qaydalarının öyrənilməsində və digər hallarda uzunmüddətli yaddaşdan istifadə
edilir.
Qısa müddətli yaddaş kiçik zaman
müddətlərində məhdud həcmli
məlumatların yadda saxlanmasına xidmət edir. Qısa müddətli və ya operativ yaddaş
sürücünün fəaliyyətində böyük rol oynayır. Sürücü cari məlumatları tez yadda
saxlamalı, lazımi idarəedici təsirləri vaxtında və dəqiq yerinə yetirməli, yeni
məlumatları yadda saxlamalı və öz fəaliyyətini əlaqələndirməlidir.
Sürücünün bacarığını qiymətləndirdikdə yaddaşın həcmi, tezliyi və dəqiqliyi
öyrənilməlidir. Vaxt çatışmazlığı zamanı sürücü öz bilik və vərdişlərindən istifadə
etməlidir. Bu halda onun təsirlərinin səmərəliliyi yaddaşın hazırlığından asılıdır.
Sürücünün əsas keyfiyyətlərindən biri də onun proqnozlaşdırmaq,
yəni yol
şəraitlərini qabaqcadan görmək qabiliyyətidir. Məhz bu qabiliyyət sayəsində vaxt
çatışmazlığı şəraitində hərəkət zamanı reaksiya müddəti qısalır.
Hər hansı bir qıcıqlandırıcıya cavab təsiri
Dostları ilə paylaş: