Bakıdakı Facebook nəsli


    DİSSİDENTLİYİN GƏLƏCƏYİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix24.04.2017
ölçüsü0,58 Mb.
#15619
1   2   3   4   5

4.   

DİSSİDENTLİYİN GƏLƏCƏYİ   

 

“Biz  də  xarici  müdaxilənin  əleyhinəyik,  bizim  yeganə  istəyimiz  hakim  qüvvələrin  təntənəli 



surətdə and içdiyi və imzaladığı dəyərlərə itaət etmələridir.” 

 

Jiri Hayek və Zdenke Mlynar, kommunist Çexoslovakiyasının dissidentləri, 1975   



 

 

A.   



Avtoritar stabillik və Avropa Şurası   

 

2001-ci  il  yanvarın  25-də  Azərbaycanın  Avropa  Şurasına  üzv  qəbul  edilməsi  münasibətilə 



Prezident  Heydər  Əliyev  Avropa  Şurasının  Strasburqda  yerləşən  Parlament  Assambleyasına 

müraciət  ünvanladı. Əliyev Azərbaycan qanunvericiliyinin Şuranın  standratlarına uyğun olması 

üçün  göstərdiyi  cəhdləri  vurğulayaraq,  “Bu  gün  Azərbaycanın  demokratik  inkişafı  artıq 

qaçılmazdır” deyirdi.     

 

                                                                                                                                                             



2010, 

http://www.whitehouse.gov/the-press-office/2010/09/24/read-out-president-obamas-meeting-with-

azerbaijani-president-ilham-aliye

.   


140

   


Maarif Əkbərli, Kler Biqq, “Məhkəmə Azərbaycanlı „Uzunqulaq Bloggerlərinin‟ azad edilməsiylə bağlı qərar 

çıxardı” (“Court Orders Release Of Azerbaijani „Donkey Bloggers‟”), Azadlıq radiosu, 19 Noyabr 2010, 

www.rferl.org/content/Court_Orders_Release_Of_Azerbaijani_Donkey_Blogger/2223427.html

.   


141

   


“Azad edilmiş Azərbaycanlı bloggerlər internetsiz keçirdikləri bir ilin işgəncə olduğunu deyirlər” (“Freed 

Azerbaijani Blogger Says Year Without Internet Was „Torture‟”), Azadlıq Radiosu, 19 Noyabr 2010, 

http://www.rferl.org/content/Freed_Azerbaijani_Blogger_Says_Year_Without_Internet_Was_Torture/222498

3.html


142


   

Ibid.   

143


   

Adnan və Eminlə ESI-ın müsahibəsi, Bakı, Dekabr 2010. 

144

   


“Emin və Adnan: Biz Qayıtdıq və Sizə təşəkkür edirik”, YouTube, 12 Dekabr 2010, 

http://www.youtube.com/watch?v=LEI6ASpRWTA



 

www.esiweb.org 

26 


“Azadlıq və qanunun aliliyi tam təmin edilmişdir. Azərbaycanın Avropa Şurasına üzv qəbul 

edilməsi  təkcə  onun  müstəqilliyinin,  suverenliyinin,  demokratikliyinin  və  inkişafının 

tanınması deyil, bu həm də Azərbaycanın inkişafında onun Avropa ailəsinin bərabərhüquqlu 

üzvü kimi yeni bir mərhələnin başlanğıcıdır.”

  145

 

 



Bu nitqdən 10 il sonra Əliyevin sözləri içi boş bir çuxuru xatırladırdı. O vaxtdan bəri keçirilən 

heç  bir  seçki  beynəlxalq  standartlara  uyğun  gəlməmişdir.  Freedom  in  The  World-un  (Dünyada 

Azadlıq)  2004-cü  il  hesabatında  Azərbaycan  “qismən  azad”  ölkələr  siyahısından  “qeyri-azad” 

ölkələr siyahısına düşmüşdür. Səbəbi isə “oktybarda [2003] keçirilən prezident seçkilərində ciddi 

saxtakarlığa  yol  verilməsi  və  hökumətin  müxalifət  tərəfdarlarına  ardıcıl  təzyiq  göstərməsi” 

olmuşdur.

146

  O vaxtdan bəri Azərbaycan mətbuat azadlığına qoyulan məhdudiyyətlərin getdikcə 



artırıldığı və “Prezident İlham Əliyevin və hakim Yeni Azərbaycan Partiyasının gücündən ibarət 

monopoliyanın yaradıldığı” “qeyri-azad” ölkə olaraq qalmışdır.

147

   


 

2007-ci  ildən  başlayaraq  müstəqil  votçdoq  təşkilatı  olan  Sərhədsiz  Reportyorlar  İlham  Əliyevi 

bütün  dünyada  mətbuat  azadlığına  göstərdikləri  təzyiqə  görə  dövlət  başçıları  və  təşkilatlarını 

sıralandıran  “Mətbuatın  Düşmənləri”  siyahısında  40-cı  yerdə  yerləşdirmişdir.

148

  2007-ci  ildə 



Jurnalistləri  Müdafiə  Komitəsi  Azərbaycanı  ATƏT  regionunda  biri  Rusiya  olmaqla  “mətbuatla 

ən pis rəftar edən” iki ölkədən biri kimi tanımışdır.

149

  Amnesty International Azərbaycanda həbs 



olunan jurnalistləri vicdan məhbusu elan etmişdir.

150


  Freedom House 2010-cu il üçün hazırladığı 

“Keçid  dövründə  yaşayan  xalqlar”  (“Nations  in  Transit”)  hesabatında  Azərbaycana  “müstəqil 

mətbuat”  kateqoriyasında  ən  aşağı  7  qiymətindən  6.75  qiymətini  vermişdir.

151


  Human  Rights 

Watch-un ən son hesabatında əks olunan mənzərə də ürəkaçan deyil:   

 

“Azərbaycan  hökumətinin  ölkədə  ifadə  azadlığının  məhdudlaşdırılması  üçün  göstərdiyi 



cəhdlər  narahatlıq  doğurur.  Yüksək  vəzifəlili  hökumət  məmurları  jurnalistləri  və  hökuməti 

tənqid  edən  hüquq  müdafiəçilərinin  əleyhinə  çox  tez-tez  defamasiya  və  digər  cinayət 

xarakterli  işlərin  açılmasına  səbəb  olurlar.  Onlarla  journalist  istintaqa  cəlb  olunur,  həbs, 

yaxud cərimə edilir.”

152

 

 



                                                 

145


   

“Zati Aliləri C-b Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidentinin Avropa Şurasının Parlament 

Assambleyasında müraciəti”, Strasburq, 25 Yanvar 2001, 

http://www.azerbembassy.org.cn/eng/statements5.html

.   

146


   

Freedom House, “Dünyada azadlıq 2004” ( “Freedom in the World 2004”) (Azərbaycan üzrə ölkə hesabatı), 

http://www.freedomhouse.org/template.cfm?page=22&year=2004&country=2884

.   


147

   


Freedom House, “Dünyada azadlıq 2009” ( “Freedom in the World 2009”) (Azərbaycan üzrə ölkə hesabatı) 

http://www.freedomhouse.org/template.cfm?page=22&year=2009&country=7560

.   

148


   

Mətbuat Azadlığı üçün Sərhədsiz Reportyorlar, “Düşmənlər: İlham Əliyev, Prezident, Azərbyacan” (“Ilham 

Aliev, President, Azerbaijan”), 

http://en.rsf.org/predator-ilham-aliev,37258.html

.   

149


   

JMK (CPJ), komitənin iclasında “Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komitəsi qarşısımda verilən ifadə” 

(“Testimony before the Commission on Security and Cooperation in Europe” ), “ATƏT regionunda Mətbuat 

Azadlığı” (“Freedom of the Media in the OSCE Region”), 2 Avqust 2007. 

http://www.cpj.org/regions_07/europe_07/testimony_russia_internet_02aug07.html#backslide

.   


150

   


Amnesty International, “Azərbaycan: Düşüncəni sərbəst ifadə etmək azadlığı haqqında verilən qarışıq 

ismarıclar”, (“Azerbaijan: Mixed Messages on Freedom of Expression”), 2008. 

http://www.amnesty.org/en/library/asset/EUR55/002/2008/en/b6e7e186-e5ea-11dc-a281-

c950ca3e72a9/eur550022008eng.pdf

.   

151


   

Freedom House, “Keçid dövrü yaşayan xalqlar: Azərbaycan 2010” (“Nations in Transit: Azerbaijan 2010”), 

http://www.freedomhouse.eu/images/Reports/NIT-2010-Azerbaijan-final.pdf

 

152



   

Human Rights Watch, DöyülmüĢ, Qara Siyahıya salınmıĢ və Barmaqlıqlar arxasında: Azərbaycanda Ġfadə 



Azadlığı üçün məhv olan məkan    (Beaten, Blacklisted and Behind Bars: The Vanishing Space for Freedom 

of Expression in Azerbaijan, Oktyabr 2010, 

http://www.hrw.org/en/reports/2010/10/26/beaten-blacklisted-

and-behind-bars

   


 

www.esiweb.org 

27 


Tənqidlərlə  üzləşən  Azərbaycan  hökuməti  və  tərəfdarları  iki  cür  müdafiə  xətti  seçmişdir. 

Bunlardan  birincisi  ölkənin  hələ  də  keçid  dövründə  olması  və  tam  demokratik  standartların 

həyata  keçirilməsi  üçün  bir  qədər  vaxtın  lazım  olması,  lakin  buna  baxmayaraq  ümumi 

tendensiyanın  müsbət  olduğunu  bildirməkdir.  1997-ci  ilin  iyulunda  ABŞ-a  ilk  səfəri  zamanı 

Heydər Əliyev bununla bağlı danışarkən bildirmişdir:

 

 



“Bəzi  insanlar  düşünür  ki,  biz  qısa  bir  müddətdə  demokratiyaya  nail  olmalıyıq,  lakin  bu 

mümkün  deyildir.  Azərbaycan  xalqı  gəncdir  və  demokratiya  da  bizim  üçün  yeni  bir 

anlayışdır. ABŞ demokratiya yolunda 200 ildən çox bir müddətdə uğur qazanmışdır. Siz çox 

şeyə nail olmusunuz, lakin hələ də bu yolda görüləcək işləriniz var. Demokratiya alma deyil 

ki, bazardan alıb evə gətirəsiniz.”

153


   

 

10 il sonra oxşar arqumentləri Azərbaycanın Avropa Şurasındakı təmsilçiləri gətirirdilər. 2007-ci 



ilin  aprelində  parlament  assambleyasında  gedən  debatlar  zamanı  Azərbaycan  nümayəndə 

heyətinin üzvü Gültəkin Hacıyeva bildirdi: 

 

“Biz  tam  mənada  Avropa  demokratiyasına  nail  olmuş  kimi  davranacaq  qədər  sadəlövh 



deyilik.  Həqiqi  demokratik  standartlara  nail  olmaq  üçün  görüləcək  hələ  çox  iş  var ... 

demokratiya  inqilabi  proses  deyildir,  təkamül  prosesidir  ...  Bizim  avropalı  olmaq  istəyimiz 

var və özümüzü Avropanın bir hissəsi hesab edirik, lakin bizim sizin sevginizə, dəstəyinizə 

və bizi anlayışınıza ehtiyacımız var.”

154

 

 



İkinci arqument isə demokratiya sahəsində olan çatışmazlıqların Azərbaycanın xüsusi geosiyasi 

vəziyyətindən irəli gəlməsi arqumentidir. Bu arqumentin tərəfdarları israr edirlər ki, qonşuluq və 

Ermənistanla  olan  münaqişə  vəziyyətinə  görə  Azərbaycan  hələ  tam  şəkildə  demokratik 

idarəetmənin  öhdəsindən  gələ  bilməz.  2010-cu  ildə,  Londonda  yerləşən  və  Azərbaycan 

hökumətini dəstəkləyən Avropa Azərbaycan Cəmiyyəti adlı QHT “Azərbaycan və İnsan Haqları: 

Qərbin İkili Standartları?” adlı məqalə çap etmişdir. Məqalədə, 

 

“Azərbaycanda insan haqlarının vəziyyəri ədalətsiz tənqidə məruz qalır.    Seçkilərdə 25 əsas 



siyasi  partiyanın  iştirak  etməsinə  baxmayaraq,  əsas  diqqət  dissident  jurnalistlər  və 

müxalifətin  siyasi  fəaliyyətinin  iddia  edildiyi  kimi  məhdudlaşdırılması  üzərində 

cəmləşdirilir...  Demokratiya  Azərbaycanda  rüşeym  halındadır  və  bu  keçid  dövründə  Bakı 

çox  zaman  nizam-intizam  və  stabilliyi  prioritet  hesab  etməyə  məcburdur.  Xüsusilə  də  bu 

Dağlıq  Qarabağın  Ermənistan  tərəfindən  qeyri-qanuni  işğalı  ilə  bağlı  ölkənin  müvəqqəti 

hazırlıq mərhələsində olduğu üçündür.”

155

 

 



Tədrici  keçid  kənarda  da  qəbul  olunur.  2010-cu  ilin  iyulunda  Bakıya  səfəri  zamanı  ABŞ-ın 

Dövlət  Katibi  Hillari  Klinton  Azərbaycan  təcrübəsini  Amerika  ilə  müqayisə  etmişdir. 

“Demokratiyanın  qurulması  zaman  tələb  edir”,  deyə  o  bildirmişdir,  “hətta  ABŞ  belə  öz  son 

məqsədinə çatmamışdır”. Bundan əlavə o bildirmişdir ki,:   

 

                                                 



153

   


Əliyev– Sitatlar. “Demokratiya-Alma deyil” (“Democracy – Not an Apple”), Azerbaijan International, 5.3, 

Payız 1997 

http://www.azer.com/aiweb/categories/topics/Quotes/quote_aliyev.heydar.html

 

154



   

AŞPA, “Hesabat: Adi sessiya (İkinci hissə), On birinci sessiya” (“Report: Ordinary Session (Second part), 

Eleventh sitting”), 16 Aprel 2007, 

http://assembly.coe.int/Main.asp?link=/Documents/Records/2007/E/0704161500E.htm

155


   

Avropalı Azərbaycanlılar Cəmiyyəti , “Azərbaycan və İnsan Haqları: Qərbin İkili standartları?”, səh. 1-2, 

https://teas.eu/sites/default/files/HR.pdf



 

www.esiweb.org 

28 


“Düşünürük  ki,  Azərbaycanda  əhəmiyyətli  irəliləyiş  əldə  olunmuşdur.  Lakin  digər  gənc 

ölkələr kimi burada da hələ təkmilləşdiriləcəkçox sahə var.”

156

 

 



Hətta Avropa Birliyi  də  məsələyə  bu perspektivdən  yanaşır: 2007-2013-cü illərdə  Azərbaycana 

yardım  üçün  hazırlanmış  strategiya  sənədi  də  “Azərbaycan  demokratiyanın  inkişaf  etdirilməsi 

üçün “təkamül” islahatları strategiyasını həyata keçirir” adlanır. 

157


   

 

Avropanın  ən  qədim  demokratiya  klubu  hesab  edilən  Avropa  Şurası  isə  bu  qədər  vaxt  ərzində 



gözləntiləri  doğrultmamışdır.  2002-ci  ildə  Şuranın  Azərbaycana  təyin  etdiyi  ilk  hesabatçı 

Andreas  Qross  bildirirdi  ki,  üzv  dövlətlər  “öhdəlik  və  dəyərlərə  əməl  etmədiyi  zaman,  onların 

Şurada  üzvlüyü  təhlükədədir.  Biz  (Azərbaycanı)  üzvlüyə  qəbul  etməkdə  açıq  fikirli  və  liberal 

olmuşuq və öhdəliyə əməl  edilməsi  üçün biz düzgün və sərt mövqe tutmalıyıq”.  Lakin  bu baş 

vermədi. Avropa Şurası və AŞPA davamlı olaraq Azərbaycanda keçirilən hər yeni seçkini ölkənin 

demokratik proqress əldə etməsində “həlledici test” adlandırır. Keçirilən hər bir seçki demokratik 

standartlara uyğun olmamasına baxmayaraq heç bir sanksiya tətbiq edilməmişdir.   

 

AŞPA  qətnamələri  və  debatların  protokollarına  nəzər  yetirəndə  boş  vədlər  və  doğrulmayan 



gözləntilər aşkar görünür. 2003-cü ildə keçirilmiş seçkilərdən sonra Avropa Şurasının Parlament 

Assambleyası (AŞPA) tərəfindən qəbul edilmiş qətnamədə “seçicilərin hədələnməsi”, müxalifət 

tərəfdarlarının  “qurma  həbslər”i,  mətbuatın  “aşkar  ikili  standartları”  və  təhlükəzilik 

strukturlarının  “həddən  artıq  güc  tətbiq  etməsi”  kimi  ifadələr  işlədilmişdir.  AŞPA-nın 

qətnaməsində bildirilir ki, “Üzvlüyü artıq 10 ildən çox sürən Avropa Şurası üzvü üçün bu təcrübə 

qəbuledilməzdir,” .

158

 

 



2005-ci  ildə  Avropa  Şurası  1456  nömrəli  Qətnaməni  qəbul  edərək,  2005-ci  ilin  noyabrında 

keçirilən  parlament  seçkilərinin  “ölkənin  demokratik  inkişafı  üçün  həlledici  bir  test”  olduğunu 

qeyd  etdi.

159


  Seçkilərin  bir  sıra  zorakılıqlar  və  pozuntularla  müşahidə  olunduğu  aşkara  çıxdığı 

zaman AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsi ilə bağlı 

qısa bir debat təşkil etdi. Sonda isə heç bir tədbir görülmədi.   

 

2007-ci  ildə  AŞPAnın  Azərbaycan  üzrə  məruzəçisi  Andreas  Herkel  Strasburqdakı  müzakirələr 



zamanı  2005-ci  il  seçkilərindən  sonra  Azərbaycanda  heç  bir  əhəmiyyətli  inkişafın  olmadığını 

etiraf  etdi.  Elə  həmin  müzakirələr  zamanı  Herkellə  birgə  Azərbaycan  üzrə  həmməruzəçi  olan 

Toni Lloyd 2008-ci ildə keçiriləcək president seçkilərinin növbəti sınaq olacağını söylədi: “2008-

ci  il  seçkiləri  Azərbaycanın  demokratiyaya,  habelə  xalqların  demokratik  quruluşda  yaşamasını 

əsas tutan Avropa Şurası Assambleyası  ailəsinə həqiqətən aid  olub-olmadığını müəyyən etmək 

üçün  ciddi  bir  sınaq  olacaq.”

160

  2008-ci  ilin  iyununda  çıxmış  “Demokratik  İnstitutların 



Azərbaycanda  fəaliyyəti”  adlı  hesabatda  isə  AŞPA  təmsilçisi  daha  güclü  şəkildə  xəbərdarlıq 

edirdi: 


                                                 

156


   

ABŞ Dövlət Katibi, Hilari Rodham Klinton, “Azərbaycanın Xarici İşlər Naziri Məmmədyarovla birgə 

mətbuat konfransı” (“Joint Press Availability with Azerbaijani Foreign Minister Mammadyarov”), 4 İyul 

2010, 


http://www.state.gov/secretary/rm/2010/07/143961.htm

.   


157

   


Avropa Qonşuluq və Əməkdaşlıq Vasitələri, Azərbaycan: Ölkə üzrə strategiya sənədi 2007-2013,səh. 6, 

http://ec.europa.eu/world/enp/pdf/country/enpi_csp_azerbaijan_en.pdf

 

158


   

Avropa Şurası Parlamentinin 1358 nömrəli Qətnaməsi, 2004 

http://assembly.coe.int/Main.asp?link=/Documents/AdoptedText/ta04/ERES1358.htm

..   


159

   


AŞPA-nın 1456 nömrəli qətnaməsi (2005), “Azərbaycan demokratik institutların fəaliyyəti” (“Functioning of 

democratic institutions in Azerbaijan”), 22 İyun 2005. 

http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta05/eres1456.htm

160



   

AŞPA, “Hesabat: Adi sessiya (İkinci hissə), On birinci sessiya” (“Report: Ordinary Session (Second part), 

Eleventh sitting”), 16 Aprel 2007, 

http://assembly.coe.int/Main.asp?link=/Documents/Records/2007/E/0704161500E.htm

..   


 

www.esiweb.org 

29 


 

“2008-ci  il  oktyabr  seçkiləri  Azərbaycan  hökuməti  üçün  ölkəni  hüquq  və  insan  haqlarına 

hörmət  edən  demokratiyaya  doğru  apardığını  sübuta  yetirmək  üçün  əsas  sınaq  olacaqdır. 

Azərbaycan  Avropa  Şurası  qarşısında  götürdüyü  öhdəlikləri  və  seçkilərin  demokratik 

keçirilməsi üçün mövcud olan standartlara məhəl qoymaya bilməz.”

161


   

 

Gözlənildiyi kimi, 2008-ci il seçkiləri də demokratik olmadı. Avropa İttifaqının Azərbaycan üzrə 



hesabatında  seçkilərin  “Sərbəst  toplaşmaq  azadlığı,  namizədlərin  mətbuatda  çıxış  etmək 

imkanları, səslərin düzgün sayılması və tabulyasiya nəticələri daxil olmaqla ATƏT standartlarına 

cavab  vermədiyini…ümumilikdə  isə  seçkiqabağı  vəziyyətin  pisləşən  siyasi  mühitlə  xarakterizə 

edildiyini, həqiqi plüralizmin olmadığını” bildirmişdir.

162

2010-cu ildə parlament seçkiləri zamanı 



Human Rights Watch təşkilatı “azad fikrə olan təzyiqlər nəticəsində qarşıdan gələn seçkiləri də 

2003, 2005 və 2008-ci ildə keçirilmiş seçkilərin aqibəti gözləyir” deyə xəbərdarlıq etmişdi. “Bu 

narahatlıq  yenə  də  özünü  doğrultdu.  DİİHB-nun  2010-cu  il  seçkiləri  nəticəsində  hazırladığı 

hesabatda deyilir:   

 

“Mənalı  və  rəqabətli  seçki  üçün  lazım  olan  müəyyən  şərtlər  bu  seçkilərdə  təmin 



edilməmişdir.  Sərbəst  toplaşmaq  və  ifadə  azadlığı  kimi  fundamental  azadlıqlar 

məhdudlaşdırılmış  və  canlı  siyasi  diskursa  azad  və  müstəqil  mətbuat  tərəfindən  təkan 

verilməsi demək olar ki qeyri-mümkün olmuşdur .”

163


 

 

2006-cı  ilin  yanvarından  sonra  Azərbaycan  demokratiyasındakı  davamlı  çatışmazlıqlara 



baxmayaraq  Şura  assambleyası  aşkar  saxtakarlıq  nəticəsində  seçilmiş  Azərbaycan  nümayəndə 

heyətinə  yer  verməkdən  imtina  etmək  kimi  simvolik  bir  addım  atmaq  barədə  belə  heç  bir 

müzakirə aparmadı. Bu, Azadlıq Radiosunun jurnalistləri Kənan Əliyev və Xədicə İsmayılovanı 

2008-ci ilin iyununda məqalə yazaraq aşağıdakı sualı verməyə təhrik etdi:   

 

“Azərbaycanın fundamental azadlıqlar, insan haqları və demokratiya sahəsində qeydə alınan 



aşağı göstəriciləri nəzərə aldıqda təbii olaraq sual yaranır: Avropa Şurası nə ilə məşğuldur və 

bu təşkilata üzv olmaq nə deməkdir?”

164

   


 

Bununla  yanaşı,  Bakı  rəsmiləri  xaricdən  gələn  tənqidlərə  qarşı  daha  inadkarcasına  müqavimət 

göstərməyə  başladılar.  23  iyul  2010-cu  ildə  Prezident  Əliyev  yeni  açılmış  Twitter  hesabı 

PresidentAz-dan  yazırdı:  “Söz  azadlığı,  demokratik  inkişaf  və  hüquqi  dövlətin  qurulması 

Azərbaycanda  başlıca  məsələlərdir.”  Eyni  ayda,  dövlət  tərəfindən  mailiyyələşdirilən  Mətbuat 

Şurasının  ofisinin  açılış  mərasimində  Əliyev  Azərbaycanın  1990-cı  illərin  əvvəllərindən  bəri 

müharibə şəraitində olduğunu vurğulayaraq bütün jurnalistlərin qarşısında vətənpərvəlik ruhunun 

qaldırılması kimi mənəvi bir borc olduğunu bildirdi. Əliyevin qeyd etdiyinə görə, tənqid etmək 

qorxuludur,  çünki  bu  Azərbaycanın  ölkədən  kənardakı  imicinə  zərbədir  və  ölkənin  rəqiblərinə 

“əlavə arqumentlər” verir:   

 

                                                 



161

   


AŞPA, “Azərbaycan demokratik institutların fəaliyyəti” (“The functioning of democratic institutions in 

Azerbaijan”), 11627 nömrəli sənəd, 6 İyun 2008, 

http://assembly.coe.int/Main.asp?link=/Documents/WorkingDocs/Doc08/EDOC11627.htm

.   


162

   


Avropa Kommissiyası, “Avropa Qonşuluq Siyasətinin 2008-ci ildə həyata keçirilməsi: Azərbaycan üzrə 

inkişaf hesabatı”, səh. 3, 

http://ec.europa.eu/world/enp/pdf/progress2009/sec09_512_en.pdf

 

163



   

ATƏT/DTİHB, “Azərbaycan Respublikası, Parlament Seçkiləri, 7 Noyabr 2010- ATƏT/DTİHB Seçki 

Müşahidə Missiyasının Yekun Hesabatı”, Varşava, 25 Yanvar 2011, səh. 1. 

164


   

“Avropa Şurasının Azərbaycana təsiri varmı” (“Does Council Of Europe Matter In Azerbaijan?”), Azadlıq 



Radiosu, 24 İyun 2008, 

http://www.rferl.org/content/Commentary_Does_Council_Of_Europe_Matter_In_Azerbaijan/1145037.html

.   


 

www.esiweb.org 

30 


“Mətbuatda  yalan  məlumatın  yayılması  qəbuledilməzdir.  Keçmiş  zamanda  bu  çox  geniş 

yayılmış  yanaşma  idi.  Sensasiya  yaratmaq  üçün  yalan  məlumat  yaradaraq  sonra  bu 

yalanların  ətrafında  müzakirə  başlamaq...  sonra  isə  yalanları  xarici  mətbuata  ötürmək  və 

daha sonra bunu dəqiq məlumat kimi geri almaq.”

165

   


 

Son dövrlərdə isə Azərbaycan açıq-aşkar Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsinin 

əhəmiyyətini  heçə  endirmişdir.  Bu  xüsusilə  dövlət  sifarişli  istintaq  və  ən  məşhur  işlərdən  biri 

olan  journalist  Eynulla  Fətullayevin  işində  özünü  göstərdi.  Yüksək  vəzifəli  dövlət  məmurlarını 

kəskin  tənqid  edən  yazılar  yazan  jurnalist  öz  fəaliyyəti  dövründə  “böhtan”  və  “deffamasiya”ya 

görə  dəfələrlə  cərimələnmişdir.  Digər  hadisə  isə  onun  yazılarının  qarşısını  almaq  üçün  atasının 

oğurlanması olmuşdur. 2007-ci ilin aprelində Fətullayev sonradan özünün yazdığını inkar etdiyi, 

internet  forumlarda  onun  adından  yerləşdirilən  yazıya  görə  “Azərbaycan  xalqına  qarşı 

defamasiya” ittihamı ilə həbs edildi.  Daha sonra  isə terrorizm  və vergidən  yayınma ittihamları 

işə əlavə edildi. Fətullayev 8.5 il müddətinə həsb edildi.   

 

İş  beynəlxalq  aləmdə  diqqəti  cəlb  edərək,  bir  sıra  beynəlxalq  təşkilatlar  və  hüquq  müdafiə 



qruplarının Fətullayevin azadlığa buraxılması üçün çağırışları ilə nəticələndi. 2008-ci ildə AŞPA-

nın  monitorinq  komitəsi  Fətullayevi  “dərhal  azad  etməyə”  çağırdı.

166

  Fətullayevin  vəkilləri  işi 



Avropa  İnsan  Haqları  Məhkəməsinə  göndərdilər.  Lakin  Avropa  İnsan  Haqları  Məhkəməsi 

Fətullayevin  işini  2009-cu  ilin  dekabrında  yekunlaşdırdığı  bir  zamanda  həbsdə  olan  journalistə 

qarşı  yenidən,  bu  dəfə  qanunsuz  narkotik  saxlama  ittihamı  irəli  sürüldü.  (  polis  onun  üstündən 

həbsxanada  narkotik  tapdığını  iddia  eti).  2010-cu  il  aprelin  22-də  Avropa  İnsan  Haqları 

Məhkəməsi  Eynulla  Fətullayevin  dərhal  azadlığa  buraxılması  və  ona  Azərbaycan  hökuməti 

tərəfindən  €27,822  dəyərində  kompensasiya  ödənməsi  ilə  bağlı  qərar  çıxardı.

167

  Lakin  AİHM-



nin qərarına müvafiq olaraq azadlığa buraxılmaq əvəzinə, 6 iyun 2010-cu il tarixində Fətullayev 

qanunsuz narkotik saxlama ittihamı ilə əlavə 2 il 6 ay müddətinə həbs edildi. Məhkəmə qərarı 

ABŞ Dövlət Katibi Hillari Klintonun Bakıya səfərindən dərhal sonra elan edildi. Elə həmin ay 

Azərbaycan  hökuməti  AİHM-nin  qərarından  apellyasiya  şikayəti  verdi.

168

  2010-cu  ilin 



oktyabrında  AİHM  ilkin  qərarı  qüvvədə  saxlayaraq,  Azərbaycan  hökumətinin  apellyasiya 

şikayətini  rədd  etdi.  Hökumət  isə  tələb  olunan  məbləği  hesaba  köçürsə  də,  onu  Fətullayevin 

həbsdən sonra dondurulmuş  hesabına köçürdü və  bununla da Fətullayevin  ailəsini bu pullardan 

istifadə etməkdən məhrum etdi.

169

  Fətullayev bu günə qədər həbsdədir.   



 

2010-cu  ilin  sentyabrlnda  Beynəlxalq  Böhran  Qrupu  Azərbaycan  üzrə  “Zəif  Stabillik”  adlı 

hesabat  çap  etdi.  Hesabatda  rejimin  bütün  daxili  ziddiyyətlərə  baxmayaraq  çox  əhəmiyyətli  bir 

çətinliyi  olmadan  ölkəni  idarə  etməsi  deyilir:  “rejimin  gücünü  və  müxalifətin  zəifliyini  nəzərə 

                                                 

165


   

APA, “Azərbaycan Prezidenti: Biz ifadə azadlığını qoruyub müdafiə edəcəyik”, 23 İyul 2010. 

http://www.en.apa.az/news.php?id=126688

.   


166

   


AŞPA, 1614 nömrəli Qətnamə (2008), “Azərbaycan demokratik institutların fəaliyyəti” (“The functioning of 

democratic institutions in Azerbaijan”), 24 İyun 2008, 

http://assembly.coe.int/Mainf.asp?link=/Documents/AdoptedText/ta08/ERES1614.htm

167



   

AİHM, “Fətullayev Azərbaycana qarşı” (“Case of Fatullayev v. Azerbaijan) (40984/07 nömrəli ərizə)”, 

Mühakimə, 22 Aprel 2010, səh. 52-53. 

http://www.icj.org/img/CASE_OF_FATULLAYEV_v_AZERBAIJAN.pdf

.   

168


   

APA, “Azərbaycan hökuməti Eynulla Fətullayevin işi ilə bağlı AİHM-nin verdiyi qərardan Avropa 

Məhkəməsinin Yuxarı Palatasına appelyasiya şikayəti verib” (“The Government of Azerbaijan appeals ECHR 

decision on Eynulla Fatullayev before the Grand Chamber of the European Court”), 16 İyul 2010, 

http://www.en.apa.az/news.php?id=126315

169



   

RATİ, “Eynulla Fətullayevin kompensasiyası onun dondurulmuş hesabına köçürülüb” (“Eynulla Fatullayev‟s 

Compension Funds Transferred to His Suspended Account”), 10 Yanvar 2011, 

http://www.irfs.az/content/view/5514/1/lang,eng/

.   


 

www.esiweb.org 

31 


alan zaman, azərbaycanlıların çoxu dərhal və köklü dəyişikliyi qeyri-mümkün sayır.”

170


  2010-cu 

ilin  sonunda  isə  İlham  Əliyev  rejimi  məğlubedilməz  görünürdü.  Çünki  hələ  də  neft  var  idi. 

Cəmiyyətin passiv olması barədə təəssürat yaranırdı. Belə bir fikir yaranmışdı ki, ABŞ və Rusiya 

kimi  güclü  xarici  dövlətlər  rejimi  olduğu  kimi  qəbul  ediblər.  Avropa  Birliyi  isə  söhbət 

demokratiya  və  insan  haqlarından  getdiyi  zaman  məsələyə  başqa  tərəfdən  -  enerji  məsələləri 

üzərində  diqqəti  yönəltməklə  yanaşır.

171

  Əliyev  İrsaili  də  Qafqazda  özünün  əsas  regional 



müttəffiqi  etmiş  və  özünü  İranla  gələcəkdə  münaqişəsi  yarana  biləcək  bir  dövlət  kimi  təqdim 

etmişdir.  Bu  uğurlu  kombinasiyaya  bənzəyirdi:  bir  tərəfində  ABŞ,  Rusiya,  AB  və  İsrail,  digər 

tərəfdə isə susdurulmuş Avropa Şurası var idi, burda nə qorxu ola bilərdi ki ?   

 

Belarusiyadakı  repressiyalar  zamanı,  Minsk  rəsmiləri  ən  azı  beynəlxalq  tənqidlərlə  mübarizə 



aparmalı  olurdular.  Bakıdakı  rejim  isə  sanki  hər  şeyin  ən  yaxşısını  əldə  edə  bilmişdi:  avtoritar 

rejim və beynəlxalq güzəşt. O zaman, Azərbaycan dissidentləri kimə müraciət edə bilərdilər?   

 

 

B.   



Buz sınır   

 

1980-ci  illərin  əvvəllərində  yazdığı  əsərlərində  Timoti  Qarton  communist  Çexoslovakiyasını 

“nazik buz qatıyla örtülmüş göl” kimi təsvir edərək, bildirir ki, “bu qat tərpənmir. Lakin buzun 

altında filosof-fəhlələr, pəncərə təmizləyən jurnalistlər və gecə növbətçisi olan rahiblər arasında 

həyat  hərəkətdədir”

172


  Qarton  Eşin  haqqında  yazdığı  dissident  hərəkatı  “Xartiya  77”  kimi 

tanınırdı  ki,  onun  da  1977-ci  ildə  qəbul  edilmiş orijinal  deklarasiyası  onu  “azad,  qeyri  formal, 

müxtəlif əqidəli, inanclı və müxtəlif peşələrə sahib insanların açıq cəmiyyəti” kimi təsvir edərək 

insan haqlarının müdafiəsində durduğunu bildirirdi. Xartiyanın müəllifləri Vatslav Havel, Jdenek 

Mlinar  və  Yan  Patoçka  yazırdı:  “Ölkədə  insan  hüquqlarının  qorunması  təbii  olaraq,  ilk  əvvəl 

siyasi və möhkəm hakimiyyətin üzərinə düşür. Amma yalnız onun üzərinə yox. Bizim aramızda 

olan hər bir kəsin ümumi vəziyyətin bərqərar olunmasında müəyyən məsuliyyəti var, ona görə də 

imzalanmış  razılıqları  həm  hakimiyyət,  həm  də  vətəndaşlar  öz  üzərlərinə  götürdükləri  öhdəlik 

kimi qəbul etməlidirlər”

173


 

 

Mətbuat dəyişmişdir. Bu gün dissidentlər artıq çap makinalarında 12 nüsxədə samizdat ədəbiyyat 



çap  etməyə  məcbur  deyillər.  Bunun  yerinə  onlar  bloq  yazıları  yazır  və  Facebook  vasitəsilə 

ünsiyyət qururlar. Fundamental dinamika isə özünün normaları və dəyərləri ilə dəyişməz olaraq 

qalmışdır. 1978-ci ildə Vatslav Havel özünün “Gücsüzlərin gücü” adlı essesində yazırdı:   

 

“„dissident‟...  yayılmağa  başladığı  sistemin  indiki  tarixi  mərhələsinin  təbii  və  labüd 



nəticəsidir.  Minlərcə  səbəbdən,  sistem  artıq  özünə  qarşı  müqavimətin  bütün  özünüifadə 

formalarını  məhv  edərək,  hakimiyyətin  zalım,  despot  xarakterini  əsaslandıra  bilməyən 

şəkildə ortaya çıxmışdı …sistem siyasi cəhətdən elə qəddarlaşmışdı ki, faktiki olaraq, rəsmi 

strukturlar içində buna qarşı çıxmağa heç bir yol yox idi. .” 

 

                                                 



170

   


Beynəlxalq Böhran Qrupu, Azərbaycan-Zəif Stabillik (Azerbaijan - Vulnerable Stability), N°207, Avropa 

Hesabatı 3 Sentyabr 2010, səh. 20. 

http://www.crisisgroup.org/~/media/Files/europe/caucasus/azerbaijan/207%20Azerbaijan%20-

%20Vulnerable%20Stability.ashx

 

171


   

Avropa Kommissiyasının Azərbaycandakı Nümayəndəliyi, “Prezident Barossonun səfəri”, 

http://ec.europa.eu/delegations/azerbaijan/eu_azerbaijan/president_barosso_visit_to_azerbaijan/index_en.htm

172



   

Timoti Qarton Eş, Çətin Ģərtlərdən istifadə: Mərkəzi Avropanın taleyi haqqında esselər (The Uses of 



Adversity: Essays on the Fate of Central Europe), Granta, 1989, səh. 57. 

173


   

Xartiya 77, 1 Yanvar 1977-ci ildə imzalanmışdır, səh. 3, 

http://libpro.cts.cuni.cz/charta/docs/declaration_of_charter_77.pdf



 

www.esiweb.org 

32 


1984-cü ildə yazdığı “Siyasət və Vicdan” essesində Havel bu cür şərtlər altında fərdlərin gücünü 

təsvir  edirdi.  “Sovet  ittifaqında  “dissident”lik  xüsusi  müasir  təcrübədir,  qeyri  insani  gücün 

vallarındakı həyatın təcrübəsi,” deyə yazırdı. Onun effekti   

 

“Qərbin siyasi uğur adlandırdığı məfhumdan tamamilə fərqlənir.... Lakin getdikcə daha aydın 



olur (və  mən düşünürəm  ki, bu mühüm  və universal əhəmiyyəti olan bir şeydir) ki, tək, ilk 

baxışdan  gücsüz  görünən  insan  həqiqəti  söyləməyə  və  bütün  həyatı  boyu  bunun  arxasında 

durmağa hazırdır. Nə qədər təəccüblü olsa da formal olaraq hüquqlarından məhrum olsa da, 

minlərlə  anonim  seçicidən  fərqli  olaraqən  ağır  cəriməni  ödəməyə  hazır  olan  həmin  adamın 

buna daha çox gücüçatır.”

174


 

 

Nəhayət  Şərqi Avropada Sovet  kommunizminin sonunu gətirən də normativ inqilab oldu.  Şərqi 



Avropa dissidentləri çox zaman hökumətlərinin 1975-ci ildə imzaladığı Helsinki Yekun Aktının 

insan  haqları  prinsiplərinə  əsaslanırdılar.  1980-ci  ildə  Polşadakı  etirazçıların  əsas  tələblərindən 

biri  də  hökumətin  Helsinki  Yekun  Aktının  50000  nüsxədə  paylanmasını  təmin  etməsi  idi.

175


  O 

zaman nə blogerlər, nə Facebook nə də Twitter var idi, lakin ifadə azadlığı uğrunda mübarizə o 

zaman  da  problemlərin  mərkəzində  idi.  Sonralar  Lex  Valensanın  yazdığı  kimi:  “Ən  mərkəzdə 

duran  problemlərdən  biri  də  ifadə  azadlığı  idi  (Helsinki  Razılaşmasının  təbii  nəticəsi).  Bu 

fundamental azadlıq olmadan insan həyatı mənasızlaşır; və bircə dəfə bu həqiqət mənim ağlıma 

gələndən sonra qalan ömrüm boyu düşüncəmin bir hissəsinə çevrildi.”

176

   


 

Bu  normativ  inqilab  və  tənqidi  və  cəsarətli  düşünən  insanların  cəhdləri  hakim  elitaya  da  öz 

təsirini  göstərirdi.  Bir  təhlilçinin  qeyd  etdiyi  kimi,  Sovet  İttifaqı  və  Şəqri  Avropada  partiya 

liderlərinin  çoxu  “dissident  düşüncəsini  rahat  həzm  edirdi”

177

  Sonradan  Qorbaçovun  yaxın 



məsləhətçisi olmuş Georgi Arbatovun 1983-cü ildə yazdığı kimi, “Bu günümüzdə necə ola bilər 

ki, insan haqlarına qarşı olasan? Bu analığa qarşı olmağa bərabər bir şeydir.”

178

   


 

Bu  günkü  Azərbaycanın  1970-1980-ci  illərin  Şərqi  Avropası  ilə  bölüşdüyü  cəhətlər  çoxdur: 

mətbuat  azadlığının  ciddi  şəkildə  məhdudlaşdırılması,  bir  partiyanın  hakim  olması,  korrupsiya, 

və, gəncliyin qeyri-konformizmə qarşı dözümü. Yaxın keçmişin Şərqi avropalı dissidentləri kimi 

azərbaycanlı  fəallar  da  partiya  siyasəti  və  yaxud  ənənəvi  jurnalistika  vasitəsilə  dəyişikliyə  yol 

açılmasını  qeyri-mümkün  hesab  edirlər.  Onlar  hazırki  siyasi  rejim  çərçivəsində  keçirilən 

seçkilərə inanmırlar. Adnanın ESİ-a müsahibəsi zamanı söylədiyi kimi, dəyişikliyin formal siyasi 

partiyaların  mübarizəsi  nəticəsində  deyil,  insan  haqları  hərəkatlarından  gələcəyini  gözləmək 

lazımdır.

179


  Bu  fikrə  Azərbaycanda  “siyasi  partiyaların  dövranının  bitdiyini”  və  müxalifətin 

xalqın etimadını  itirdiyini  düşünən insanların  əksəriyyəti qatılır.

180

  Buna  görə  də  dissidentliyin 



digər formaları axtarılmağa başlayır.   

 

Bakıdakı  Facebook  nəsli  özlərindən  öncəki  tarixi  nəsildən  xəbərdardır.  2010-cu  ilin  dekabrında 



Eminin  ESI-yə  söylədiyi  kimi  başlanğıcda  onun  fəaliyyəti  sadəcə  bir  təşəbbüs  idi,  lakin  indi 

“mən  çoxlu  kitab  oxudum,  və  gördüm  ki,  bu  mənə  bir  çox  başqa  yerlərdə  görülən  işləri 

                                                 

174


   

Çıxarışları internetdən əldə etmək mümkündür: 

http://www.fragmentsweb.org/stuff/10havel.html

.   


175

   


Tomas Ris, Stefen S.Rop və Ketrin Sikkink (red-lar.), Ġnsan Hüquqlarının Gücü: Beynəlxalq Normalar və 

Yerli DəyiĢiklik (The Power of Human Rights: International Norms and Domestic Change), Cambridge 

University Press, 1999, səh. 220. 

176

   


Ibid., p. 217. 

177


   

Ġnsan Hüquqlarının Gücü: Beynəlxalq Normalar və Yerli DəyiĢiklik (The Power of Human Rights: 

International Norms and Domestic Change), səh. 229.   

178


   

Tomas Rise, Stefen S.Rop və Ketrin Sikkink (red-lar.)Ibid., səh. 229.   

179

   


ESI-ın Adnan Hacızadə ilə müsahibəsi, Bakı, Dekabr 2010. 

180 


 

ESI-ın Vəfa Cəfərova ilə müsahibəsi, Istanbul, Yanvar 2011 



 

www.esiweb.org 

33 


xatırladır”

181


  Azadlığa çıxdıqdan bir az sonra öz dostlarına göndərdiyi elektron məktubda Emin 

həbsdə  olarkən  oxuduğu  və  onu  təəssüratlandıran  kitabların  siyahısnı  təqdim  etmişdi:  siyahının 

ən  yuxarısında  Eminin  mütləq  oxunmalı  olan  kitablar  sırasına  aid  etdiyi  Vatslav  Havelin 

“Gücsüzlərin  gücü”  essesi  dururdu.  O  diqqəti  xüsusi  bir  sitatın  üzərində  cəmləşdirirdi: 

“Posttotalitar sistemdə münaqişə xətti de fakto HƏR BİR ŞƏXSə toxunur, onun yolunda olan hər 

şəxs həm qurban, həm də sistemin dəstəkçisidir.”

182

 

 



Gələcəkdə  hər  hansı  bir  məqamda  sülh  yolu  ilə  demokratik  dəyişikliyin  gəlməsi  həm  də  miras 

olaraq  ötürülmüş  dissidentlik  mədəniyyətindən  asılıdır.  Kommunist  dövründə  Polşanın  məşhur 

dissidentlərindən biri olan Adam Miçnikin həbsxanadan yazdığı bir məktubda qeyd etdiyi kimi,   

 

“Burada,  bir  yaz  səhərində,  insan  tamamilə  ayrı  bir  ölkədə  yuxudan  ayıla  bilər…  Tarix 



göstərir ki, kommunistlər bəzi şərtlər altında rasional davranmağa və kompromislərə getməyə 

məcbur  olurlar.  ...  bizim  bu  barədə  fikrimiz  aydın  olmalıdır:  davam  edən  münaqişə  özq-

özlüyündə dialoq və yaxud partlayışa çevrilə bilər.”

183


 

 

1989-cu  ilin  dekabrında  qeyri-zorakı  etirazların  heç  bir  cinayət  istintaqı  və  cəzalarla 



nəticələnməməyəcəyi barədə vəd alan kommunist hökumətləri hakimiyyəti keçmiş dissidentlərə 

verməyə razılaşdılar. Bu gün Polşa və Çexiya Avropanın demokratiyaya keçid mərhələsində olan 

ölkələri arasında ən uğurlu olanlarıdır. Bu cür rahat enişi təmin edə bilən insanlar dissidentlər idi.   

 

Azərbaycandakı  vəziyyətlə  tanış  olan  hər  bir  kəs  üçün  Qarton  Eşin  “donmuş  göl”  bənzətməsi 



həyəcan  təbili  olmalıdır.  Sosial  reallığın  boz,  monolit  fasada  malik  olub  gözə  çarpmadığı 

Çexoslovakiya  və  yaxud  Polşanın  əksinə  olaraq  Azərbaycan  Əliyevləri  məmnun  edən 

demokratik vitrinlər əldə edə bilmişdir. 2003-cü ildə Marina Ottavayın qeyd etdiyi kimi, 

 

“[Heydər]  Əliyev  demokratiya  dilini  çox  asanlıqla  yarada  bilmişdir  -  onun  Qərb 



auditoriyası qarşısındakı performansı çox mükəmməldir – lakin o dediklərini reallaşdırmır 

…  Əliyevin  məqsədi  göründüyü  kimi,  Misirdə  olduğu  kimi  yarı-avtoritar  institutlaşmış, 

oğlu İlhamın prezidentliyi vasitəsilə əbədiləşdirilmiş rejim qurmaqdır.”

184


   

 

İlham  Əliyev  üçün  isə,  xüsusilə  son  zamanlarda  Misir  bənzətməsi  qorxulu  bir  bənzətməyə 



çevrilmişdir. Misirdə olduğu kimi, Azərbaycanın da əhalisinin əksər hissəsi gənclərdən ibaərtdir, 

25 yaşdan aşağı olanların sayı 43 faizdir.

185

  Əliyevin daimi prezidentliyini təmin edən 2009-cu il 



referendumu  yuxarıdan  hər  hansı  siyasi  dəyişikliyin  olacağı  ümidlərinə  də  son  qoydu.  Son 

parlament seçkilərinə gələn seçicilərin sayı ilə bağlı qeydə alınan göstəricilər çox aşağı idi-2005-

ci  ildə  42.2  faiz,  2010-cu  ildə  isə  49.56  faiz.

186


  Vəfa  Cəfərova  bunu  nəzərə  alaraq  Əliyevə 

müraciət edərək deyir: 

 

“Bu  sizə  heç  nə  demir?  Diqqətlə  oxuyun:  Heç  kim  sizə  inanmır!  Sizi  sevmirlər!  Sizdən 



yalnız qorxurlar! ... Heç bir diktatura əbədi deyildir”

187


 

 

                                                 



181

   


ESI-ın Emin Milli ilə müsahibəsi, Bakı, Dekabr 2010. 

182


   

ESI-ın Emin Milli ilə elektron yazışması, Yanvar 2011. 

183

   


Adam Miçnik, “Qdansk həbsxanasından məktub”, New York Review of Books, 18 İyul 1985, 

http://www.nybooks.com/articles/archives/1985/jul/18/letter-from-the-gdansk-prison/?pagination=false

.   

184


   

Marina  Ottavay,  Demokratiya  Sınağı:  Yarı-avtoritarizmin  dirçəliĢi,  Beynəlxalq  Sülh  Kamegi  Fondu,  2003, 

səh. 52. 

185


   

2010-cu ilin məlumatı. Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, “Əhali”, 

http://www.azstat.org/publications/azfigures/2010/en/004.shtml

.   


186

   


ATƏT/DTİHB, “Yekun Hesabat-Azərbaycanda Parlament seçkiləri”, 7 Noyabr 2010”,səh. 28. 

187


   

Vəfa Cəfərovanın bloqu, ―Cəmiyyət, seçkilər, şərəfsizlik – YAPistan, 

http://vafajafarova.wordpress.com

   


 

www.esiweb.org 

34 


2011-ci ildə ərəb dünyasını silkələyən inqilablar Bakıdakı idarəçilərə də, dissidentlərə də Əliyev 

hökumətini  dünyanın  bütün  avtoritar  rejimlərinin  gec-tez  üzləşdiyi  aqibətin  gözlədiyinin 

qaçılmaz  həqiqət  olduğunu  xatırlatdı.  Yunanıstandakı  polkovniklər,  İndoneziyada  Suharto, 

Filippindəki  Markos,  Serbiyada  Miloşeviç,  Çilidə  Pinoçet  və  Tunisdə  Ben  Əli:  uzun  müddət 

məğlubedilməz kimi görünən bu güclü insanlar indi artıq tarixdə qalıblar.   

 

Misir,  Tunis  və  Orta  Şərqdə  baş  verənlərin  hamısını  bir  hadisə  kimi  qiymətləndirərkən 



Azərbaycandakı elitanın da onların özlərinin düşündükləri qədər güclü olmadığını təxmin etmək 

olar.  Onların  yaratdığı  parlaq  görüntünün  altında  liderlərdən  hüquqların  əvəzində  əl  payı  və 

demokratiya  əvəzinə  stabillik  almaqdan  daha  çox  şey  gözləyən  bir  nəsil  yaşayır.  Bu 

Azərbaycanın  yaxın  gələcəkdə  Avropanın  ən  demokratik  ölkəsinə  çevriləcəyi  ilə  bağlı  vədlərə 

ümidini itirməyən bir nəsildir. Onların  göstərdikləri səylər xüsusilə demokratik standartların öz 

üzvləri  arasında  təmin  edilməsini  öhdəlik  kimi  götürmüş  Avropa  Şurası  kimi  təşkilatlardan 

dəstək almağa layiqdir. Nəticə olaraq, ölkənin öhdəlik olaraq götürdüyü qanunlara hörmət etmək 

Azərbaycan hökumətinin özünün maraqlarına uyğun olardı.   

 


 

www.esiweb.org 

35 


ESI-ın Türkiyə və Qafqaz üzrə seçilmiş nəşrləri   

 

 



Anadoludakı ölüm hadisəsi. Xristian missionerləri və Türk ultramilliyyətçiliyi (Yanvar 2011) 

 

Xüsusi  münasibətlər.  Türkiyənin  AB-nə  qəbul  edilməsi  prosesi  nədən  davam  etdiriləcək? 



(Noyabr 2010) 

 

Böyük Debat – Almaniya, Türkiyə və Türklər. I Hissə: İntellektuallar (2010) 



 

Gürcüstanı yenidən kəşf edərkən: Libertarian İnqilabının Hekayəsi (Aprel 2010) 

  Birinci hissə: Gürcüstan model kimi 

  İkinci hissə: Bendukidze və Rusiya Kapitalizmi 

  Üçüncü hissə: Yakobinlər Tiflisdə 

  Gürcüstan  inqilabı  və  buradakı  demokratiyanın  gələcəyi:  Gürcüstan  haqqında  ədəbiyyat  üzrə 

bələdçi turu   

 

İmtiyazlı Maraq? Cənubi Qafqaz haqqında Rusiyanın debatı (Dekabr2009) 



 

Türkiyənin xarici siyasəti: status quo-dan yumşaq gücə qədər (2009)

 

 

Rusiya – Cənubi Qafqaz üzrə dərsliklər: Kim kimdir? 



 

Birinci hissə

: Rusiyanın Çap Mətbuatı və İnternet   

 

İkinci hissə



: Rusiyanın Think Tank-ları 

 

Üçüncü hissə



: Rusiyanın Audiovizual Mətbuatı 

 

Ermənistan-Türkiyə: Böyük Debat (Avqust 2009) 



 

Nuhun Göyərçini Qayıdır. Ermənistan, Türkiyə və Genosid ətrafındakı debatlar. (Aprel 2009) 

 

Peter Nasmisin Gürcüstanı (Yanvar 2009) 



 

Türkiyədə cinsəllik və güc. Feminizm, İslam və Türkiyə demokratiyasının yetkinləşməsi. (2007) 

 

Genişlənməyin yorğunluğu? Türkiyənin qəbul edilməsiylə bağlı Holland müzakirələri (2006) 



 

İslamçı Kalvinistlər. Mərkəzi Anadoluda Dəyişiklik və Mühafizəkarlıq (2005) 



 

 

 



Bütün bu (və digər) materialları 

www.esiweb.org

 səhifəsindən pulsuz əldə etmək mümkündür.   

 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin