- bütün sürüjülər dayanajaq məntəqəsindən (yaşayış məntəqələ-
rində yerləşən) çıxan avtobus və trolleybuslara maneçilik törətməmə-
lidirlər;
- dayanaçaq məntəqələrində bütün digər NV-nin dayanmasını
qadağan edən 1.17 nişanlama xətti tətbiq edilir (hərəkət hissəsinin kəna-
rında çəkilmiş ziq - zaq şəkilli sarı bütöv xətt).
Marşrut NV-nin ləngimələrini azaltmaq və hərəkət təhlükəsizliyini
yüksəltmək üçün digər bütün nəqliyyat növlərinə aşağıdakı müxtəlif
məhdudiyyətlər qoyulur:
-sağa dönmələr qarşısında dayanajaq məntəqəsi yerləşirsə, on-
ların qadağan edilməsi;
-intensiv içtimai nəqliyyata malik küçələrdə digər bütün NV-nin
dayanmasının və
gözləməsinin qadağan edilməsi;
-2.1 və 2.3, həmçinin xüsusi lövhə-
jikli (obyektə qədər olan məsafəni göstə-
rən) 2.1 nişanları ilə baş yolun qeyd olun-
ması.
Xüsusi zolaq nəzərdə tutulduqda sü-
rüjülərə aydın məlumat verilməlidir. Məsələn, yola çəkilmiş BUS (1.23)
işarəsi və ya 5.9, 5.10.1; 5.10.2; 5.10.3 nişanları vasitəsilə.
Bütün yol ayrıcları nizamlanan və nizamlanmayan yol ayrıclarına
Xarici işıq cihazlarından istifadə qaydaları
I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə
nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə
işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər.
II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat
vasitələrinin sürücülərini sürəti azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını
almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir.
III. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə
tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq
siqnalları aşağıdakı qaydada yandırılmalıdır:
1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində - faraların yaxın və ya uzaq
işıqları və arxa qabarit işıqları, velosipedlərdə - faralar və ya fənərlər, at
arabalarında - fənərlər ;
2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində - qabarit işıqları
IV. Uzaq işıq yaxın işığa:
1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış
məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və
əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə;
2) sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat
vasitəsinə azı 150 metr qalmışsa;
3) yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər
hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və
hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır;
4) irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə,
ötməzdən əvvəl qısa müddətə faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq
siqnalı vermək olar.
V. Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə
aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır:
1) motosiklet və mopedlərdə;
2)
uşaq
dəstələrini
daşıyan
avtobus
və
mikroavtobuslarda;
3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində;
4)
digər
nəqliyyat
vasitələrini
yedəyə
alan
nəqliyyat
vasitələrində;
5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində;
6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən
ümumi istifadədə olan nəqliyyat vasitələrində.
V-I.
Duman
faralarından
aşağıdakı
hallarda
istifadə
oluna
bilər:
1) məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq
işıqları ilə birlikdə;
2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və
uzaq işıqları ilə birlikdə;
3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq
nəqliyyat
vasitələrində
faranın
yaxın
işıqlarının
əvəzinə.
Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər:
1) məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq
işıqları ilə birlikdə;
2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və
uzaq işıqları ilə birlikdə
VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə
məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və
avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları
nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə
o, qəza dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir.
VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər
şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı
fənərlər yandırala bilər.
Qeyd:
Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs
siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər:
1) işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın
göründükdə;
2)
yolun
hərəkət
hissəsinin
kənarından
aralı
saxlandıqda;
3) akkumulyatorla təchiz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun
hərəkət hissəsinin qırağında saxlandıqda;
4)
yaşayış
məntəqələrində
hərəkət
gərginliyi
az
olan
küçələrdə.
VIII. Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda,
qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış
məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat
vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər.
IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə
edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır.
X. “Avtoqatar” tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və
ya məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu
müddətdə
yanmalıdır.
XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri
xəbərdar etmək üçün zəruri olan hallarda;
2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.
XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla
birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı - faraların
işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların
yaxın
işığını
dəfələrlə
uzaq
işığa
keçirməkdən
ibarətdir.
|