Bakı Texniki Kollecinin müəllimi Hüseynli


YOL-NƏQLIYYAT HADİSƏLƏRINİN BAŞ VERMƏ SƏBƏBLIRI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   48   49   50   51   52   53   54   55   ...   104
YOL-NƏQLIYYAT HADİSƏLƏRINİN BAŞ VERMƏ SƏBƏBLIRI
 
YNH-nin öyrənilməsində ən çətin,həm də tam öyrənilməyən 
məsələ onların baş vermə səbəblərinin müəyyən edilməsidir.Qəzaların və 
xəsarətlərin sayı aşağıdakı əsas amillərlə düz mütənasibdir: 
-şəhər əhalisinin sayı; 
-şəhərlərdəki şəbəkəsinin ölçüləri
-nəqliyyat vasitələrindən istifadə əmsalı; 
-yolların vəziyyəti,onların avadanlıqları; 
-NV-nin texniki vəziyyətləri və s. 
YNH-nin 
səbəbləri 
ikiəsas 
qrupa bölünürlər:
subyektiv
-
sürücü,piyada və sənişinlər;
obyektiv
-yolun vəziyyəti,NV-nin texniki 
vəziyyəti,yolun işıqlandırlıması,yerli şəraitlər,atmosfer şəraiti və s. 
Sürücülərin təqsirindən baş verən hadisələr aşağıdakı səbələrdən 
doğur: 
-svetafor siqnalları və nişanların tələblərinə əməl etməmək; 
-əsasən yol ayrıclarında,döngələrdə və maillikli yol sahələrində 
sürətində artırılması; 
-ictimai sərnişin nəqliyyatının dayanacaq məntəqələri yanında 
hərəkət qaydalarının pozulması; 
-avtomobili sərxoş vəziyyətdə idarə etmək; 
-keçmə növbəliyinin və ötmə qaydalarının pozulması; 
-nasaz avtomobilinin idarə olunması; 
-pis hava şəraitində ehtiyatsız hərəkət etmək; 
-avtomobillər arasındakı ara məsafənin düzgün seçilməməsi. 
Sərnişinlərin günahı üzündən YNH aşağıdakı səbələrdən baş 
verir: 
-hərəkət edən NV-yə minmə və ondan düşmə; 
-NV-nin çıxıntılı hissələri üzərində getmə; 
-dayanmış NV-dən hərəkət hissəsinə düşmə. 
YNH çox zaman ictimai sərnişin nəqliyyatı vasitələrinin aşağıdakı 
konstruktiv çatışmamazlıqları üzündən baş verir: 
-qapıları avtomatik idarə edən quruluşun nasazlığı; 
-çıxıntılı hissələrin olması; 
-qapıların təkərlərdən əvvəl yerləşməsi; 
-NV-nin pis işıqlandırılması; 
-qeyri-təkmil və nasaz tormoz sistemi; 
-sürətin artırılmasını xəbər verən cihaz və quruluşların olmaması; 
-digər səbəblər. 


Statistika məlumatlarının analizi göstərir ki, YNH, əsasən 
aşağıdakı səbəblər üzündən baş verir: 
-sürətin artırılması; 
-sürücünün diqqətsizliyi; 
-yolun soluna çıxış və dayanacaq məntəqələrinin yanından 
ehtiyatsız keçmə; 
-piyadaların yolu müəyyən edilməmiş yerdən və yaxınlaşan 
nəqliyyat vasitəsinin qabağından keçməsi; 
-piyadanın yolun hərəkət hissəsi boyu getməsi; 
-nəqliyyat vasitəsinin arxasından qəfildən yolun hərəkət hissəsinə 
çıxma; 
-tormoz sistemi və sükan idarəsinin nasazlığı; 
-yolun lazımi qədər işıqlandırılması bə buzun olması; 
-səkilərin olmaması və ya eninin kifayət qədər olaması. 
Qeyd olunduğu kimi,hər bir YNH bir neçə səbəbdən baş verə 
bilər.Orta hesabla hər 100 YNH-yə 250 səbəb və amil düşür.Statistika 
məlumatları göstərir ki,YNH-nin əksəriyyəti obyektiv amillər üzündən 
baş verir. 
YNH-nin səbəblərinin düzgün müəyyən edilməsi sayəsində 
onların sayının azadılması üçün daha səmərəli tədbirlər işləyib 
hazırlamaq olur. 
Analiz göstərmişdir ki,şəhərlərin çoxunda baş vermiş hadisələrin 
əksəriyyəti NV-nin toqquşması,aşması, və piyadaların vurulmasıdır.Bu 
hadisələrin əsas səbəbi sürücülərin yol hərəkəti qaydalarında əməl 
etməməsidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin