Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Yadda saxlayın! Göz travması və kəllə sümüyündə sınıq olması ehtimalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   ...   104
Yadda saxlayın! Göz travması və kəllə sümüyündə sınıq olması ehtimalı 
olduğu halda başın travması zamanı yaraya sıxıcı sarğı qoymaq olmaz! 
Arterial qanaxmaya nisbətən
venoz qanaxmanı saxlamaq
xeyli dərəcədə asan 
olur və adətən bu zaman jqut qoyulması tələb olunmur. Əgər hətta üst-üstə qoyulan 
3 sıxıcı sarğı qoyulması nəticəsində venoz qanaxmanı saxlamaq mümkün olmazsa, 
qanaxma yerindən bir qədər aşağıda (!) 
həmin ətrafa jqut qoyulur (jqutun 
qoyulması qaydaları barədə aşağıda oxuya bilərsiniz). 


Güclü arterial və qarışıq tipli qanaxma
zamanı (eyni zamanda arteriya və 
venadan qanaxma olduqda) tez bir zamanda 
yaradan təxminən 5 sm yuxarıda 
olmaqla
ətrafa qanaxmanı saxlayan jqut qoymaq tələb olunur. Jqutu ətrafa (əl, 
ayaq) yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq 
mümkün olmadıqda qoymaq lazımdır! 
Ətrafa jqut qoyulması çox ağrılı proseduradır. Hətta zərərçəkən jqutu boşaltmağa 
çalışacaq – buna hazır olmaq lazımdır. 
Bazuönü sahəyə və baldıra jqut qoymaq olmaz. 
Çünki bu, sinirin sümüyə 
sıxılması nəticəsində onun zədələnməsinə, nəticədə isə ətrafın iflic olmasına səbəb 
ola bilər. Burada qanaxmanı dayandırmaq üçün yara nahiyyəsindən yuxarıda olan 
oynağı sıx şəkildə büküb, bint və ya digər bir vasitə ilə (kəmər, dəsmal və s.) sıx 
bağlayırlar (bax şəkil N 3). 
 
Bəs jqut necə qoyulmalıdır?
Bunun üçün əvvəlcə arteriyanı sıxmaq lazımdır ki, 
qanaxma dayansın. Əlbəttə ki, bu yolla siz qanaxmanı uzun müddət ərzində saxlaya 
bilməzsiniz. Qan “fontanı” dayanan kimi, ətrafa jqut qoymaq lazımdır. 
Dərini sıxmamaq üçün jqut nazik parça altlığın üstündən (dəsmal, parça və s.) və ya 
1 paltar qatının üstündən (şalvar, köynək) qoyulur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin