Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   60   61   62   63   64   65   66   67   ...   104
sensomotor reaksiya
adlanır. 
Sürücünün fəaliyyətinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, dəyişən 
yol şəraitlərinə uyğun olaraq ətraf mühitin siqnallarına tez məhəl qoymalıdır. 
Sürücünün cavab təsirləri kompleks ola bilər. Məsələn, hərəkət sürətini dəyişməklə 
sükan çarxını döndərir, səs siqnalı verir və s. Sensomotor reaksiyanın iki dövrü 
vardır. 
1. Gizli dövr (
latent dövrü
)–qıcıqlandırıcının təsir etdiyi andan cavab 
reaksiyasına qədər keçən dövr.
2. Hərəkət dövrü (
motor dövrü
)–hərəkət reaksiyalarının başlanğıcından 
sonuna qədər keçən dövr.
Sensomotor reaksiya sadə və mürəkkəb olur. 
Sadə
reaksiyada əvvəlcədən 
tanış olan siqnala sınanmış cavab reaksiyası verilir. 
Mürəkkəb
reaksiyada müxtəlif 
qıcıqlandırıcılara qarşı müxtəlif cavab təsirləri verilir. Bu halda qıcıqlandırıcıların 
təsir etmə ardıcıllıqları əvvəlcədən məlum olmur. Bundan başqa mürəkkəb reak-
siyada mümkün olan cavab reaksiyalarından ən əlverişlisi (tormozlama, sükan 
çarxını döndərmə və s.) seçilir. Avtomobilin qəfil tormozlanması zamanı sürücünün 
mürəkkəb reaksiya vaxtı geniş hədlərdə dəyişərək, 0,4-1,5 san. və ya daha böyük 
qiymətlər ala bilər. Mürəkkəb reaksiya vaxtı sürücünün səhhəti, yorğunluğu, yolun 
pis işıqlandırılması zamanı arta bilər.
Insanın ətraf mühitə və ya öz-özünə qarşı həyacanları emosiya adlanır. 
Müsbət emosional vəziyyətlərdə sürücü öz psixofizioloжi keyfiyyətlərini daha 
yaxşı nümayiş etdirir. Mənfi emosional vəziyyətlərdə hərəkət əlaqələri pozulur, 
yanlış qavrayışlar yaranır və cavab reaksiyalarının müddəti uzanır.
Mürəkkəb yol şəraitləri sürücü orqanizmində 
stress
vəziyyəti yarada bilər. 
Stress dedikdə orqainzmin bütün funksiyalarının maksimum gərginlik halı başa 
düşülür. Bəzi adamlarda stress psixi fəaliyyəti boğur, onu iflic edir, bəzilərində isə 
aktivliyi yüksəldir. 
Insanın 
cəsarətliliyi
dedikdə onun şəraiti tez qiymətləndirməsi və dərhal 
qərarlar qəbul etməsi başa düşülür. Cəsarətsiz sürücülər qəza vəziyyətlərində 
özlərini tez itirirlər. 
Özünü idarə etmək bacarığı sürücünün 
iradəlilik 
keyfiyyətidir.
Yuxarıda baxdığımız psixofizioloжi xüsusiyyətlər sürücünün fəaliyyətində 


əsas rol oynayırlar. Onların inkişaf səviyyəsi sürücünün peşəkarlıq imkanlarını 
müəyyən edir.
Göstərilən xüsusiyətlər şəxsiyyətin aşağıdakı xüsusiyyətləri ilə mürəkkəb 
qarşılıqlı əlaqədə olurlar: məqsədyönlülük, bacarıq, temperament və xarakter. 
Məqsədyönlülük
insanı aktivləşdirir və fəaliyyətini yüksəldir. Məqsədyönlülük 
insanın inamını, dünyagörüşünü, idealını, marağını, istəyini, işə münasibətini və s. 
müəyyən edir. 
Bacarıq
dedikdə insanın elə psixi keyfiyyəti başa düşülür ki, onun sayəsində 
insan biliklərə və vərdişlərə asan yiyələnir. Insanın hisslərinin yaranma tezliyi və 
gücündə ifadə olunan fərdi psixoloжi xüsusiyətlərinin məcmusu 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin