Bintləmə qaydaları
:
- xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;
- yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına
fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
- bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini
örtməlidir;
- bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı
qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdırlar. Məsələn, sarğıdan sonra xəstə
gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
- bintin uclarını bədənin sağlam hissəsi üzərində (!) bağlamaq lazımdır.
Qoyulan sarğı ətrafda qan dövranını pozmamalıdır!
Əgər
travmaya məruz
qalmış ətrafda keyləşmə hissiyyatı yaranarsa, ağrı güclənərsə, şişkinlik artarsa və
ya sarğıdan aşağıda dəri göyərməyə başlayarsa, sarğını bir qədər boşaltmaq və ya
dəyişmək lazımdır.
Sıxılmış vena və kapilyarlarda tez bir zamanda tromb (qan laxtaları)
əmələ gəlir və
bu səbəbdən də qanaxma dayanır. Bundan sonra
zərərçəkənə isti maye içirtmək,
lazım olduğu halda ağrıkəsici dərman vermək, istiliyi qorumaq üçün üstünü örtmək
və qanaxmanı tamamilə dayandırmaq üçün onu
mümkün qədər tez bir zaman
ərzində xəstəxanaya çatdırmaq lazımdır.
Sarğı qoyduqdan sonra
qanaxma davam edərsə, artıq bağlanmağa başlamış kiçik
damarları zədələməmək üçün sarğını çıxarmamaqla, onun üzərindən ikinci, lazım
olduqda isə üçüncü sarğını da qoymaq lazımdır. Adətən, hətta güclü venoz və
kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı
dayandırmağa imkan verir. Qanaxmanı dayandıran kimi xəstəni dərhal yaxındakı
xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır!
Dostları ilə paylaş: