“Yol nişanları və siqnalları haqqında protokol” yol nişanları və göstəriciləri
sistemini, hərəkət hissəsinin nişanlanma qaydalarını və svetofor siqnalları haqqında
əsas qaydaları müəyyən etdi. Qeyd etmək lazımdır ki, 1949-cu il protokolu Avropa
ölkələrində qəbul edilmiş yol nişanlarına
istinad etdiyindən, Konvensiya 78 ölkə
tərəfindən qəbul edildiyinə baxmayaraq protokolu cəmi 38 dövlət təsdiq etdi. Belə
ki, Amerika ölkələri nisbətən başqa yol nişanları sisteminə malik olduqlarından
protokola qoşulmadılar.
1964-cü ildə BMT-nin Avropa iqtisadi komissiyasının işgüzar orqanları
çərçivəsində keçmiş SSRI-nin iştirakı ilə yol hərəkətinin təşkili üzrə yeni əsas
sənədlər işlənməyə başlandı. Bu iş BMT-nin 1968-ci ildə Vyanada keçirilmiş yol
hərəkəti üzrə konfransı ilə başa çatdı. Burada “Yol hərəkəti haqqında Konvensiya”,
“Yol nişanları və siqnalları haqqında Konvensiya” sənədləri qəbul edildi. 1968-ci il
Konvensiyası nəinki, relssiz mexaniki nəqliyyat vasitələrinin və piyadaların,
həmçinin tramvay, velosipedçi, əlil arabalarının, canlı nəqliyyat
vasitələrini idarə
edən və malqara aparan şəxslərin hərəkət qaydalarını müəyyən etdi.
Beynəlxalq Konvensiyalardan başqa müəyyən qrup ölkələr arasında regional
müqavilələr də bağlanmağa başladı ki, bunlar hər bir ölkənin şəraitinə daha uyğun
oldu. Buna yol hərəkəti haqqında Avropa müqaviləsini misal göstərmək olar.
Göstərilən tipik sənədlərə baxmayaraq müxtəlif ölkələrin sənədlərində
müəyyən fərqlər mövcuddur. Bu, onların avtomobilləşmə səviyyəsi,
qanunvericiliyi, hərəkətin nizamlanma texnikasının inkişafı və həmçinin yerli
adətlərinin müxtəlif olması ilə izah edilir. Hal-hazırda
ABŞ-da vahid yol hərəkət
qaydaları mövcud deyildir.
1961-ci ilə qədər keçmiş SSRI-də vahid hərəkət qaydaları yox idi. Ölkənin
avtomobilləşmə səviyyəsinin artması ilə sürücü kadrlarının hazırlanmasının
qaydaya salınması və hərəkətin təşkilinin təkmilləşdirilməsi məqsədilə 1961-ci ildə
vahid yol hərəkət qaydaları yaradıldı.
1965-ci ildə bu hərəkət qaydalarına yenidən baxıldı və 1970-ci ildə bir sıra
əlavələr edildi.
Keçmiş SSRI-də 1973-cü ildə qəbul edilmiş “Yol hərəkəti qaydaları” ilk dəfə
ümumdünya terminologiyasını özündə əks etdirdi. 1980-cı ildə “Yol hərəkəti
qaydaları”na yenidən baxıldı və yeni redaksiyada SSRI DIN tərəfindən təsdiq
edildi.
Burada əsas dəyişiklik ondan ibarət oldu ki, qaydalara yeni DÜIST 10807-70
əlavə olundu. Burada da yol nişanlarının sayı artırıldı, qaydaya salındı və həmçinin,
DÜIST 23457-79 nəzərə alındı.
Hazırkı yol hərəkət qaydaları belə bəzən
elə əmrlər nəzərdə tutur ki, onlar
sürücülərdən subyektiv qiymətləndirmə tələb edir. Belə tələblərə misal olaraq
hərəkət sürətindən asılı olaraq sürüçünün ara məsafəsini seçməsini, nizamlanmayan
piyada keçidlərində piyadalar yolu o vaxt keçə bilərlər ki, onlar yaxınlaşan
nəqliyyat
vasitəsinə
qədər
olan
məsafəni
və
onun
sürətini düzgün
qiymətləndirsinlər, keçmənin təhlükəsizliynə əmin olsunlar və s. göstərmək olar.
Təcrübələr göstərir ki, belə subyektiv tələblər bir çox hallarda kobud səhvlərlə
nəticələnir.
Ona görə də hərəkətin təhlükəsizliyini təmin etmək problemini həll etmək
üçün qaydaları ardıcıl olaraq təkmilləşdirməklə yanaşı,
bir tərəfdən hərəkət
qaydaları haqqında sürücü və piyadalara texniki vasitələrlə maksimum məlumat
vermək, digər tərəfdən isə qaydaları təbliğ etməyin üsul və formalarını
təkmilləşdirmək lazımdır.
Mövcud qaydaların lazımi etibarlığa malik olmaması səbəbin-ən hal-hazırda
dünyanın bütün ölkələrində əsas qayda pozğunluğu sürətin artırılması, yəni verilmiş
hərəkət şəraitinə uyğun olaraq sürətin düzgün seçilməməsidir. Məhz bu səbəbdən
də hərəkətin təşkilində əsas istiqamətlərdən biri hərəkət sürətinin normalaşd-
ırılmasıdır. Sürücünün subyektiv qərarlarını azaltmaq
məqsədi ilə bu zaman
teleidarə olunan nişanlar, xüsusi qaydalar, radio və s. istifadə olunur.
Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə
olaraq 1998-ci ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının
Qanununu qəbul etdi. Bu qanunda beynəlxalq sənədlər və müasir Avropa
standartları öz əksini tapdı.
Dostları ilə paylaş: