxma davam edəcəkdir. Bu halda 
jqutu çıxararaq yenidən qoymaq lazımdır. 
Əgər qanaxma dayanarsa, ancaq 
jqutdan aşağıda damar üzərində pulsasiya hiss edilərsə, bu halda da jqutu 
çıxarıb yenidən qoymaq tələb olunur! Yadda saxlayın ki, düzgün qoyulmayan 
jqut toxuma və sinirlərin geriyədönməz şəkildə zədələnməsinə səbəb ola bilər! 
Ona görə də jqutu yalnız qan güclü “fontanla” axdığı halda qoymaq lazımdır! 
Əgər lazım olduğu anda əlinizin altında jqut olmazsa, bu məqsədlə kəndir, kəmər, 
şərf, dəsmal, əsgi parçasından da istifadə etmək olar. Bu halda həmin parcanı həlqə 
şəklində bağlayıb, zədələnmiş yerdən bir qədər yuxarı olmaqla ətrafa keçirir, sonra 
parçanın həlqəsinə taxta parçası, qələm, karandaş və s. yerləşdirərək, qanayan 
damar tam sıxılana qədər burmağa başlayırlar (bax, şəkil N 4). Sonda taxta 
parçasının geriyə burulmaqla açılmaması üçün onu digər əsgi parçası ilə ətrafa 
(ayağa və ya qola) bağlayırlar. 
Toxumaların, xüsusən də sinirlərin əlavə zədələnməsi təhlükəsi olduğu üçün 
jqutu əvəz etmək məqsədi ilə məftil, şnur, ip və s. bu kimi nazik əşyalardan 
istifadə edilməsi məsləhət görülmür! 
Ətrafa qoyulmuş jqutu yay aylarında 1 saat ərzində, qış aylarında isə 30 dəqiqədən 
artıq (uşaqlarda bu müddət daha qısa olur) saxlamaq olmaz. Bu qaydaya əməl 
edilməzsə, bədənin jqutdan aşağıda yerləşən hissəsindəki toxumalar tam şəkildə 
məhv ola bilərlər. 
İlin soyuq aylarında jqutun zədələnən ətrafda uzun müddət ərzində qalması, 
zədələnən hissədə qan ilə təchizat dayandığı üçün donvurma təhlükəsi çox yüksək 
olur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin