Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova


-cı mövzu. İşgüzar ünsiyyətin növləri, formaları. Yazılı



Yüklə 313,61 Kb.
Pdf görüntüsü
səhifə19/26
tarix13.12.2023
ölçüsü313,61 Kb.
#176371
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
Kommunikasiya 29.12.22 (2)

6-cı mövzu. İşgüzar ünsiyyətin növləri, formaları. Yazılı 
rəsmi-işgüzar üslub. 
 
İşgüzar ünsiyyət insan həyatının zəruri hissəsi kimi. İnsanın 
əlaqələndirici kommunikator – ünsiyyətin təşəbbüsçüsü kimi əsas 
rəhbərlik funksiyalarını yerinə yetirə bilməsi. İşgüzar ünsiyyətin 
zəruri, arzuolunan, neytral, və arzuolunmayan növləri. İşgüzar 
şəxslərin müxtəlif xidməti pillələrdə insanlarla ünsiyyəti: vertikal
horizontal. İşgüzar ünsiyyətin şifahi və yazılı formaları. Şifahi 
işgüzar ünsiyyətin səciyyəvi cəhətləri, üslubu. Yazılı işgüzar 
ünsiyyətin əsas spesifik cəhətləri. Başqa yazılı üslublardan fərqi, 
xidmət 
sferası: 
xarici 
münasibətlər, 
şəxsi 
əmlakın 
möhkəmləndirilməsi, ticarət. Rəsmi-işgüzar üslubun təminatı: 
ictimai münasibətlərin hüquqi qaydaya salınması. Rəsmi-işgüzar 
üslubun təyinatı: ictimai münasibətlərin hüquqi tənzimlənməsini 
təmin etmək; iştirakçıların qarşılıqlı hüquqi manasibətlərini 
tənzimləmək. Rəsmi-işgüzar üslubun istifadə olunduğu sahələr: 
qanunverici orqanlar, hüquq-mühafizə orqanları, inzibati-təsərrüfat 
sahələri, diplomatik. Rəsmi-işgüzar üsluba verilən ümumi tələblərin 
xüsusi şərtləri: rəsmi xarakter, ünvanlı olması, idarəetmə 
situasiyalarının təkrarlığı, tematik məhdudluq. Rəsmi-işgüzar 
üslubun səciyyəvi cəhətləri: imperativlik, dəqiqlik, obyektiv 
şərhetmə, standart şərhetmə.


28 
7-ci mövzu. İdarəetmə sisteminin sənəd təminatı və 
sənədlərin səciyyəvi xüsusiyyətləri 
 
Dövlət, qeyri-dövlət və özəl idarə, müəssisə, təşkilat və 
qurumlarda idarəetmə prosesini tənzimləyən sənədlər. Dövlət 
standartı ilə təsbit olunan sənədlərin quruluşu, mətninin yazılma 
qaydaları. Dəftərxana işləri anlayışı. Sənəd termininin tərifi. 
Məlumatların qeydə alınmasında istifadə olunan materiallar: kağız, 
fotoplyonka, maqnit lenti və s. Əsas materiala verilən standart 
tələblər. Sənədlərin yazılması və tərtibində tələb olunan standartlar. 
Sənədlərin təsnif olunma meyarları. Sənədlərin sənəd statusu alması 
üçün istifadə olunan rekvizitlər. Rekvizit nədir. Rekvizitlərin 
növləri. İşgüzar mətnlərin məna strukturu. Fiziki şəxslərə aid 
sənədlərin hüququ status almasının şərtləri: ərizənin surəti üzərində 
hansı tarixdə, hansı nömrə ilə, kim tərəfindən qəbul edilməsi 
haqqında qeyd edilməsi. Sənədlərin tərtibi formaları. Sənədlərin 
hazırlanma tarixi haqqında məlumat.

Yüklə 313,61 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin