üçün qaydaları ardıcıl olaraq təkmilləşdirməklə yanaşı, bir tərəfdən hərəkət
qaydaları haqqında sürücü və piyadalara texniki vasitələrlə maksimum məlumat
vermək, digər tərəfdən isə qaydaları təbliğ etməyin üsul və formalarını
təkmilləşdirmək lazımdır.
Mövcud qaydaların lazımi etibarlığa malik olmaması səbəbin-ən hal-hazırda
dünyanın bütün ölkələrində əsas qayda pozğunluğu sürətin artırılması, yəni verilmiş
hərəkət şəraitinə uyğun olaraq sürətin düzgün seçilməməsidir. Məhz bu səbəbdən
də hərəkətin təşkilində əsas istiqamətlərdən biri hərəkət sürətinin normalaşd-
ırılmasıdır. Sürücünün subyektiv qərarlarını azaltmaq məqsədi ilə bu zaman
teleidarə olunan nişanlar, xüsusi qaydalar, radio və s. istifadə olunur.
Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə
olaraq 1998-ci ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının
Qanununu qəbul etdi. Bu qanunda beynəlxalq sənədlər və müasir Avropa
standartları öz əksini tapdı.
Dostları ilə paylaş: