Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   ...   104
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
SÜRÜCÜ ƏMƏYİNİN PSİXOFİZİOLOJİ 
XÜSUSİYYƏTLƏRİ 
Sürücü avtomobili idarə etdikdə yol şəraitləri haqqında lazımi məlumatlar 
alır, onları qiymətləndirir, işləyir, qərar qəbul edir və idarə etmə orqanlarına təsir 
göstərir. Bundan başqa, sürücü öz idarəedici təsirlərinin nəticələrinə nəzarət edir. 
Idarəedici təsirlərin nəticələri haqqında məlumatlar əks əlaqə kanalları vasitəsilə 
alınır. Bu məlumatları aldıqdan sonra o, bunları yenidən işləyir və dəyişmiş yol 
şəraitinə uyğun yeni qərar qəbul edir. Beləliklə, avtomobilin idarə edilməsi prosesi 
insanın yüksək səviyyəli psixofiziolжi keyfiyyətlərini tələb edən məsələlərin həll 
edilməsi ilə əlaqədardır. Sürücünün psixofiziolжi xüsusiyyətləri vaxt çatışmazlığı 
şəraitində, yüksək hərəkət intensivliyi zamanı, yüksək sürətlərdə, qaranlıq vaxtı 
avtomobili idarə etdikdə, mürəkkəb yol şəraitlərində və s. daha qabarıq şəkildə 
özünü göstərir.
Məhdud psixofizioloжi imkanlara malik olan sürücülər sadə yol şəraitlərində 
avtomobili asan idarə edir, yüksək emosional gərginlik şəraitlərində (qəza 
vəziyyətlərində) isə düzgün qərarlar qəbul etməyi həmişə bacarmır. 
Kritik yol vəziyyətlərində sürücünün idarəedici təsirlərinin müvəffəqiyyəti 
hər şeydən əvvəl onun operativ keyfiyyətlərindən asılıdır. Sürücünün operativ 
keyfiyyətləri dedikdə onun məlumatları dəqiq qəbul etməsi və işləməsi, vaxtında 
cavab təsirlərini yerinə yetirməsi başa düşülür. 
Kritik əsəbi vəziyyətlərdə sürücünün emosional dayanıqlığı da böyük 
əhəmiyyətə malikdir. Ancaq bu xüsusiyyətlər ayrı-ayrı psixofiziolжi 
keyfiyyətlərdən asılı olub, onların məcmusunda sürücünün psixofiziolжi 
etibarlılığını müəyyən edir.
Duyğu
sadə psixi proses olub, ətrafımızda və hətta öz orqanizmimizdə baş 
verənlər haqqında işarə (siqnal) verir. Ətraf mühit insanın hiss üzvlərinə 
(analizatorlara) təsir edərək duyğu yaradır. Sürücü sənəti üçün ən əhəmiyyətli 
duyğular bunlardır: eşitmə, görmə, əzələ-hərəkət (kinestezik), dəri və vestibulyar. 
Sürücü yol şəraitləri haqqında məlumatların 80-85%-ni bilavasitə görmə 
duyğusunun köməyi ilə alır. Günün qaranlıq vaxtlarında uyğunlaşma (adaptasiya) 
xüsusi əhəmiyyətə malikdir. Sürücü rəngləri yaxşı seçməlidir. Insanlarda 
anadangəlmə daltoniklik, yəni rəngləri pis seçmək xəstəliyi ola bilər. Ən çox rast 
gəlinən qırmızı və yaşıl işığın seçilməməsi xəstəliyidir. Sürücü lazımi görmə 
sahəsinə malik olmalıdır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin