sürücü kadrlarının peşəkarlığının yüksəldilməsinə yönəldildi.
Respublikalarda avtomobil nəqliyyatı nazirliklərinin yaranması ilə DAM-ın
funksiyaları bir qədər dəyişdirildi. O, aşağıdakı vəzifələrdən azad edildi:
avtoistismar materiallarının sərfi üzrə texniki normaların işlənməsi; avtomobil
parkının iş göstəricilərinin işlənməsi; sürücülərin hazırlanması ilə əlaqədar
funksiyaları məhdudaşdırıldı.
Bunun əksinə olaraq YNH-nin qarşısının alınması və hərəkətin nizamlanması
üzrə işlərin əhəmiyyəti artırıldı. Bir sıra böyük şəhərlərdə (Moskva, Leninqrad,
Kiyev) küçə hərəkətinin nizamlanması
üzrə şöbələr, avtomagistrallarda isə yol
milisi bölmələri yaradıldı.
DAM-ın işinin təkmilləşdirilməsində əsas addım 1969-cu ildə atıldı ki, bu da
özünü müttəfiq və muxtar respublika DIN-in DAM idarələrində, diyar və şəhər
icraiyyə komitələrinin daxili işlər idarələrində (DII) yol hərəkətinin təşkili üzrə
bölmələrin (hazırda, yol-nəzarət bölmələri adlanır) yaradılmasını göstərdi.
DAM-ın göstərilən bölmələri birbaşa yol hərəkəti xidmətinə aiddir. Bunların
üzərinə aşağıdakı vəzifələr qoyuldu:
-yol hərəkətinin öyrənilməsi;
-hərəkətin təşkilinin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması;
-müxtəlif təşkilatlar tərəfindən təqdim olunan müvafiq layihə sənədlərinin
razılaşdırılması;
-hərəkətin təşkili məsələləri üzrə komissiya və texniki şuraların işində iştirak
etmək;
-yol hərəkəti qaydaları və digər normativ sənədlər üzrə müəyyən olunmuş
hərəkətin təşkili qaydalarına əmək olunmasına nəzarət etmək;
-qabaritdən kənar yüklərin daşınmasına və
yollarda müxtəlif işlərin
aparılmasına icazə vermək.
DAM bölmələri yol nəzarəti üzrə öz funksiyalarını yol, nəqliyyat,
kommunal, layihə, memar-planlaşdırma, elmi-texniki təşkilatların, həmçinin ali və
orta ixtisas təhsili müəssisələrinin iştirakı ilə yerinə yetirirlər.
1972-ci ildə avtomobilləşmənin inkişafı ilə əlaqədar olaraq DIN orqanları
sistemində, DAM-ın tərkibinə daxil olan, xüsusiləşdirilmiş quraşdırma-istismar
bölmələri (XQIB) yaradıldı və onlar DAM-ın yol-nəzarət şöbəsinin rəhbərliyi
altında işləyirlər.
Hazırda, “Siqnal”istehsalat layihə istismar idarəsi adlanan bu bölmə
YHTNV-nin layihələndirilməsi, hazırlanması (alınması), quraşdırılması, istismarı
və təmiri işlərini yerinə yetirirlər. DAM yol hərəkətinin təhlükəsizliyinə aid olan
qaydalar,
normativlər, standartlar hazırlayır və ya onların digər təşkilatlar
tərəfindən hazırlanmasında iştirak edir, onların yerinə yetirilməsinə nəzarət edir.
Bütün nəqliyyat vasitələrinin konstruksiya layihələri hərəkətin təhlükəsizliyi
cəhətdən DAM ilə razılaşdırılmalıdır. DAM-ın nümayəndələri yeni hərəkət tərkibi
növlərinin dövlət sınaqlarında iştirak edirlər. Dövlət Avtomobil Müfəttişliyinin əsas
vəzifəsi hərəkətin təhlükəsizliyi və avtomotonəqliyyat vasitələrindən istifadə
olunmasının səmərəliliyini artırmaq məqsədi ilə yol hərəkətinin təşkilini
təkmilləşdirməkdir.
Yol–istismar müəssisələri nəzdindəki və avtonəqliyyat müəssisələrindəki
hərəkətin təhlükəsizliyi xidmətləri yuxarıda göstərilən məsələlərin həllində DAM-a
yaxından kömək edirlər. ANM-in hərəkətin təhlükəsizliyi
xidməti hərəkət
şəraitlərini tədqiq edir, hərəkətin təşkili və yol şəraitlərinin yaxşılaşdırılması üzrə
tədbirlər işləyir, həmçinin, sürət reжiminin normalaşdırılması və ona əməl
olunmasına nəzarətdə iştirak edirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 19 fevral tarixli
qərarı ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə respublika
komissiyası haqqında” əsasnamə təsdiq edilmişdir. Komissiyanın aşağıdakı
vəzifələri müəyyənləşdirilmişdir:
-respublikanın şəhər və rayonlarının icra hakimiyyətləri, nazirliklər, idarələr
və digər təşkilatlarla birlikdə qəzaların qarşısının alınması üzrə fəaliyyətin üstün
istiqamətlərinin müəyyənləşdirilməsi;
-respublikada,
şəhərlərdə, rayonlarda, nazirliklərdə, idarələrdə və digər
təşkilatlarda avtonəqliyyatda travmatizmin qarşısının alınması sahəsində tədbirlərin
səmərəliliyinin qiymətləndirilməsi, bu işin məhsuldarlığının artırılması üçün
təkliflər işlənib hazırlanması.
Əsasnamədə komissiyanın yerinə yetirdiyi funksiyalar və onun hüquqları
göstərilmişdir.
Ağır nəticələrə səbəb olmuş YNH-ni, yaxud digər təxirəsalınmaz məsələləri
müzakirə etmək zərurəti yarandıqda Respublika komissiyasının növbədənkənar
iclası çağırılır.
Hərəkətin təhlükəsizliyinin təmini üzrə bütün fəaliyyətlərin əsasını YNH-nin
dəqiq qeydiyyatı və analizi təşkil edir. Bu qey-diyyat DAM,
avtonəqliyyat
müəssisələri və yol–istismar təşki-latlarında aparılır. DAM-da hər bir YNH-yə
müvafiq sənədlər hazırlanır və “YNH-nin qeydiyyat vərəqi” doldurulur. DAM-da
elə YNH-yə tam sənədlər hazırlanır ki, hadisə nəticəsində insan ölümü və ya
xəsarəti baş verir.
Keçmiş SSRI-də DAM-ın YNH haqqındakı məlumatlarını yığmaq, işləmək
və analiz etmək üçün vahid avtomatlaşdırılmış sistem yaradılmışdır ki, onun da
əsasını “YNH-nin qeydiyyat vərəqi” təşkil edir. Bu vərəq iki nüsxədə doldurulur ki,
bunlardan biri rayon və ya şəhər daxili işlər şöbəsində saxlanır, digəri isə mərkəzə
məlumat verən DAM-ın ərazi idarələrinə (DIŞ-in DAM idarələri, şöbələri, DII)
göndərilir. DAM-ın ərazi idarələrinə daxil olan vərəqlərə baxılır,
məntiqi analiz
edilir, kodlaşdırılır və kod (rəqəm) yazıları vərəqin xüsusi kod bölməsinə
köçürülür. Kodlaşdırılmış vərəqlər teleqraf və ya teletayp vasitəsilə SSRI DIN-ın
Baş qeydiyyat və məlumat elmi-tədqiqat mərkəzinin hesablama mərkəzinə
göndərilirdi. Alınmış məlumatlar analiz edilir və ümumiləşdirilir.
Müasir dövrdə respublikamızda bu qaydalar, əsasən, dəyişmə-mişdir.
Dostları ilə paylaş: