yanmadan keçmək qadağandır» nişanları, dairənin özündə isə 2.1 «baş
yol» nişanları tətbiq oluna bilər. bu halda dairə daxilində hərəkət edən
nv- lər üstün hərəkət şəraitində olurlar.
nizamlanan yol ayrıclarında nv və piyadaların hərəkəti əsasən
svetofor siqnalları ilə idarə olunurlar. onların hərəkətini bəzi hallarda
nizamlayıcılar idarə edirlər. sadə yol ayrıcına yaşıl işıqda girmiş nv
çıxışda hansı siqnalın yanmasından asılı olmayaraq onu təmizləməlidir.
Mürəkkəb yol ayrıclarında isə yol ayrıcına girmiş nv sürücüsü onun
qarşısındakı bütün svetoforların siqnallarına diqqət yetirməli və onların
tələblərinə əməl etməlidir. belə yol ayrıclarında hərəkəti idarə etmək
üçün nizamlayıcının siqnallarının mahiyyətinə əvvəlki fəsillərdə
baxmışıq.
yol ayrıclarında hərəkət edən ağır və uzun ölçülü nv - lər yüksək
ətalətə və kiçik sürətə malik olduqlarından digər nv sürücüləri yol
ayrıcından vaxtında keçmələri üçün onlara şərait yaratmalıdırlar.
Dostları ilə paylaş: