Bakı Texniki Kollecinin müəllimi Hüseynli


YNH-də SÜRÜCÜ AMILININ ROLU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   56   57   58   59   60   61   62   63   ...   104
YNH-də SÜRÜCÜ AMILININ ROLU 
 
Tədqiqatlar göstərmişdir ki, YNH-nin çoxunun səbəbi sürücülərin düzgün 
olmayan fəaliyyətidir (dünya üzrə təxminən 60-90%). Beləliklə, sürücü “sürücü-
avtomobil-yol-mühit” sisteminin ən vacib və ən etibarsız elementidir. Sürücünün 
səhv hərəkətləri onun fəaliyyətinin ixtiyari mərhələsində baş verə bilər. Belə mər-
hələlər bunlardır: məlumatın qəbul edilməsi, analizi, qərarın qəbul edilməsi və ya 
avtomobilin idarə orqanları vasitəsilə hərəkət aktının yerinə yetirilməsi. 
YNH-nin əsas səbəblərindən biri hərəkət iştirakçılarının intizamsızlığı və 
onların 
hərəkət 
qaydalarını 
pozmasıdır. 
Bu, 
insanın 
psixofizioloжi 
xüsusiyyətlərinin xarici əlamətidir. Hərəkət qaydası aşağıdakı səbəblərdən pozula 


bilər: qavrayışın, diqqətin, yaddaşın yanlışlığı və ya sürücünün psixomotor 
reaksiyasının gecikməsi, sürücünün özünü itirməsi və ya yol şəraitini düzgün 
müəyyən etmə qabiliyyətinin olmaması. 
Nizam-intizamlı və yaxşı hazırlıqlı sürücü belə, mürəkkəb yol şəraitində səhv 
edə bilər. Bu onun psixofizioloжi imkanlarının məhdudluğu ilə izah olunur. Adi 
hərəkət şəraitlərində bu çatışmazlıq bəzən nəzərə çarpmır. 
Sürücü avtomobili idarə etdikdə, bir sıra hallarda, bəzi əməliyyatları, öz 
psixofizioloжi imkanlarına yaxın olan çox yüksək sürətlə yerinə yetirməli olur. 
Hərəkət şəraiti daimi olaraq tez-tez dəyişdikdə sürücünün reaksiyasından daha da 
itilik və dəqiqlik tələb olunur. Sürücülərin reaksiya vaxtları eyni deyildir. Reaksiya 
vaxtı yorğunluğun təsiri ilə, qaranlıq vaxtı və s. hallarda arta da bilər. 
Sürücünün hazırlıq səviyyəsi də YNH-nin baş verməsinə səbəb ola bilər. Bir 
qayda olaraq sürücülərin düzgün olmayan fəaliyyəti qəza vəziyyətləri yaradır. Qəza 
vəziyyətləri heç də həmişə YNH ilə nəticələnmir. Sürücü çox hallarda öz düzgün 
fəaliyyəti ilə qəza vəziyyətini aradan qaldırır. 
YNH-dən danışdıqda sürücü və piyadaların qarşılıqlı əlaqəsini yaddan 
çıxarmaq olmaz. Hərəkət hissəsində həm sürücü, həm də piyadaların fəaliyyəti eyni 
məqsədə–hərəkətin təhlükəsizliyinin təmin olunmasına yönəldilməlidir. 
Avtomobilin sürəti nə qədər yüksək olsa, öz səhvini düzəltmək üçün 
sürücünün daha da az vaxtı qalır. Günün qaranlıq vaxtı yaranan qəza 
vəziyyətlərində sürücülərin vaxt çatışmazlığı özünü daha qabarıq şəkildə göstərir. 
Sürücülər nəzərə almalıdırlar ki, günün qaranlıq vaxtlarında piyadaların çoxu 
pis seçilən tünd rəngli paltar geyinirlər. Qış vaxtı piyadalar qalın paltar geydiyindən 
hərəkətləri çətinləşir, müşahidə qabiliyyətləri azalır və onlar təhlükəni gec dərk 
edirlər. 
Sürücülər uşaqların nisbətən sürətli yerdəyişmələrini (tədqiqatlar 
göstərmişdir ki, 6-10 yaşlı uşaqların sürəti 6,6 km/saat olur) və piyadaların 
intizamsızlığını qabaqcadan nəzərə almalıdırlar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin