işləməsi və həmçinin, onun dinamiki keyfiyyətlərinin
yüksəldilməsinə yönəlmiş
tədbirlər aiddir.
Avtomobillərin
passiv təhlükəsizliyi
dedikdə, YNH nəticəsində sürücü,
sərnişin və yüklərin xəsarətlərinin aradan qaldırılması
və ya minimuma
endirilməsinə yönəldilmiş konstruktiv tədbirlər başa düşülür. Passiv təhlükəsizlik o
zaman özünü göstərir ki, sürücü artıq müəyyən tədbirlər görməklə avtomobilin
hərəkət xarakterini dəyişmək və beləliklə də, YNH-nin qarşısını almaq imkanından
məhrum olur. Bu YNH-nin kulminasiya fazasında baş verir. Passiv təhlükəsizliyin
iki növünü ayırırlar:
-daxili passiv təhlükəsizlik;
-xarici passiv təhlükəsizlik.
Daxili passiv təhlükəsizlik
sürücü və sərnişinlərin xəsarətlərini azaldır,
yüklərin qorunmasına şərait yaradır.
Xarici passiv təhlükəsizlik
digər hərəkət iştirakçılarının xəsarət alma
imkanlarını azaldır.
Avtomobillərin passiv təhlükəsizliyini artırmaq
məqsədilə təhlükəsiz sükan
kolonkaları, avtomobilin qabaq və arxa hissələrində qoyulan enerжi söndürən
quruluşlar, kabina və banda yumşaq üzlüklər,
təhlükəsizlik kəmərləri, qəlpəsiz
şüşələr və s. istifadə olunur.
Avtomobilin
qəzadan sonrakı təhlükəsizliyi
dedikdə o dayandıqdan
sonra
(YNH-nin son fazasında) xəsarətlərin ağırlığını azaldan tədbirlər sistemi başa
düşülür. Bu xüsusiyyət hadisənin nəticəsini tez ləğv etmək və yeni qəza
vəziyyətlərinin yaranmasının qarşısını almaq imkanını xarakterizə edir. Bu
məqsədlə
hermetik yanacaq sistemi, etibarlı yanğınsöndürən quruluşlar, kapot və
ban üçün bloklayıcı quruluşları olan qıfıllar, detalların
və ya bütövlükdə
avtomobilin təhlükəsiz kompanovka edilməsindən istifadə olunur.
Avtomobilin
Dostları ilə paylaş: