- üşütmə;
- səthi və
zəif tənəffüs;
- bəzi hallarda ağrı (ağrı olmaya da bilər);
- bəzi hallarda qan qarışığı ilə qusma (mədə qanaxması zamanı);
- bəzi hallarda qanlı öskürək (ağ ciyər qanaxmaları zamanı) və s.
Daxili qanaxması olan insanı nəqliyyatla daşımaq çox təhlükəlidir. Buna
görə də
xəstəni xəstəxanaya yalnız həkimin müşayiəti ilə aparmaq olar. Bunun üçün dərhal
“təcili yardım” çağırın. “Təcili yardım”a
zəng vurarkən, zərərçəkəndə daxili
qanaxmaya şübhə olması barədə mütləq məlumat vermək lazımdır.
“Təcili yardım” gələnə qədər xəstəni ehtiyatla yarıoturaq vəziyyətdə uzatmaq,
üstünü isti örtmək, hərəkət etməyə və danışmağa imkan verməmək, qarın
nahiyəsinə isə içərisində buz və ya soyuq su olan rezin qovuq (“qrelka”) qoymaq
lazımdır.
Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, nə su, nə də
ağrını kəsmək üçün dərman preparatları vermək olmaz!
Bəzi hallarda güclü qanaxma zamanı huşun itirilməsi də baş verə bilər.
Bu zaman
zərərçəkəni üzüyuxarı uzatmaq, ayaqlarını yuxarı qaldıraraq onları dizdən bükmək
lazımdır. Heç bir halda xəstəni tək qoymayın!
Bəzən elə olur ki, gizli daxili qanaxma uzun müddət ərzində baş verir və nəticədə
insan sağlamlığında ciddi problemlərə səbəb olur. Uşaqlarınızın səhhətinə və ö
Dostları ilə paylaş: