Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   104
Sürmə təlimi
l. Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya 
avtodromlarda keçirilməlidir. 
II. Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat 
vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol 
verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs bu Qanunla nəzərdə tutulmuş yol 
hərəkəti 
qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir. 
III. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini 
sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik 
olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna 
dair vəsiqə olmalıdır. 
IV. Sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi «Təlim nəqliyyat vasitəsi» 
tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən 
güzgü və pedallar ilə təchiz olunmalıdır. 
V. Siyahısı müəyyən edilmiş qaydada elan olunan yollarda sürmə təlimi 
qadağandır. 
 
 
 
 
 
 
 
 
 
 


Adamların daşınması
I. Banında adamlar daşınan yük avtomobillərini yalnız «S» kateqoriyalı 
(kabinədəki sərnişinlər də daxil olmaqla 8 nəfərədək adam daşındıqda), habelə «C» 
və «D» kateqoriyalı sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə icazə 
verilir. 
II. Yük avtomobilinin bort platformasında gedərkən hərəkət vaxtı ayaq üstə 
durmaq, bort və ya yükün üstündə oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq 
qadağandır. 
Qeyd:
Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması 
müəyyən edilmiş qaydada həyata keçirilir. 
III. Bort platforması olan yük avtomobilinin banında adamların daşınmasına bu 
Qanunun müddəalarına uyğun təchiz edildikdən sonra icazə verilir. (çıxarılıb 
01.07.10) Bort platforması olan yük avtomobili aşağıdakı qaydada təchiz 
edildikdə 
onun 
banında 
adamların 
daşınmasına 
yol 
verilir: 
1) yük avtomobilinin banında oturacaqlar döşəmədən 0,3-0,5 metr hündürlükdə, 
bortun 
üst 
hissəsindən 
ən 
azı 
0,3 
metr 
aşağıda 
bərkidilməlidir;
2) arxa və yan bortlar boyu yerləşən oturacaqların söykənəcək hissəsi möhkəm
olmalıdır. 
IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən 
yerlərin sayından artıq olmamalıdır.V. Yük avtomobilinin sürücüsü hərəkətə 
başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında 
sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün 
şəraitin təmin edildiyinə əmin olduqdan sonra hərəkətə başlamaq olar. 
VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort 
platforması olan banında yalnız yükü müşayiət edən və ya onu almalı olan şəxslər, 
avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş 
olduqda, gedə bilərlər. 


VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı 
müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin önündə və arxasında «Uşaqlar» 
tanınma nişanı olmalıdır. 
VIII. Sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra 
mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra 
başlamalı 
və 
onları 
tam 
dayanana 
qədər 
açmamalıdır. 
IX. Adamların daşınması:
1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-
furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların 
kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında 
və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə
2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki 
xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik 
kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin 
kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik 
avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 
yaşınadək 
uşaqları 
həmin 
nəqliyyat 
vasitələrində 
daşımaq; 
3) yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup 
halında daşınması qadağan edilir. 
X. Sərnişinlərə: 
1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, 
onun qapılarını açıq saxlamaq və ya güclə açmaq; 
2) hərəkət vaxtı tramvayların, trolleybusların, avtobusların və ya digər nəqliyyat 
vasitələrinin pillələrində dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə 
durmaq; 
3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını 
yəqin etmədən onun qapılarını açmaq; 
4)sürücünü 
nəqliyyat 
vasitəsini 
idarə 
etməkdən 
yayındırmaq; 
5) nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində 
ləngimək; 


6) 
nəqliyyat 
vasitəsindən 
bayıra hər hansı əşya atmaq qadağandır. 
Хl. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşıyan yük 
avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması 
qadağandır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin