Statistika məlumatlarının
analizi göstərir ki, YNH, əsasən
aşağıdakı səbəblər üzündən baş verir:
-sürətin artırılması;
-sürücünün diqqətsizliyi;
-yolun soluna çıxış və dayanacaq məntəqələrinin yanından
ehtiyatsız keçmə;
-piyadaların yolu müəyyən edilməmiş yerdən və yaxınlaşan
nəqliyyat vasitəsinin qabağından keçməsi;
-piyadanın yolun hərəkət hissəsi boyu getməsi;
-nəqliyyat vasitəsinin arxasından qəfildən yolun hərəkət hissəsinə
çıxma;
-tormoz sistemi və sükan idarəsinin nasazlığı;
-yolun lazımi qədər işıqlandırılması bə buzun olması;
-səkilərin olmaması və ya eninin kifayət qədər olaması.
Qeyd
olunduğu kimi,hər bir YNH bir neçə səbəbdən baş verə
bilər.Orta hesabla hər 100 YNH-yə 250 səbəb və amil düşür.Statistika
məlumatları göstərir ki,YNH-nin əksəriyyəti
obyektiv amillər üzündən
baş verir.
YNH-nin səbəblərinin düzgün müəyyən edilməsi sayəsində
onların sayının azadılması üçün daha səmərəli tədbirlər işləyib
hazırlamaq olur.
Analiz göstərmişdir ki,şəhərlərin çoxunda baş vermiş hadisələrin
əksəriyyəti NV-nin toqquşması,aşması, və piyadaların vurulmasıdır.Bu
hadisələrin əsas səbəbi sürücülərin yol hərəkəti qaydalarında əməl
etməməsidir.
Dostları ilə paylaş: