Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova


-cı mövzu. Akademik kommunikasiyanın formaları



Yüklə 313,61 Kb.
Pdf görüntüsü
səhifə13/26
tarix13.12.2023
ölçüsü313,61 Kb.
#176371
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
Kommunikasiya 29.12.22 (2)

6-cı mövzu. Akademik kommunikasiyanın formaları. 
Şifahi və yazılı akademik kommunikasiya 
 
Akademik (elmi) kommunikasiyanın kütləvi xarakteri: kütləvi 
informasiya vasitələri – media həm auditoriya, həm də 


19 
kommunikasiya kanalı kimi; prioritet elm sahələrini maliyyələşdirən 
dövlət hakimiyyət orqanları;gənc beyinlər (gənc alimlər, aspirantlar, 
tələbələr, şagirdlər). Müəllimin auditoriyası: həmkarlar, müəllimlər, 
rəhbərlik, tələbələr. Müəllim və auditoriya arasında münasibətlərin 
rəsmi və qeyri-rəsmi formaları. Müasir elmi kommunikasiyanın 
əlamətləri: elmin kollektiv xarakteri, elmi məlumatların sürətli axını 
və mətnin sərhədlərinin bu hiperməkanda əriməsi; biliklərin 
saxlanması və ötürülməsində yeni texnologiyalar; sosial-iqtisadi 
şəraitdə alimlərin işinin dəyişməsi; akademik yazının unifikasiya 
normaları. Şifahi elmi nitqin növləri: monoloji, dialoji, poliloji. 
Monoloji nitqin növləri
: məruzə, elmi referativ məlumat, seminar 
məşğələdə çıxış, şifahi resenziya və ya şifahi rəy, magistrantın 
buraxılış işinin müdafiəsində ixtisas komissiyası qarşısında çıxışı. 
Dialoji və poliloji nitqin növləri: elmi diskussiya, elmi söhbət, yazılı 
elmi mətnin şifahi elmi mətn şəklində təqdimi; publik çıxış, elmi işin 
nəticələrinin 
elektron 
təqdimaı 
(prezentasiyası). Akademik 
mətnlərin janrları: 1. Əsas, ilkin janrlar: məqalə, monoqrafiya, 
dərslik, dissertasiya. 2. Sonrakı janrlar: annotasiya, rezyume, 
avtoreferat, tezis, resenziya. Akademik kommunikasiyanı rəsmi-
işgüzar kommunikasiyadan fərqləri: elmi mətn, rəsmi-işgüzar mətn. 
 
7-ci mövzu. Akademik yazı və akademik yazının janrları.
Akademik yazının elmi, təhsil və pedaqoji kommunikasiyanın 
yerinə yetirilməsində rolu. Dünyanın nüfuzlu elmi məcmuələrində 
qəbul olunmuş akademik yazı prinsipləri. Akademik yazı (academic 
writing) sisteminin, onun elmi-metodiki bazasının işlənib 
hazırlanmasında ingilisdilli ölkələrin yeri. Azərbaycan təhsilində 
məsələnin qoyuluşu. Akademik yazının janrları: 1. Elmi məqalə
dissertasiya, akademik rəy, monoqrafiya və s. 2. Elmi layihənin 
yazılışı, ensiklopedik məqalə, annotasiya və s. Elmi məqalə, 
dissertasiya, monoqrafiya, resenziya, annotasiya, referat, elmi 


20 
diskussiya, elmi-kütləvi, yaxud elmi-publisistik janrların şərhi. 
Akademik yazı üslubunun əsas xüsusiyyətləri. Sitatların rolu, 
sitatlara 
istinad 
etmə. 
Akademik 
yazı 
qaydalarının 
mənimsənilməsinin 
əhəmiyyəti. Akademik yazı akademik 
kommunikasiyanı reallaşdıran başlıca vasitədir. Akademik yazının 
beynəlxalq standartlara uyğun tərtib olunması şərtləri. Akademik 
yazı qaydaları yüksək yazı mədəniyyətinin göstəricisi kimi. 
Beynəlxalq akademik yazı qaydaları akademik kommunikasiyanın 
başlıca vasitəsi kimi beynəlxalq standartların tələblərini ödəməlidir. 
Beynəlxalq standartların “ümumi dil” rolu oynaması. Beynəlxalq 
yazı qaydalarının əhəmiyyəti. Akademik mətnlərin müxtəlif 
janrlarına aid veriləcək mövzular: 1. Bakalavr üçün mövzular: 
rezyume, rəsmi məktub, esse, publik çıxış. 2. Magistrantlar üçün 
mövzular: rəsmi məktub, publik çıxış, elmi məclislərdə məruzə, 
akademik - elmi esse, qrant layihələrdə iştirak etmək üçün arayış, 
məqalənin tərtibi (APA Style), plagiat və antiplagiat, ingilis və ana 
dilli elmi sintaksisin səciyyəvi xüsusiyyətləri. Annotasiya. 
Annotasiya nə məqsədlə istifadə olunur, annotasiyaların işlənmə 
tarixi. Rezyume. Rezyumenin səciyyəsi. Annotasiya və rezyumenin 
fərqli cəhətləri, əhəmiyyəti. Giriş və nəticə, spesifik xüsusiyyətləri. 

Yüklə 313,61 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin