törətmir. Böyük təcillərdə isə (0,4–0,5g) sarğac kəməri bloklayır.
YNH nəticəsində xəsarətlərin və ölüm hallarının əksəriyyəti qabaq külək
şüşəsi ilə əlaqədardır. Şüşə elastiki olmalı və zərbə
nəticəsində deformasiya
olunmalıdır ki, beyin sümüklərinin sınması halı aradan çıxsın. Şüşə sındıqda iti
ucları olan qəlpələr əmələ gətirməməlidirlər. Hal-hazırda, üç növ şüşələrdən
istifadə olunur: birqat və üçqat şüşələr.
Birqat
şüşələrin qalınlığı 4 mm olur. Sındıqda sərtləşdirilmiş şüşə iti
olmayan uclu qəlpələr əmələ gətirir. Şüşənin sərtləşdirilməsi onun möhkəmliyini
artırır. Ancaq bu halda şüşədə qalan qalıq deformasiyası
nəticəsində hətta kiçik
zərbələrdə belə, şüşədə çat şəbəkələri yaranır və ətrafı görünməz edir. Şüşə nə
qədər qalın olarsa görünmə də o qədər pis olur ki, bu da avtomobilin böyük sürətlə
hərəkəti zamanı çox təhlükəlidir. Bu çatışmazlığı aradan qaldırmaq üçün ancaq bir
neçə yeri sərtləşdirilmiş şüşədən istifadə olunur.
Qabaq külək şüşəsi çöl tərəfdən metal oksidləri və xlor maddələrindən ibarət
qatla emal olunur. Tərkibində metal olan təbəqədən elektrik cərəyanı buraxmaq
olur ki, bu da şüşəni şaxtalı havada qızdırmağa imkan verir. Birqat şüşə xaricdən
zərbəyə məruz qalarsa o partlayışla dağılır və zərbə vuran əşya salona daxil ola
bilər.
Üçqat
şüşələr bir-birinə yapışdırılmış şəffaf plastik kütlədən hazırlanmış və
qalınlığı 2-3 mm olan ikiqat şüşədən ibarətdir. Zərbə
nətiəsində belə şüşələrdə
çatlar ancaq radial istiqamətlərdə olur və şüşə şəffaflığını itirmir. Bundan başqa
şüşə çərçivədən çıxmır. Çünki onu elastik qat saxlayır. Bununla belə, üçqat şüşələr
birqat şüşələrə nisbətən sərtdir və zərbənin kinetik enerжisini az söndürür. Ona
görə də belə şüşələrə başla zərbə endirdikdə beyin silkələnməsi və kəllə
sümüklərinin sınması baş verir. Üçqat şüşələr sındıqda iti uclu qəlpələr yaranır ki,
bu da dərin kəsintilər yarada bilir. Üçqat külək şüşələri birqat şüşələrə nisbətən
baha olub, onlardan 3-5 kq ağırdır.
Insanların təhlükəsizliyində şüşənin aralıq qatının qalınlığının
böyük
əhəmiyyəti vardır. Kaliforniya universitetinin əməkdaşları avtomobillərin 1000
toqquşma halını tədqiq edərək müəyyənləşdirmişlər ki, qalınlığı 0,38 mm olan
araqatına malik külək şüşələrinə zərbələr nəticəsində 175 sürücü və sərnişin ciddi
yaralanmışlar. Araqatın qalınlığı 0,76 mm olduqda isə 156 adam çox da ağır
olmayan xəsarətlər almışlar.
Çox böyük zərbələrdə insan başı ilə şüşəni tamamilə deşə bilər. Elastiki qat
xarici və daxili qatların qəlpələrini boğaz səviyyəsində saxlayır və geriyə qayıtma
zamanı onlar dərin kəsintilər yaradır. Bu halda başı geri çəkmək mümkün olmur və
hadisə ölümlə nəticələnir.
Zərbə nəticəsində qüvvə impulsu şüşənin üçüncü qatının qalınlığının kubu ilə
düz mütənasibdir. Qalınlıq 5 mm-dən 6,6 mm-ə qədər artdıqda kəllə qutusuna təsir
edən impuls təxminən 2,5 dəfə artır.
Sərtləşdirilmiş və üçqat şüşələrin müsbət cəhətlərini nəzərə almaqla,
xarici
qatların qalınlığını azaltmaq və onları mexaniki emal etməklə səthi möhkəmliyini
artırmaq məqsədəuyğundur. Xarici qatı qalın olan şüşələrdən daha çox istifadə
olunur. Belə şüşələrə başla zərbələr endirildikdə əvvəlcə xarici qat dağılır, nazik
araqatı isə deformasiya olunaraq zərbəni söndürür.
Yaponiyada üçqat şüşənin polimer qatını volfram, nikel və mis məftildən
hazırlanmış
şəbəkə ilə əvəz edirlər ki, bu da şüşənin qızdırılmasını təmin edir.
Məftillərin diametri nə qədər az olsa da (20-40 mkm) onlar şüşədə hiss olunurlar.
Külək şüşələrinin təhlükəsizliyini artırmaq üçun onları elastiki araqatı
üzərində oturdurlar. Məhz bu səbəbdən də bəzən toqquşmalar zamanı qabaq külək
şüşəsi yerindən çıxır və bununla da insana xəsarət yetirmir. Ancaq, sürücü və
sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün araqatları zəiflədilir və nəticədə
şüşə yerindən daha tez çıxır. Bunun nəticəsində isə, nəinki, qəfil tormozlamalar
zamanı, həmçinin nahamar yolda hərəkət zamanı şüşə yerindən çıxır. Belə hallarda
təhlükəsizlik kəmərləri taxmış şəxslər külək şüşəsinin boş yerindən çölə atıla
bilərlər.
Qapı şüşələrinə təhlükəsizlik tələbləri nisbətən azdır.
Bu şüşələr zərbə
zamanı iti uclu və iti tərəfli qəlpələr yaratmamalıdır.
Hal-hazırda, hansı şüşənin daha təhlükəsiz olması haqqında yekdil bir fikir
yoxdur. Məsələn, Avropada əsasən, birqat sərtləşdirilmiş şüşədən,
ABŞ-da isə
ancaq üçqat şüşədən istifadə olunur. Bu şüşələrin müxtəlif kombinasiyaları da
hələlik lazımi nəticələr vermir.
Avtomobil aşdıqda irnsanların xəsarətini azaltmaq məqsədilə kuzov və
damın dayaqlarını gücləndirirlər.
Dostları ilə paylaş: