Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   104
Daha bir vacib məsələ!
Yarada şüşə və ya hər hansı digər iti əşya gördükdə
heç bir halda onu çıxarmağa cəhd etməyin! Bu zaman siz zərərçəkənin 
vəziyyətini daha da ağırlaşdıra bilərsiniz. Qanaxmanı saxlayaraq zərərçəkəni 
tez bir zamanda həkimə çatdırın!
Daxili qanaxma
zamanı zədələnmiş nahiyədən axan qan xaricə deyil, orqanizmin 
öz daxilindəki boşluqlara (qarın boşluğu, döş qəfəsi boşluğu və s.) axır. Bu, adətən, 
hündür yerlərdən yıxıldıqda və ya güclü zərbədən sonra baş verir. 
Daxili 
qanaxmanın əlamətləri aşağıdakılardır:
- dəri örtüklərinin həddindən artıq avazıması; 
- soyuq tər; 


- üşütmə; 
- səthi və zəif tənəffüs
- bəzi hallarda ağrı (ağrı olmaya da bilər); 
- bəzi hallarda qan qarışığı ilə qusma (mədə qanaxması zamanı); 
- bəzi hallarda qanlı öskürək (ağ ciyər qanaxmaları zamanı) və s. 
Daxili qanaxması olan insanı nəqliyyatla daşımaq çox təhlükəlidir. Buna görə də 
xəstəni xəstəxanaya yalnız həkimin müşayiəti ilə aparmaq olar. Bunun üçün dərhal 
“təcili yardım” çağırın. “Təcili yardım”a zəng vurarkən, zərərçəkəndə daxili 
qanaxmaya şübhə olması barədə mütləq məlumat vermək lazımdır. 
“Təcili yardım” gələnə qədər xəstəni ehtiyatla yarıoturaq vəziyyətdə uzatmaq, 
üstünü isti örtmək, hərəkət etməyə və danışmağa imkan verməmək, qarın 
nahiyəsinə isə içərisində buz və ya soyuq su olan rezin qovuq (“qrelka”) qoymaq 
lazımdır. 
Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, nə su, nə də 
ağrını kəsmək üçün dərman preparatları vermək olmaz! 
Bəzi hallarda güclü qanaxma zamanı huşun itirilməsi də baş verə bilər. Bu zaman 
zərərçəkəni üzüyuxarı uzatmaq, ayaqlarını yuxarı qaldıraraq onları dizdən bükmək 
lazımdır. Heç bir halda xəstəni tək qoymayın! 
Bəzən elə olur ki, gizli daxili qanaxma uzun müddət ərzində baş verir və nəticədə 
insan sağlamlığında ciddi problemlərə səbəb olur. Uşaqlarınızın səhhətinə və ö

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin