Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova


  10-cu mövzu. Akademik kommunikasiya



Yüklə 313,61 Kb.
Pdf görüntüsü
səhifə21/26
tarix13.12.2023
ölçüsü313,61 Kb.
#176371
1   ...   18   19   20   21   22   23   24   25   26
Kommunikasiya 29.12.22 (2)

 


30 
10-cu mövzu. Akademik kommunikasiya. 
 
Qloballaşmanın intensiv proses kimi cəmiyyətin bütün 
səviyyələrinə təsir edərək tənzimləməsi. Bu prosesi şərtləndirən 
başlıca amilin informasiya-kommunikasiya texnologiyalarında 
geniş 
istifadə 
olunması. 
İnformasiya-kommunikasiya 
texnologiyaları vasitəsilə həyata keçirilən tədbirlər: konfrans, 
simpozium, konqres və s. dünya elmi cəmiyyətlərinə çıxış 
imkanlarını artırması. Beynəlxalq hiper elmi məkana inteqrasiya 
edilməsi və onun vasitəsilə dünya elm məkanında gedən proseslərin 
izlənilməsi. Öz fikir və ideyalarını bölüşmək, tədqiqat işlərinlə 
bölüşmək üçün dünya elm adamları ilə “eyni dildə” danışmağı 
öyrənmək. Beynəlxalq elm və təhsil məkanına inteqrasiya edərək
onun tərkib hissəsinə çevrilməyin gənc alimlər üçün əhəmiyyəti. 
Peşəkar akademik kommunikasiyanın beynəlxalq standartlara uyğun
vərdişlərinə yiyələnməyin əhəmiyyəti. Akademik kommunikasiya 
anlayışı, ona yanaşılma. Elmi kommunikasiyanın yaranma tarixi, 
yaşı, məqsəd və vəzifələri. Ali məktəblərdə tədrisində məqsəd. 
Akademik kommunikasiya vərdişlərinə yiyələnməyin şərtləri: ilkin 
şərtlər, sonrakı şərtlər, nəyə yiyələnməlidir, nəyi bacarmalıdır. Əldə 
olunan nəticələr. Akademik yazı akademik kommunikasiyanı 
reallaşdıran vasitə kimi. Dünyada elmi yazıların dərc olunması üçün 
standart yazılma formasının mənimsənilməsi. Akademik yazı 
yüksək yazı mədəniyyətinin göstəricisi kimi.
11-ci mövzu. Akademik kommunikasiyanın formaları. 
Şifahi və yazılı akademik kommunikasiya
 
Akademik kommunikasiya anlayışına fərqli yanaşılma: elmi 
biliklərin müxtəlif kommunikasiya institutları vasitəsilə yayılması; 


31 
elmi cəmiyyətlərdə peşəkar ünsiyyətin məcmusu kimi; alimlər 
arasında informasiya mübadiləsində qarşılıqlı əlaqə prosesi.

Akademik (elmi) kommunikasiyanın kütləvi xarakteri. 


Müəllimin auditoriyası: həmkarlar, müəllimlər, rəhbərlik, tələbələr. 
Müəllim və auditoriya arasında münasibətlərin rəsmi və qeyri-rəsmi 
formaları. Müasir elmi kommunikasiyanın əlamətləri: elmin 
kollektiv xarakteri, elmi məlumatların sürətli axını və mətnin 
sərhədlərinin bu hiperməkanda əriməsi; biliklərin saxlanması və 
ötürülməsində yeni texnologiyalar; sosial-iqtisadi şəraitdə alimlərin 
işinin dəyişməsi; akademik yazının unifikasiya normaları. Şifahi 
elmi nitqin növləri: monoloji, dialoji, poliloji. 
Monoloji nitqin 
növləri
: məruzə, elmi referativ məlumat, seminar məşğələdə çıxış, 
şifahi resenziya və ya şifahi rəy, magistrantın buraxılış işinin 
müdafiəsində ixtisas komissiyası qarşısında çıxışı. Dialoji və poliloji 
nitqin növləri: elmi diskussiya, elmi söhbət, yazılı elmi mətnin şifahi 
elmi mətn şəklində təqdimi; publik çıxış, elmi işin nəticələrinin 
elektron təqdimatı (prezentasiyası). Akademik mətnlərin janrları: 
1. Əsas, ilkin janrlar: məqalə, monoqrafiya, dərslik, 
dissertasiya. 2. Sonrakı janrlar: annotasiya, rezyume, avtoreferat, 
tezis, resenziya. Akademik kommunikasiyanı rəsmi-işgüzar 
kommunikasiyadan fərqləri: elmi mətn, rəsmi-işgüzar mətn.

Yüklə 313,61 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin