Səs duyğusu
vasitəsilə sürücü mühərrikin işini
və həmçinin yol-nəqliyyat
şəraitini xarakterizə edən səs siqnallarını eşidir.
Qavrayış
nisbətən mürəkkəb proses olub, əşya və əlamətlərin mahiyyətini
başa düşməyə imkan verir. Avtomobili idarə edərkən
sürücü çoxlu sayda görmə,
səs və digər qıcıqlandırıcıları qavrayır. Qavrayışın keyfiyyəti sürücünün biliyi və
təcrübəsindən asılı olub, tezlik, tamlıq və dəqiqliklə müəyyən edilir.
Sürücü fəza və zamanı düzgün qavramalıdır. Fəzanın qavran-masının
aydınlığı görmənin itiliyindən və gözün müxtəlif səviyyəli işıqlara uyğunlaşma
dərəcəsindən asılıdır. Sürücü vaxt intervallarını
düzgün qiymətləndirmədikdə
idarəetmə prosesində müəyyən səhvlərə yol verir.
Bəzən yol şəraitləri yanlış qavranır ki, buna illüziya deyilir. Illüziyaların baş
verməsi halları hərəkət sürəti ilə mütənasibdir. Çox hallarda yolun dairəvi döngələri
ellips kimi, yolun uzunluğu qısa, döngələrin mailliyi isə böyük qavranır.
Illüziyaların baş verməsi tezliyi sürücünün fərdi xüsusiyyətlərindən,
əmək və
istirahət reжimindən asılıdır.
Şüurun bu və ya digər obyektin və ya təsirin üzərində cəmləşməsi
diqqət
adlanır. O, insanın psixi fəaliyyətinin əsas şərti olub, idarə etmə prosesində sürücü
üçün böyük əhəmiyyət daşıyır. YNH-nin əsas səbəblərindən biri diqqətsizlikdir.
Diqqətin əsas keyfiyyətləri bunlardır: həcmi, intensivliyi, dayanıqlığı,
paylanması, keçirilməsi.
Eyni zamanda və kifayət qədər aydın qavranan obyektlərin sayı
Dostları ilə paylaş: