olunmaması;
-sürücü ixtisasının kütləviliyi.
Bu səbəblər üzərində dayanaq. Yol tikintisinin avtomobil parkının
inkişafından geri qalması praktiki olaraq dünyanın bütün ölkələri ücün
xarakterikdir. Küçə və yollar nəqliyyat vasitələri ilə çox yükləndikdə
avtomobilləşmənin mənfi xüsusiyyətləri özünü daha qabarıq şəkildə büruzə verir.
Ikinci səbəbə baxdıqda qeyd etmək lazımdır ki, qəsəbələrdə avtomobillər
traktor və dartqılar, piyada və velosipedçilər, canlı nəqliyyat vasitəsi, ev və vəhşi
heyvanlarla birlikdə hərəkət edirlər. Bu isə müxtəlif mübahisəli vəziyyətlərin
yaranmasına səbəb olur.
Üçüncü səbəbə baxdıqda qeyd etmək lazımdır ki, hal-hazırda, ixtiyari inkişaf
etmiş ölkədə avtomobil, motosiklet və digər motorlaşdırılmış nəqliyyat
vasitələrinin sürücülərinin sayı on milyon nəfərlərlə ölçülür. Belə kütləvilik
şəraitində yüksək ixtisaslı sürücülər hazırlamaq çətindir.
Bununla bərabər, müasir avtomobilləşmə səviyyəsi şəraitində sürücü
fəaliyyətinin etibarlılığı hərəkətin təhlükəsizliyinin əsas amilinə çevrilir.
Göründüyü kimi yollarda insanlarla idarə olunan, hərəkət edən və tərpənməz,
müxtəlif növlü mexaniki və qeyri-mexaniki nəqliyyat vasitələri və piyadaların
məcmusundan ibarət olan mürəkkəb dinamiki sistem fəaliyyət göstərir ki, bu da
Dostları ilə paylaş: