Bakı Texniki Kollecinin müəllimi Hüseynli


YOL-NƏQLIYYAT HADISƏLƏRININ EKSPERTIZASI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   104
 


YOL-NƏQLIYYAT HADISƏLƏRININ EKSPERTIZASI. 
Hər bir konkret YNH-nin bütün aspektlərini əhatə edən kom-pleks elmi-
tədqiqatlar YNH-nin 
ekspertizası
adlanır. Ekspertiza xüsusi elmi, texniki biliklərə 
və vərdişlərə malik olan şəxslər tərəfindən aparılır. Ekspertizanı apardıqda müxtəlif 
elm sahələrinə aid olan məlumatlar istifadə olunur: hüquq, kriminalistika, təbabət, 
psixofiziologiya, NV-nin konstruksiyası, nəzəriyyəsi və hesabatı, NVnin istehsalı, 
texniki xidmət və təmiri texnologiyası, yolların layihələndirilməsi, tikintisi və 
istismarı, yol hərəkətinin təşkili və təhlükəsizliyi və s. 
YNH-nin baş vermə səbəb və amillərini aydınlaşdırmaq üçün yol şəraitləri və 
onların dəyişmələri dəqiq surətdə öyrənilməlidir. 
YNH-də üç faza mövcuddur: 
başlanğıc
,
kulminasiya 

son
. Hər bir faza 
özündən əvvəlkinin məntiqi davamı olub, özündən sonrakı fazanın inkişafını 
müəyyənləşdirir. Hadisənin bütün fazalarını xarakterizə edən göstəricilər nə qədər 
tam və etibarlı olarsa, onların baş vermə səbəbləri və mexanizmini öyrənmək də bir 
o qədər asan olar. 
YNH-ni tədqiq edən təşkilatların növündən asılı olaraq 
xidməti təhqiqat
və 
tibbi ekspertiza
aparıla bilər. 
Xidməti təhqiqat hadisələrdə iştirak edən NV-nin mənsub olduqları 
təşkilatların işçiləri tərəfindən aparıla bilər. Bu təhqiqata müəssisənin rəhbər işçiləri 
cavabdehdirlər. 
ANM-nin hərəkətin təhlükəsizliyi mühəndisi YNH-nin baş vermə səbəblərini 
araşdırır, maddi ziyanı qiymətləndirir, hadisələrin qarşısının alınması üçün tədbirlər 
işləyir və onların yerinə yetirilməsini tədqiq edir. 
YNH-nin məhkəmə ekspertizası nəticəsində cinayət və vətəndaş işləri üzrə 
həqiqəti isbat etməyə kömək edən faktiki göstəricilər aşkar edilir. Məhkəmə 
ekspertizası ekspertiza müəssisələrinin ştat üzrə əməkdaşları tərəfindən qanunla 
müəyyən edilmiş qaydada müstəntiq və məhkəmənin qərarı əsasında aparılır. 
Müəyyən hallarda müstəntiq və məhkəmələr ekspertizanın aparılmasını 
ştatdankənar ekspertlərə həvalə edirlər. Bu ekspertlər elmi-tədqiqat institutlarının, 
ali məktəblərin və texnikumların əməkdaşları olurlar. YNH-nin ekspertizasında 
məhkəmə təbabəti, avtomobil texnikası və kriminalistika sahəsindəki xüsusi 
biliklərdən istifadə olunur. Məhkəmə ekspertizasına paralel olaraq xidməti təhqiqat 
da aparıla bilər. 
Məhkəmə-tibbi eksperti aşağıdakıları müəyyən edir: 
-YNH iştirakçılarının ölümünün səbəbini, bədən xəsarətlərinin xarakterini, 
həmçinin onların sərxoşluq dərəcəsini; 
-bədən xəsarətlərinin alınma mexanizmini və bu xəsarətlərin hadisə ilə 
bağlılığını;
-zərər çəkənlərin sağlamlıq durumlarını;
-maddi sübutlar kimi qanı, saç tüklərini, beyin maddəsini, sümükləri
ölənlərin yumşaq toxumalarını tədqiq edir, onların xüsusiyyətlərini və xarakterik 
əlamətlərini müəyyən edir. 
Kriminalistika
üzrə ekspert mütəxəssis əşyaların hadisə prosesində meydana 


çıxan hərəkətlərinin izlərini tədqiq edir (trasoloжi ekspertiza). YNH-nin baş vermə 
yerindəki izlərə (tormoz izləri, yol örtüyündə təkər protektorunun izi, dirəklərdəki, 
binalardakı və NV-dəki izlər), şüşə qırıntılarına və digər detallara görə ekspert--
kriminalist NV-nin modelini, markasını, hərəkət istiqamətini, müxtəlif zaman 
anlarında onun yolun hərəkət hissəsindəki vəziyyətini müəyyən edir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin