bir qədər yuxarıda barmaqlarla sıxaraq, jqutu çıxarmaq, 2-3 dəqiqə
gözlədikdən sonra isə onu əvvəlki yerindən bir qədər aşağı və ya yuxarı
olmaqla yenidən qoymaq lazımdır. Yadda saxlamaq lazımdır ki, jqutu təkrar
qoyduqdan sonra onun ətrafda qalma müddəti əvvəlki icazə verilən müddətin
yarısına bərabər olur!
Jqut cəld hərəkətlərlə qoyulur. Jqutu çıxardıqda isə bunu asta-asta etmək lazımdır.
Bu məqsədlə səthi riflənmiş (kələ-kötür) olan və zədələnən sahədə qan dövranını
minimal şəkildə saxlayan müasir jqutlardan istifadə etmək daha yaxşıdır (belə jqut
apteklərdə və ya ilkin tibbi yardım üçün olan xüsusi aptek qutusunda olur).
Zərərçəkənin alnında, yanağında və ya əlində iri hərflərlə qələmlə (və ya bu
kimi digər vasitələrlə) jqutun dəqiq qoyulma vaxtını və “jqut!” sözünü
yazmaq lazımdır!
Qoyulan jqutun üzərini örtmək olmaz – o, mütləq görünməlidir!
Jqut qoyulmuş
ətrafı bir qədər yuxarı qaldırıb, altına yastıq, mütəkkə, bükülmüş paltar qoyaraq,
hərəkətsizləşdirməq məqsədi ilə onu taxta parçasına bağlamaq - şin qoymaq və
üzərini paltar, ədyal bə s. ilə örtmək lazımdır (qış zamanı zərərçəkənin özünü də isti
bürümək lazımdır). Sonra zərərçəkəni dərhal yaxındakı xəstəxanaya və ya travma
məntəqəsinə çatdırmaq lazımdır!
Böyüklərə nisbətən uşaqlarda arteriyaların daha elastik, arterial təzyiqin isə
daha aşağı olduğunu nəzərə alsaq, onlarda zədələnmiş sahədə nəinki güclü
venoz qanaxmanı, hətta çox da güclü olmayan arterial qanaxmanı da
zədələnmiş sahəyə sıxıcı sarğı qoymaqla dayandırmaq olar! Ona görə də
uşaqlara, yalnız istisna hallarda – sıxıcı sarğı heç bir kömək etmədikdə jqut
qoymaq olar!
Yuxarıda
qeyd etdiyimiz kimi, qolda və ya ayaqda
olan arterial qanaxmanı ətrafın sıx qatlanması ilə də dayandırmaq olar. Bunun üçün
yara nahiyəsindən yuxarıda olan oynağı sıx şəkildə büküb bint və ya digər
vasitələrlə (kəmər, dəsmal, şərf, və s.) fiksasiya (bağlamaq) edirlər – bağlayırlar
(bax şəkil N 3). Əksər hallarda bu üsuldan yuxarı ətraf damarlarında
olan qanaxma
zamanı istifadə olunur.
Belə ki, bazuönü nahiyədə və əl pəncəsində yara sahəsindəki qanaxmanı saxlamaq
üçün ilk növbədə sıx şəkildə bükülmüş pambıq və tənzifdən hazırlanmış kiçik
mütəkkəni dirsək oynağının bükücü sahəsinə yerləşdirmək lazımdır. Bundan sonra
dirsəyi güclü şəkildə sıxaraq, bilək nahiyəsində nəbz itənədək və yara
nahiyəsindəki qanaxma dayananadək bint və ya kəmər
ilə bazuönü hissəni bazu
hissəsinə sıxaraq bağlayırlar. Ancaq bir çox hallarda bu üsulla qanaxmanı tam
şəkildə saxlamaq mümkün olmur. Sınıq və ya sınığın olmasına şübhə olduğu
hallarda da bu üsuldan istifadə etmək olmaz!
Dostları ilə paylaş: