Bakıdakı Facebook nəsli



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix24.04.2017
ölçüsü0,58 Mb.
#15619
1   2   3   4   5

3.   

REPRESSİYA   

 

A.   



Emin və Adnan necə həbsə düşdülər   

 

2009-cu  il  iyulun  8-də  Emin,  Adnan  və  onların  beş  başqa  dostu  Livan  restoranında  axşam 



yeməyi yeyərək Adnanın dediyi kimi “Azərbaycan gəncliyinin gələcəyini” müzakirə edirdilər.

115


 

Emin  və  Adnan  2006-c  ildə  Alman  Mədəniyyət  Mərkəzində  təşkil  olunmuş  bir  tədbir  zamanı 

tanış olub dostlaşmışdılar. Dostlarının dediyinə görə, restoranda onlardan başqa kənar stollardan 

birində əyləşmiş iki nəfər var idi. Birdən  bu  iki  nəfərdən  biri  -  sonradan  onların  20  yaşlarında, 

idman  bədən  quruluşuna  malik  Vüsal  Məmmədov  və  Babək  Hüseynov  olduqları  aydın  oldu  - 

Eminə  yaxınlaşaraq  onların  nə  haqda  danışdığını  soruşdu.

116

  Sonra  isə  gözlənilməz  şəkildə 



Eminə kəllə vurdu. Adnan önə keçdi və bu zaman onu da yerə yıxdılar. Hər iki adam Emini və 

Adnanı  vurmağa  başladı,  Adnanın  burnu  sındı,  Eminin  isə  ayağı  zədələndi.  Restoran  işçiləri 

insidentə bir neçə dəqiqə sonra müdaxilə etdilər. 

 

Emin,  Adnan  və  restoranda  olan  dostlarından  biri  Orxan  Qafarlı  həmin  dəqiqə  yaxınlıqda 



yerləşən  39-cu  Polis  Bölməsinə  getdilər.  Adnan  öz  qız  dostu  Pərvanə  Persianiyə  zəng  edərək 

insident  barədə  məlumat  verdi.  Pərvanə  digər  dostlarına  xəbər  verərək  polis  idarəsinə  getdi. 

Eminlə  Adnan  polis  idarəsinə  gəldikləri  zaman  orada  onlara  bu  ərazinin  onların  idarəsinə  aid 

olmadığını bildirdilər. Polis 3 gənci maşına mindirərək 9-cu Polis bölməsinə gətirdi.   

 

Restoranda  nahar  edən  gənclərdən  qalan  dördü  isə  orda  qalaraq  polis  çağırdılar.  Polis  Vüsal 



Məmmədov və Babək Hüseynovu sorğu-sual etmək üçün 9-cu polis bölməsinə apardı. Bu dörd 

gənc  isə  taksiyə  əyləşərək  polis  maşınının  ardınca  artıq  çoxlu  sayda  dostların  və  qohumların 

yığışdığı polis bölməsinin qarşısına gəldilər. Polis burda yığışanları dağıtmağa çalışsa da, onlar 

burdan heç  yerə  getməyəcəklərini  bildirdilər. Bundan sonra isə Adnan, Emin və Orxan Səbayıl 

Rayon Polis İdarəsinə aparıldılar. Dostları və qohumları da onların ardınca oraya getdilər. Bunlar 

artıq axşam saat 9 radələrində baş verirdi.   



 

Adnanın  qız  dostu Pərvanə  idarənin  binasına  daxil  ola  bilərək  Adnana  zədələndiyinə  görə  buz 

verə  bilmişdi.  Həmin  vaxt  Adnan  Vüsal  Məmmədov  və  Babək  Hüseynovun  onlardan  üzr 

istədiklərini və Emindən şikayətlərini  geri götürməyi xahiş etdiklərini Pərvanəyə dedi.  İdarənin 

binasından  çıxdıqdan  sonra  Pərvanə  onları  bayırda  gözləyən  iki  dostu  ilə  məsləhətləşdi: 

bunlardan  biri  Azadlıq  Radiosunun  təcrübəli  jurnalisti  Xədicə  İsmayılova,  digəri  isə  Məzunlar 

Şəbəkəsinin (AN) həmtəsisiçilərindən olan hüquqşünas ekspert Erkin Qədirli idi. İsmayılova və 

Qədirli  Eminlə  Adnana  şikayətlərini  geri  götürməməyi  tövsiyyə  etdilər.  Onlar  2007-ci  ilin 

noyabrında  Azadliq  qəzetinin  xuliqanlıq  ittihamı  ilə  həbs  edilmiş  redaktoru  Qənimət  Zahidi 

xatırladılar. Qənimət Zahidə onun qadına sataşdığını iddia edən tanımadığı bir nəfər tərəfindən 

küçədə  hücum  edilmişdi.  Zədələnməsinə  baxmayaraq  Qənimət  Zahid  şikayət  etməmişdi.  Lakin 

ona hücum edən şəxs növbəti gün şikayət edərək Qənimət Zahidi xuliqanlıqda təqsirləndirmişdi. 

                                                 

115


   

ESI-ın Adnan Hacızadə ilə müsahibəsi, 12 Yanvar 2011. 

116

   


Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov Ağdam, 1983-cü 

il təvəllüdlü Babək Hüseynov isə Füzuli rayonundan olan məcburi köçkünlərdir, according to the information 

http://www.mediaforum.az/articles.php?article_id=20090709070651220&lang=az&page=00

.   


 

www.esiweb.org 

21 


Bundan sonra isə Q.Zahid dörd il həbs cəzasına məhkum edilmişdi. O, 2010-cu il martın 17-də 

verilən prezident əfvi sayəsində azadlığa çıxmışdır.   

 

Adnan  və  Emin  də  X.İsmayılova  və  E.Qədirlinin  məsləhətinə  əməl  etdilər.  Lakin  şox  qısa  bir 



zamanda  onların  da  işi  Qənimət  Zahidin  işi  şəklini  almağa  başladı.  Elə  həmin  axşam  Vüsal 

Məmmədov və Babək Huseynova polis idarəsini tərk etmək icazəsi verildi. Adnan və Emin isə 

qurbandan  şübhəli  şəxsə  çevrildilər.  (Təxmini  gecə  saat  1-də  Adnan  öz  dostlarına  telefonla 

ismarıc yollayaraq şübhəli şəxs qismində saxlandıqlarını bildirdi.) Vəkil istəyən Adnanın vəkili, 

idarənin  qarşısında  onları  gözləyən  insanların  arasında  olsa  da,  o,  polis  idarəsinə  buraxılmadı. 

Gecə  saat  2-də  polis  Eminlə  Adnanın  xuliqanlıq  ittihamı  ilə  48  saat  saxlandığını  bildirdi.  Bu 

elandan qısa bir müddət sonra hər iki gənc 37-ci Xətai Rayon Polis Bölməsinə aparıldı.   

 

Həmin  xoşagəlməz  axşamdan  iki  gün  sonra,  Emin  və  Adnan  dindirildi.  Daha  sonra  isə,  həmin 



gün  Səbayıl  Rayon  Məhkəməsində  qapalı  məhkəmə  keçirildi.  İfadə  vermək  üçün  heç  bir  şahid 

çağırılmadı.  Emin  və  Adnan  xuliqanlıqda  ittiham  olunaraq  barələrində,  Azərbaycanda 

qanunvericiliyin  imkan  verdiyi  ən  maksimum  cəza-  iki  aylıq  həbs  qəti  imkan  tədbiri  seçildi.

117


 

Sonralar  insan  haqları  müdafiəçiləri  ilk  48  saat  ərzində  Emin  və  Adnana  tibbi  yardımın 

göstərilməməsi və istəklərinə uyğun olaraq vəkillə təmin olmamaları kimi polis zorakılığı barədə 

məlumatlar  vermişdilər.

118

  Saxlanma  protokollarında  Emin  və  Adnanın  cinayətkar  keçmişə 



malik olmaları kimi yalan məlumatlar əksini tapmışdır.

119


  (Protokolların surəti Emin və Adnana 

təqdim  edilməmişdir.)  İyulun  9-da,  Azərbaycanın  Ombudsmanı,  Elmira  Süleymanova  Daxili 

İşlər Naziri Ramil Usubova və Baş Prokuror Zahid Qaralova məktub göndərərək hər iki tərəfin 

barışıqla razılığa gəlməsini təklif etmişdir .

120

 

 



2009-cu il iyulun 11-də, iş məhkəməyə çatmadan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə 

bəyanat  yayaraq artıq Adnan və Emini baş vermiş insidentdə təqsirkar adlandırdılar. Bəyanatda 

çoxlu sayda yalan məlumat əksini tapmışdır: 

 

“ 2009-cu  il  iyulun  8-də,  təxminən  saat  18.00  radələrində  içkili  vəziyyətdə  olan  Adnan 



Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər «Lebanese» restoran-barında ucadan 

etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal 

Məmmədov  və  Babək  Hüseynova  qarşı  heç  bir  səbəb  olmadan  fiziki  zor  tətbiq  etməklə 

qərəzli  xuliqanlıq  hərəkətlərinə  yol  veriblər.  Hadisə  yerinə  polis  əməkdaşları  gələnədək 

Adnan  Hacızadə  ilə  bir  yerdə  olmuş  şəxslərdən  dördü  qaçıb,  [ESI:  Bu  dörd  nəfər  polisi 

çağıran  gənclər  idi]  lakin  üç  nəfəri  saxlanılaraq  Səbail  Rayon  Polis  İdarəsinin  9-cu  polis 

bölməsinə  gətirilmişdi  [ESI:  Adnan,  Emin  və  Orxan  polis  bölməsinə  özləri  getmiĢdilər]. 

Digər  dörd  nəfər  -  Ülvi  Həsənli,  Nurəddin  Babayev,  Pərviz  və  Bəhram  isə  hazırda 

axtarışdadır.” 

 

Sənəd həm də defensiv bir mövqedə hazırlanmışdı: 



                                                 

117


   

Adnan Hacızadə və Emin Millinin işi ilə tanış olmaq üçün, 19 Sentyabr, 2009, 

http://supportadnanandemin.rsfblog.org/archive/2009/09/22/summary-of-the-adnan-hajizadeh-emin-milli-

case.html

118


   

Demokratiya uğrunda Dünya Hərəkatının veb səhifəsi, “Vətəndaş Cəmiyyəti Forumunun iştirakçılarının gənc 

fəallara qarşı olan təzyiqlərlə bağlı Prezident İlham Əliyev və Daxili İşlər Naziri Ramil Usubova 9 İyul 2009-

cu ildə müraciəti”, 

http://www.wmd.org/documents/Appeal0709.pdf

119



   

Əli Novruzovun bloqu, In Nutatione Fortitudo, 5 Sentyabr 2009, 

http://blog.novruzov.az/2009/09/bloggers-

trial-report-from-outside-of.html

.

 

120


   

“Ombudsman həbs edilmiş gənclər barəsində məktub yazıb”, Media Forum Azərbaycan, 9 İyul 2009, 

http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090709060525977

. VBu xəbər həm də 

müxalifət qəzeti olan Azadlıq tərəfindən yayımlanmışdır 

http://www.azadliqradiosu.az/articleprintview/1773346.html

.   


 

www.esiweb.org 

22 


“Adi bir xuliqanlıq hadisəsi olan bu işə verilən beynəlxalq reaksiyaya etirazımızı bildiririk. 

Biz  bunu  istintaq  prosesinə  müdaxilə  kimi  qiymətləndirir  və  beynəlxalq  ictimaiyyəti 

Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa son qoymağa çağırırıq.”

121


 

 

Bəyanatın yayılmasından az sonra, “axtarışda olan” 4 nəfər mətbuat konfransı keçirərək incident 



yerindən  qaçmadıqlarını,  əksinə  uğursuzluqla  nəticələnsə  də,  polisə  ifadə  verməkdə  israrlı 

olduqlarını bildirdilər.

122

   


 

On  gün  sonra  isə  Vüsal  Məmmədov  və  Babək  Hüseynov  8  iyul  hadisələri  haqqında  bəyanat 

yayaraq bildirdilər:   

 

“Biz Livan restoranına yemək yemeyə getmişdik. Oturmaq üçün yer seçdik və yemək sifariş 



etdik.  Qonşu  masada  7-8  nəfər  əyləşərək  yemək  yeyir,  içki  içirdilər.  Bir  qədər  sonra  biz 

onların  [ucadan]  söyüş  söydüyünü  eşitdik.  Biz  bundan  narahat  olduq  və  onları  xəbərdar 

etdik.  Lakin  onlar  bizim  onlardan  sakit  olmağı  xahiş  etdiyimizə  əhəmiyyət  vermədilər  və 

davam  etdilər.  Biz  onlardan  söyüş  söyməməyi  xahiş  etdik,  çünki  biz  sakit  şəkildə  istirahət 

etmək  istəyirdik.  Onlardan  biri  dedi  ki,  “Biz  nə  istəsək  onu  da  edə  bilərik.  Bizə  tərbiyə 

verməyin.” Daha sonra bu davaya çevrildi. Biz dava etmək istəməsək də, onlar bizə hücum 

etdilər. Biz özümüzü qorumağa çalışırdıq. Onlardan ikisi bizi xüsusi amansızlıqla döyürdü. 

Nəticədə  biz  xəsarət  aldıq.  Bu  günə  qədər  də  xəstəxanada  müalicə  alırıq.  Dostlarımızdan 

eşitdiyimizə görə qəzetlərdə bizim əleyhimizə kampaniya aparılır.”

123


   

 

 



B.   

Məhkəmə şousu   

 

Məhkəmə 4 Sentyabr 2009-cu il tarixində başladı. Ümumilikdə 12 məhkəmə dinləməsi keçirildi. 



Səsyazma  üçün  istifadə  edilən  qurğular  və  kameraların  məhkəmə  zalına  gətirilməsi  qadağan 

edildiyindən məhkəmə protokolları da ictimaiyyət üçün qapalı idi. Gənc fəal və Adnanla Eminin 

dostu Vəfa Cəfərova məhkəmə  dinləmələrinin  əksəriyyətində  iştirak etmişdir. 2008-ci  ilə  qədər 

Vəfa  əsası  2005-ci  ilin  fevralında  qoyulmuş  demokratik  gənclər  hərəkatı  -  Dalğanın  sədri 

olmuşdur. Onun etiraz ruhlu mahnılar yazan həyat  yoldaşı isə Emin və Adnan həbs edildikdən 

sonra onlar haqqında mahnı yazmışdır.

124

  Məhkəmə dinləmələri zamanı Vəfa məhkəmə zalında 



baş  verənləri  Facebook-da  yaymaq  üçün  mobil  telefonundan  istifadə  edirdi.  Sonralar  digər 

insanlar  da  bunu  etməyə  başladı.  “Telefonla  içəri  keçməyə  icazə  verilmirdi  -  yalnız  kağız  və 

qələm  gətirmək  olardı  -  lakin  biz  bəzən  iki  telefonla  gəlib,  birini  təhvil  verərək  digərini 

özümüzlə içəri keçirirdik,” deyə Vəfa izah edir.

125

   


 

Dinləmələr zamanı, Vüsal Məmmədov insidentin Eminin restoranda olan qadınlara qarşı nalayiq 

ifadələr  işlətməsinə  görə  başladığını  təkid  edirdi.  Babək  Hüseynov  da  eyni  şeyi  söyləyərək, 

Eminin  söyüş  söydüyünü,  onun  isə  Emindən  mədəni  olmasını  xahiş  etdiyini  bildirdi.  “Bundan 

                                                 

121


   

Daxili İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatı, 14 İyul, 2009, 

http://www.mia.gov.az/?/az/news/view/239/

.   


122

   


“Axtarışda olan: „Biz heç bir yana qaçmamışıq‟”, Azadlıq Radiosu, 13 İyul 2009, 

http://www.azadliq.org/content/article/1775852.html

123


   

“Adnan Hacızadə və Emin Milliyə qarşı açılnış cinayət işində zərərçəkən şəxslər mtəbuata müraciət etdi”, 

APA, 20 İyul 2009, 

http://en.apa.az/news.php?id=105248

.   

124


   

Onnik Krikorian, “Azərbaycanda Azadlıq və Demokratiya üçün verilən siqnallar” (“Rapping for Freedom 

and Democracy in Azerbaijan”), 30 Avqust 2009, 

http://frontlineclub.com/blogs/onnikkrikorian/2009/08/rocking-and-rapping-for-freedom-and-democracy-in-

azerbaijan.html

. Emin və Adnan haqqında Azər Cırttan tərəfindən yazılmış “Divar” mahnısı, 

http://www.youtube.com/watch?v=kEfMu_4_I1E

125



   

ESI-ın Vəfa Cəfərova ilə müsahibəsi , Yanvar 2011. 



 

www.esiweb.org 

23 


sonra  Emin  gəlib  Vüsalı  vurdu,  Adnan  da  ona  qoşuldu.”,  deyə  Hüseynov  bildirdi.  Emin  və 

Adnan  isə  bildirdilər  ki,  restoranda  başqa  müştəri  yox  idi  və  Vüsal  Məmmədovla  Babək 

Hüseynov  uzaq  masada  əyləşmişdilər,  ona  görə  də  onların  nə  danışdığını  ümumiyyətlə  eşidə 

bilməzdilər.  Hüseynov  və  Məmmədov  vəkillərin  verdiyi  suallardan  yayınmağa  çalışırdılar. 

Onların  yazdığı  şikayət  ərizəsi  haqqında  sual  verilərkən,  Məmmədov  bildirdi  ki,  “polis  nə 

deyibsə,  onu  da  yazmışam”.  Hüseynov  isə  nə  yazdığını  ümumiyyətlə  xatırlamadığını  bir  neçə 

dəfə söylədi. Restoranın ofisiantı məhkəməyə ifadəsi zamanı bildirdi ki, restoranda Emin, Adnan 

və  onların  beş  dostu,  həmçinin  Babəklə  Vüsal  və  restoran  işçilərindən  başqa  heç  kim  yox  idi.   

Ofisiant  xanım  həmçinin  Adnan  və  Emin  outran  masadan  heç  bir  söyüş  və  ya  ucadan  danışıq 

eşitmədiyini bildirdi. İfadə verən iki polis isə xəsarət alanların yalnız Emin və Adnan olduğunu 

bildirdi.  Bu  zaman  prokuror  polislərdən  birinə,  Zahid  Daşdəmirova  onun  insidentdən  sonra 

Babək  Hüseynovun  qarnını  tutduğunu  görməsini  xatırlatdı.  Daşdəmirov  əvvəl  verdiyi  ifadədən 

imtina  edərək,  dedi  ki,  ola  bilər  belə  olub;  çünki  hadisəni  raport  yazarkən  daha  yaxşı 

xatırlayırdı..

126

   


 

İdman  Akademiyasının  məzunları  olan  Vüsal  Məmmədov  və  Babək  Hüseynov  idmançı 

görkəminə,  iri  vücuda  sahibdirlər.  Emin  və  Adnan  tərəfindən  döyüldüklərini  söyləmələri  zalda 

əyləşənlərdə gülüş doğururdu. Eminin dediyi kimi, onun özü və Adnanla Vüsal Məmmədov və 

Babək Hüseynov arasında açıq-aşkar fiziki quruluş və güc fərqləri var.

127


   

 

Məhkəmə  davam  etdikcə  məsələyə  olan  beynəlxalq  diqqət  artmağa  başladı.  Azadlıq 



Radiosundan tutmuş New York Times və BBC-yə qədər bütün kütləvi informasiya vasitələri Emin 

və  Adnanın  həbsi  və  onlara  qarşı  sürülən  ittihamı  işıqlandırırdı.  2009-cu  il  senytabrın  4-də 

Article  19,  Azad  Fikir  İfadəsi  üçün  Qlobal  Kampaniya,  Human  Rights  Watch  və  Beynəlxalq 

PEN  təşkilatları  Prezident  İlham  Əliyevə  açıq  məktub  ünvanlayaraq  “Azərbaycanda  fikir 

azadlığının  təhlükədə  olduğundan,  fərqli  fikir  bildirən  şəxslərin  və  kütləvi  informasiya 

vasitələrinin  müxtəlif  metodlarla  susdurulduğundan  narahatlıq”  keçirdiklərini  bildirmişlər.

128

 

Lakin  beynəlxalq  təzyiqin  xeyri  olmadı.  2009-cu  il  noyabrın  11-də  iki  ay  sürən  məhkəmə 



dinləmələrindən sonra Emin və Adnan “xuliqanlıq” və “fiziki xəsarət yetirməyə” görə 30 və 24 

ay müddətinə həbs cəzasına məhkum edildilər. Sonralar Adnan bildirirdi ki, hər hansı bir sübutun 

məhkəmədə xeyri olacağına inanmırdı. Onun dediyinə görə, “hətta bütün insidentin video yazısı 

olsaydı belə, biz yenə də həbs ediləcəkdik”

129

   


 

Qərar  hamı  tərəfindən  pislənildi.  Avropa  Şurasının  Baş  Katibi  bu  hadisələrin  “Azərbaycanda 

fikir azadlığına qaçılmaz təsiri olacağını” və “Azərbaycanda azadlıq və ümumiyyətlə insanların 

rifahının  təhlükədə  olduğunu”  bildirdi.

130

  AB  “məhkəmə  prosesinin  hüquqi  prosedura  uyğun 



olmadığı” və “bu məhkəmə qərarının gələcəkdə Azərbaycanda sərbəst fikir bildirmək azadlığına 

mənfi  təsir  göstərəcəyindən”  təəssüfləndiyini  bildirdi.

131

  ABŞ  Dövlət  Departamenti  qərarı 



                                                 

126


   

ESI-ın Vəfa Cəfərova ilə müsahibəsi , Yanvar 2011 

127

   


Eurasianet, “Azərbaycan: Bloggerlərin Məhkəməsində verilən ifadələrdə ziddiyyətlər var” (“Azerbaijan: 

Contradictions Emerge During Blogger Trial Testimony”), 17 Sentyabr 2009, 

http://www.eurasianet.org/departments/insightb/articles/eav091809c.shtml

   


128

   


Article 19, Azad fakir bildirmək üçün keçirilən qlobal kampaniya, Human Rights Watch və Beynəlxalq PEN, 

İki gənc fəalın məhkəməsi ilə bağlı Azərbaycan Prezidentinə məktub, 4 Sentyabr 2009, 

http://www.hrw.org/en/news/2009/09/04/letter-president-azerbaijan-regarding-trial-two-youth-activists

.   


129

   


Adnan Hacızadə ilə ESI müsahibəsi, Baku, December 2010. 

130


   

Avropa Şurasının Baş Katibi Thorbjørn Jagland, “Azərbaycanda ifadə azadlığı basqı altındadır”, Bəyanat, 12 

Noyabr 2009, 

https://wcd.coe.int/wcd/ViewDoc.jsp?Ref=PR838(2009)&Language=lanEnglish&Ver=original&Site=DC&B

ackColorInternet=F5CA75&BackColorIntranet=F5CA75&BackColorLogged=A9BACE

.   


131

   


AB-də İsveç sədrliyi, “Azərbaycan haqqında sədrliyin bəyanatı”, 12 Noyabr 2009, 

http://www.se2009.eu/en/meetings_news/2009/11/12/presidency_statement_on_azerbaijan

.   


 

www.esiweb.org 

24 


“Azərbaycanın  demokratik  islahatlar  yolunda  atdığı  geriyə  addım”  kimi  qiymətləndirdi.

132


 

Freedom  House  təşkilatı  cəzanı  “kifayət  qədər  narahatlıq  doğuran”  adlandırdı.

133

  Reporters 



Without Borders məhkəmənin “əvvəldən sona qədər utancverici”, “hiddətləndirici və ədalətsiz” 

olduğunu bildirdi.

134

  Amnesty  International  hər iki gənci  vicdan məhbusu  elan etdi.



135

  Qərarın 

daha yüksək instansiyada apellyasiya vasitəsilə dəyişdirilməsi də uğursuzluqla nəticələndi. 2010-

cu  ilin  martında  Bakı  Apellyasiya  Məhkəməsi  Emin  və  Adnan  barəsində  çıxarılmış  qərarı 

qüvvəsində  saxladı.

136


  2010-cu  ilin  avqustunda  Ali  Məhkəmənin  də  qərarı  qüvvədə 

saxlamasından  sonar  vəkillər  işi  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə  göndərməyi  qərara 

aldılar.

137


   

 

İki illik həbs cəzasının bir ili keçdikdən sonar Adnan vaxtından əvvəl azadlığa buraxılmaq üçün 



müraciət  edə  bilərdi.  Azərbaycan  qanunvericiliyinə  əsasən,  məhbus  nümunəvi  davranış 

göstərdiyi halda onun həbs cəzasının müddətinin yarısı keçdikdən sonra azadlığa buraxıla bilər. 

Lakin bu, Adnana şamil edilmədi. 2010-cu il iyulun 26-da Bakı Qaradağ Rayon Məhkəməsinin 

qərarına  görə  Adnan  günahını  etiraf  etmədiyi  və  həbsdə  nümunəvi  davranış  göstərmədiyi  üçün 

azad edilə bilməzdi. Azadlıq Radiosunun verdiyi məlumata əsasən, 

 

“Həbsxana rəsmiləri Natiq Hacıyev və Əli Nəbiyev Adnanın öz günahını etiraf etmədiyini, 



həmçinin  vaxtının  çoxunu  kitab  oxumaq  və  həbsxanada  intellektual  oyunlar  təşkil  etməklə 

məşğul  olduğunu,  həbsxananın  divarını  rəngləməkdən  və  həyətini  təmizləməkdən  imtina 

etdiyini söylədilər... Hacızadə həbsxana rəsmilərinin dediklərinin həqiqətə uyğun olmadığını 

və  özünü  həbsxanada  nə  qədər  yaxşı  aparmasından  asılı  olmayaraq  hakimin  onu 

buraxacağına inanmadığını bildirdi.”

138


 

 

Dinləmə zamanı, həbsxana işçiləri Adnan Hacızadənin vəkili ilə “çox tez-tez” görüşdüyündən də 



şikayət etdilər.   

 

Bundan sonra isə yenə də apellyasiya, etirazlar və pisləmələr davam etdi. 2010-cu il sentyabrın 



24-dətarixində  Nyu  Yorkda  keçirilən  BMT  Baş  Assambleyasının  yığıncağı  zamanı  ABŞ 

prezidenti Barak Obama İlham Əliyevdən bu iki məhbusu azad etməyi xahiş etdi

139

  Azərbaycan 



                                                 

132


   

ABŞ Dövlət Departamenti, “Həbs edilmiş gənc fəallar Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı 

məhkəmə qərarı”, Mətbuat üçün Bəyanat, 11 Noyabr 2009, 

http://www.state.gov/r/pa/prs/ps/2009/nov/131798.htm

133


   

Freedom House, “Bloggerlərin həbsi Azərbaycanda yeni medianın yaranmasına təhülkə yaradır ”( “Bloggers‟ 

Jailing Threatens New Media‟s Emergence in Azerbaijan”), 12 Noyabr 2009, 

http://www.freedomhouse.org/template.cfm?page=70&release=1095

134


   

Sərhədsiz Reportyorlar, “İki bloggerin həbsi „hiddətləndirici və ədalətsiz‟ olaraq qiymətləndirilir” (“Prison 

sentences for two bloggers condemned as „outrageous and unjust‟”), 12 Noyabr2009, 

http://en.rsf.org/azerbaijan-prison-sentences-for-two-bloggers-12-11-2009,34972.html

135


   

Amnesty International, “Həbs edilmiş Azərbaycanlı bloggerlər vicdan məhbusu élan edildilər” (“Jailed 

Azerbaijani bloggers adopted as prisoners of conscience”), 12 Noyabr 2009, 

http://www.amnesty.org/en/news-and-updates/news/jailed-azerbaijani-bloggers-adopted-prisoners-

conscience-20091112

136



   

Azadlıq Radiosu, “Həbs edilmiş Azərbaycanlı Bloggerlərin Appelyasiya şikayəti rədd edildi” (“Jailed 

Azerbaijani Bloggers‟ Appeal Rejected”), 10 Mart 2010, 

http://www.rferl.org/content/Jailed_Azerbaijani_Bloggers_Appeal_Rejected/1980103.html

.   

137


   

Azadlıq Radiosu, “Azərbaycan Ali Məhkəməsi Bloggerlərin həbsini qüvvədə saxladı” (“Azerbaijan Supreme 

Court Upholds Bloggers‟ Sentences”), 20 Avqust 2010, 

http://www.rferl.org/content/Azerbaijan_Supreme_Court_Upholds_Bloggers_Sentences_/2132682.html

.. 

138


   

“Həbs edilmiş Azərbaycanlı bloggerlərin appelyasiya şikayəti rədd edildi” (“Jailed Azerbaijani Blogger‟s 

Appeal Rejected”), Azadlıq Radiosu, 27 İyul 2010, 

http://www.rferl.org/content/Jailed_Azerbaijani_Bloggers_Appeal_Rejected/2111055.html

139


   

Ağ Ev, Mətbuat Xidməti, “Prezident Obamanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə 

məlumat” (“Read-out of President Obama‟s meeting with Azerbaijani President Ilham Aliyev”), 24 Sentyabr 


 

www.esiweb.org 

25 


hakimiyyəti  inadkarlıq  göstərdi,  lakin  bu  iş  beynəlxalq  aləmdə  böyük  bir  utanc  gətirdi.  Obama 

ilə  görüşdən  iki  ay  keçməmiş  dönüş  nöqtəsi  baş  verdi.  Gözlənilmədən,  Adnanın  qalan  həbs 

müddətindən  azad  olması  barədə  edilən  appelyasiya  şikayətinə  müsbət  cavab  verildi.  O,  18 

Noyabr 2010-cu il tarixində azad edildi. Növbəti gün isə həbs cəzasının yarısını (30 aydan 15-ni) 

çəkmiş Emin Milli də azad edildi.

140


  Onlar Bakını tərk etməyəcəkləri şərti ilə azad edildilər.   

 

“Düzünü desəm, bu vaxta qədər də dəqiq nə üçün həbs edildiyimi bilmirəm,” azadlığa çıxdıqdan 



sonra  verdiyi  müsahibə  zamanı  Emin  deyirdi.  “  Lakin  düşünürəm  ki  mən  sadəcə  həqiqəti 

dediyim, müstəqil düşündüyüm üçün həbs edilmişdim və uzunqulaq videosu da bunun bir hissəsi 

id.”

141


  “  Mən  azadlıq  üçün  darıxmışam,”  deyə  əlavə  etdi.  “  Mənəvi  azadlıq  üçün  deyil,  çünki 

həbsdə  belə  mən  mənəvi  cəhətdən  azad  idim.  Mən  hərəkət  etmək  azadlığı,  İnternetdən  istifadə 

azadlığı  üçün  darıxmışam.  Mən  fikirləşirəm  ki,  İnternet  qadağası  bizim  nəsil  üçün  yeni  bir 

zorakılıq  metodudur.”

142

  Azadlığa  çıxdıqdan  bir  neçə  həftə  sonra  həm  Emin,  həm  də  Adnan 



fəaliyyətlərini  davam  etdirmək  arzusunda  olduqlarını  bildirdilər.  Emin  ədalətsiz  şəkildə  həbs 

edilmiş  insanların  təbliğat  kampaniyasında  iştirak  etmək  istədiyini  söylədi.  Adnan  siyasətlə 

məşğul  olmaq  istəmədiyini  desə  də,  ədalətsizlik  əleyhinə  fəaliyyət  göstərmək  istədiyini 

bildirdi.

143

  12  Dekabr  2010  tarixində  Emin  və  Adnan  YouTube-da  yerləşdirdikləri  6  dəqiqəlik 



videoda onlara dəstək olan bütün insanlara və təşkilatlara minnətdarlıqlarını bildirdilər: 

 

“Biz ömrümüzün sonuna qədər hər kəsə dediyi bir kəlmə sözə, etdiyi hər bir klikə, hər video 



və petisiyaya görə minnətdar olacağıq.”

144


 

 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin