Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   50   51   52   53   54   55   56   57   ...   104
keyfiyyət analizi
bu hadisələrin səbəblərini və onlardan hər birinin 
YNH-nin baş verməsində təsirini müəyyən edir. Belə tədqiqatda adətən, əvvəlcə 
səbəblərin xarakteristikasını və SAYM sisteminin tərkib elementləri ilə əlaqədar 
amilləri müəyyən edirlər. 
YNH “ocaqlarını” müəyyən etmək üçün 
topoqrafik analiz
aparılır. Bu 
analiz nəticəsində YNH-nin yeri xəritədə və ya ərazinin öyrənilən sxemində qeyd 
olunur.
Belə analizin praktiki forma və üsulları çox müxtəlif ola bilər və ərazinin 
ölçüsü, qoyulan məsələ və icraçıların imkanlarından asılıdır. Topoqrafik analizin üç 
növü geniş yayılmışdır: 
-xəritə; 
-xətti qrafik; 
-miqyaslı sxem (vəziyyət planı). 
YNH xəritəsi
müəyyən bir yerin (şəhərin, vilayətin, rayonun) topoqrafik 
xəritəsi üzərində hər bir YNH-nin şərti işarəsi göstərilməklə tərtib olunur. Işarələr 
daimi nişanlar (qrafiki simvollar) və ya çıxarılabilən (bayraqcıqlar, rəngli başlığı 
olan sancaqlar) nişanlarla qoyula bilər. Göstərilən məlumatlar bəzən ağırlığa, bəzən 
də növə görə ayrılır. 
Ərazicə böyük və hadisələr çox olan sahələrdə YNH-nin dəqiq yerini 
xəritədə düzgün göstərmək mümkün olmur. Ona görə də belə yerlərdə 
xətti 
qrafikdən
istifadə olunur. Xətti qrafik şəhərin müəyyən magistralı və avtomobil 
yolunun müəyyən sahəsi üçün tərtib olunur. Aydındır ki, bu zaman miqyas çox 
böyük, YNH-nin yeri isə daha dəqiq olur.
Iki tərəfli hərəkətli yolda xətti qrafiki tərtib etdikdə YNH qrafikin hər iki 
tərəfində hərəkət istiqamətləri üzrə qeyd olunur. Bəzi hallarda YNH yolun ox xətti 
üzərində və ya yoldan kənarda baş verdiyindən belə dəqiqləşdirmə məqsədə 
çatmağa imkan vermir.
YNH xəritəsi və xətti qrafikinin köməyi ilə onların baş verdiyi «ocaqlar» 
müəyyən edilir. 
YNH-nin ən çox baş verdiyi yerlər böyük magistralların kəişmələri, şəhər 
meydanları və s.-dir. Belə yerlərdə topoqrafik analiz 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin