Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   64   65   66   67   68   69   70   71   ...   104
ekoloжi təhlükəsizliyi
dedikdə onun normal istismarı zamanı 
hərəkət iştirakçılarına və ətraf mühitə vurulan ziyanı azaltmaq xüsusiyyəti başa 
düşülür. Ekoloжi təhlükəsizlik avtomobilin gündəlik işində özünü göstərməklə 
digər təhlükəsizlik növlərindən fərqlənir. 
Son zamanlar avtomobilin 
qaçırılmaq təhlükəsizliyinə
də xüsusi fikir 
verilir. Bu məqsədlə xüsusi elektron, mexaniki və s. quruluşlardan istifadə olunur. 
Bu göstərilən təhlükəsizlik növlərinə, ancaq öyrənilməsinin sadəliyi üçün 
ayrı-ayrılıqda baxılır. Əslində isə onlar bir-biri ilə əlaqədə olub, biri digərinə təsir 
göstərir və onlar arasındakı dəqiq sərhəddi müəyyən etmək çox zaman mümkün 
olmur. Məsələn, avtomobili kiçik məsafələrdə saxlamağa imkan verən yaxşı tormoz 
sistemi YNH-nin aradan qaldırılma ehtimalını artıraraq avtomobilin aktiv 
təhlükəsizliyini yüksəldir. Digər tərəfdən, tormoz sistemi səmərəli olduqda, 
tormozlama zamanı avtomobil daha böyük təcil alır və deməli, avtomobili lazımi 
məsafədə saxlamaq mümkün olmasa belə, YNH nəticəsində alına biləcək 
xəsarətləri azaltmaq imkanı yaranır. Bu halda tormoz sistemi özünü passiv 
təhlükəsizlik elementi kimi göstərir. 
Müxtəlif təhlükəsizlik növləri bir-birindən asılı olduğundan və 
avtomobillərin konstruksiyalarına qoyulan tələblərin bir-birinə zidd olması tələb 
edir ki, konstruktorlar və texnoloqlar layihələndirmə zamanı müəyyən güzəştli 


qərarlar qəbul etsinlər. 
 
 
 
SÜRÜCÜNÜN IŞ YERİNİN ƏSAS PARAMETRLƏRİ 
 
 
Avtomobilin kabinasının konstruksiyası, onun ölçüləri, idarə dəstəklərinin və 
cihazlarının yerləşməsi, mikroiqlim, səslər və titrəyişlərdən mühafizə sürücülərin 
işi üçün rahatlıq yaratmalıdır. 
Sürücü iş yerinə, yəni oturacağa, idarə dəstəklərinə, müşahidə vasitələrinə və 
s. yox, onlar sürücüyə uyğunlaşdırılmalıdırlar. 
Oturacaq sürücünün çəkisindən 20 dəfə artıq qüvvəyə hesablanır. O, 
hündürlük, istiqamət və söykənəcəyin mailliyi üzrə nizamlanır və 55 kq statiki 
qüvvədə oturacağın əyintisi 60 mm-dən çox olmamalıdır. Döşəkcə və söykənəcəyin 
forması insan bədəninin quruluşuna uyğun olmalı və zərbələr nəticəsində bədənin 
yerdəyişməsinə imkan verməməlidir. 
Kabinanın ventilyasiya sistemi 1 saatda havanın 20 dəfə mübadiləsini təmin 
etməlidir (15km/saat sürətində). Kabinada karbon oksidlərinin miqdarı 30 mq/m
3
-
dən çox olmamalıdır. 
Ətraf mühitin temperaturu –30

S və hərəkət sürəti 40–50 km/saat olduqda, 
kabinanın isitmə və təcrid etmə sistemləri, döşəmədən 1m hündürlükdə +8–12


temperaturu təmin etməlidirlər. 
Sürücünün iş yerindən müşahidəlilik kabina və kuzovun konstruktiv 
xüsusiyyətləri ilə məhdudlaşır. 
Ixtiyari markalı avtomobil istər planda, istərsə də şaquli müstəvidə öz 
müşahidəlilik qabiliyyətinə malikdir (
Şəkil 15.1
). 
Avtomobilin qabaq hissəsində
görmə, qabaq şüşənin aşağı və yuxarı
kənarları, dirəklər, kapot və qanad- 
larla məhdudlaşır. 
Avtomobilin kabinasının konstruk- 
siyasının təhlükəsizliyinə qoyulan tələb- 
lər iş yerindən müşahidəliliyin aşağıdakı 
hədlərini müəyyən edir: görmə oxu ilə
qabaq sağ dirək arasındakı bucaq ən azı 
60
0
, sol dirək arasındakı bucaq ən azı
30
0
, aşağıya doğru olan bucaq isə ən 
azı 15

olmalıdır. 
Yuxarıya doğru müşahidəlilik svetoforların və yol nişanlarının (hərəkət 
hissəsinin üstündə yerləşdirilmiş) görünməsini təmin etməlidir. O, avtomobilin 
Sürücünün iş yerindən avtomobilin 
müşahidəliliyi. a-şaquli müstəvidə, b-üfiqi 
müstəvidə


oxundan 5 m hündürlükdə yerləşdirilmiş nöqtənin görünmə məsafəsi ilə müəyyən 
edilir. Avtomobilin konstruksiyasının təhlükəsizliyi tələb edir ki, yuxarı 
müşahidəlilik bucağı ən azı 13
0
olsun. 
Avtomobilin arxa tərəfinin müşahidəliliyi arxa şüşənin sərhədləri ilə 
məhdudlaşır. Arxa görünüş güzgüsü 120
0
üfiqi, 6
0
şaquli görünmə bucaqlarını 
təmin etməlidir. Qabaq külək şüşəsinin təmizlənməsi və yuyulması da 
müşahidəliliyi artırır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin