Güclü arterial və qarışıq tipli qanaxma
zamanı (eyni zamanda arteriya və
venadan qanaxma olduqda) tez bir zamanda
yaradan təxminən 5 sm yuxarıda
olmaqla
ətrafa qanaxmanı saxlayan jqut qoymaq tələb olunur. Jqutu ətrafa (əl,
ayaq) yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq
mümkün olmadıqda qoymaq lazımdır!
Ətrafa jqut qoyulması çox ağrılı proseduradır. Hətta zərərçəkən jqutu boşaltmağa
çalışacaq – buna hazır olmaq lazımdır.
Bazuönü sahəyə və baldıra jqut qoymaq olmaz.
Çünki bu, sinirin sümüyə
sıxılması nəticəsində onun zədələnməsinə, nəticədə isə ətrafın iflic olmasına səbəb
ola bilər. Burada qanaxmanı dayandırmaq üçün yara nahiyyəsindən yuxarıda olan
oynağı sıx şəkildə büküb, bint və ya digər bir vasitə ilə (kəmər, dəsmal və s.) sıx
bağlayırlar (bax şəkil N 3).
Bəs jqut necə qoyulmalıdır?
Bunun üçün əvvəlcə arteriyanı sıxmaq lazımdır ki,
qanaxma dayansın. Əlbəttə ki, bu yolla siz qanaxmanı uzun müddət ərzində saxlaya
bilməzsiniz. Qan “fontanı” dayanan kimi, ətrafa jqut qoymaq lazımdır.
Dərini sıxmamaq üçün jqut nazik parça altlığın üstündən (dəsmal, parça və s.) və ya
1 paltar qatının üstündən (şalvar, köynək) qoyulur.
Dostları ilə paylaş: