Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova



Yüklə 313,61 Kb.
Pdf görüntüsü
səhifə22/26
tarix13.12.2023
ölçüsü313,61 Kb.
#176371
1   ...   18   19   20   21   22   23   24   25   26
Kommunikasiya 29.12.22 (2)

12-ci 
mövzu. 
Akademik 
kommunikasiyanın 
etik 
normaları. Akademik nitq etiketləri.
Nitq etiketi anlayışı. Müxtəlif ünsiyyət şəraitində istifadə 
olunan nitq etiketləri vasitələri və qaydaları. Nitq etiketinin milli 
səciyyəsi. Nitq etiketinin ünsiyyətin şəraitinə və parametrlərinə 
uyğun olaraq müəyyən edilməsi. Nitq etiketinin funksiyaları: 
həmsöhbətlər arasında əlaqənin qurulmasına kömək etməsi, adresata 
hörməti təsdiq etmək imkanını göstərməsi, baş verən ünsiyyətin 
statusunu (dostcasına, işgüzar, rəsmi və s.) müəyyən etməsi, 


32 
ünsiyyət üçün əlverişli emosional mühitin formalaşdırılması. Elmi 
akademik ünsiyyətin nitq etiketləri akademik mühitdə səslənən 
nitqin dil vasitələri və etiket normalarının məcmusu kimi. Akademik 
nitq etiketindən istifadə edənin ümumi mədəniyyətinin və elmi 
səviyyəsinin göstəriciləri: şərhetmə tərzi və üslubu, dildən istifadə 
bacarığı. Elmi nitqdə qəbul olunmuş şərhetmə qaydaları, özündən 
əvvəlkilərə istinad və s. məsələlərdə nitq etiketləri sisteminin 
tələbləri.
13-cü mövzu. Akademik yazı. Akademik yazının üslubi 
xüsusiyyətləri. Beynəlxalq akademik yazı normaları.
Akademik yazı akademik kommunikasiyanı reallaşdıran 
başlıca vasitə kimi. Son dövrlər akademik yazının beynəlxalq 
standartlara uyğun tərtib olunması. Akademik yazı qaydaları
yüksək yazı mədəniyyətinin göstəricisi kimi. Beynəlxalq akademik 
yazı qaydaları akademik kommunikasiyanın başlıca vasitəsi kimi 
beynəlxalq standartların tələblərini ödəməli olması. Beynəlxalq 
standartların “ümumi dil” rolu oynaması. Beynəlxalq yazı 
qaydalarının əhəmiyyəti. Akademik mətnlərin müxtəlif janrlarına 
aid veriləcək mövzular: 1. Bakalavr üçün mövzular: rezyume, rəsmi 
məktub, esse, publik çıxış. 2. Magistrantlar üçün mövzular: rəsmi 
məktub, publik çıxış, elmi məclislərdə məruzə, elmi esse, qrant 
layihələrdə iştirak etmək üçün arayış, məqalənin tərtibi (APA Style), 
plagiat və antiplagiat, ingilis və ana dilli elmi sintaksisin səciyyəvi 
xüsusiyyətləri. Annotasiya. Annotasiya nə məqsədlə istifadə olunur, 
annotasiyaların işlənmə tarixi. Rezyume. Rezyumenin səciyyəsi. 
Annotasiya və rezyumenin fərqli cəhətləri, əhəmiyyəti. Giriş və 
nəticə, spesifik xüsusiyyətləri. Akademik yazının elmi, təhsil, və 
pedaqoji kommunikasiyanın yerinə yetirilməsində rolu. Dünyanın 
nüfuzlu elmi məcmuələrində qəbul olunmuş akademik yazı 
prinsipləri. Akademik yazı (academic writing) sisteminin, onun 


33 
elmi-metodiki bazasının işlənib hazırlanmasında ingilisdilli 
ölkələrin yeri.
Elmi cəmiyyət daxilində elmi kommunikasiya vasitəsi 
olan elmi sitatların göstərici kimi məlumat sisteminin mövcudluğu. 
Web of Science (elmi məqalələrin sitat gətirmə İndeksi) üç bazadan 
ibarətdir: (Təbiət elmlərinin sitat gətirmə İndeksi Science Citation 
İndex (SCI), Sosial elmlərin sitat gətirmə İndeksi Sosial Sciense 
Citation İndex (SSCI) və humanitar elmlərdə, ədəbiyyat və 
incəsənətdə sitat gətirmə İndeksi Arts and Humanities Citation 
Index” (AHCI)). 
Azərbaycan təhsilində məsələnin qoyuluşu. Akademik 
yazının janrları: 1. Elmi məqalə, dissertasiya, akademik rəy, 
monoqrafiya və s. 2. Elmi layihənin yazılışı, ensiklopedik məqalə, 
annotasiya və s. Elmi məqalə, dissertasiya, monoqrafiya, resenziya, 
annotasiya, referat, elmi diskussiya, elmi-kütləvi, yaxud elmi-
publisistik janrların şərhi. Akademik yazı üslubunun əsas 
xüsusiyyətləri. Sitatların rolu, sitatlara istinad etmə. Akademik yazı 
qaydalarının mənimsənilməsinin əhəmiyyəti. 

Yüklə 313,61 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin