32
ünsiyyət üçün əlverişli emosional mühitin formalaşdırılması. Elmi
akademik ünsiyyətin nitq etiketləri akademik mühitdə səslənən
nitqin dil vasitələri və etiket normalarının məcmusu kimi. Akademik
nitq etiketindən istifadə edənin ümumi mədəniyyətinin və elmi
səviyyəsinin göstəriciləri:
şərhetmə tərzi və üslubu, dildən istifadə
bacarığı. Elmi nitqdə qəbul olunmuş şərhetmə qaydaları, özündən
əvvəlkilərə istinad və s. məsələlərdə nitq etiketləri sisteminin
tələbləri.
13-cü mövzu. Akademik yazı. Akademik yazının üslubi
xüsusiyyətləri. Beynəlxalq akademik yazı normaları.
Akademik yazı akademik kommunikasiyanı reallaşdıran
başlıca vasitə kimi. Son dövrlər akademik yazının
beynəlxalq
standartlara uyğun tərtib olunması. Akademik yazı qaydaları
yüksək yazı mədəniyyətinin göstəricisi kimi. Beynəlxalq akademik
yazı qaydaları akademik kommunikasiyanın başlıca vasitəsi kimi
beynəlxalq standartların tələblərini ödəməli olması. Beynəlxalq
standartların “ümumi dil” rolu oynaması. Beynəlxalq yazı
qaydalarının əhəmiyyəti. Akademik mətnlərin müxtəlif janrlarına
aid veriləcək mövzular: 1. Bakalavr üçün mövzular: rezyume, rəsmi
məktub, esse, publik çıxış. 2. Magistrantlar üçün mövzular: rəsmi
məktub, publik çıxış,
elmi məclislərdə məruzə, elmi esse, qrant
layihələrdə iştirak etmək üçün arayış, məqalənin tərtibi (APA Style),
plagiat və antiplagiat, ingilis və ana dilli elmi sintaksisin səciyyəvi
xüsusiyyətləri. Annotasiya. Annotasiya nə məqsədlə istifadə olunur,
annotasiyaların işlənmə tarixi. Rezyume. Rezyumenin səciyyəsi.
Annotasiya və rezyumenin fərqli cəhətləri, əhəmiyyəti.
Giriş və
nəticə, spesifik xüsusiyyətləri. Akademik yazının elmi, təhsil, və
pedaqoji kommunikasiyanın yerinə yetirilməsində rolu. Dünyanın
nüfuzlu elmi məcmuələrində qəbul olunmuş akademik yazı
prinsipləri. Akademik yazı (academic writing) sisteminin, onun
33
elmi-metodiki bazasının işlənib hazırlanmasında ingilisdilli
ölkələrin yeri.
Elmi cəmiyyət daxilində elmi kommunikasiya vasitəsi
olan elmi sitatların göstərici kimi məlumat sisteminin mövcudluğu.
Web of Science (elmi məqalələrin sitat gətirmə İndeksi) üç bazadan
ibarətdir: (Təbiət elmlərinin sitat gətirmə İndeksi Science Citation
İndex (SCI), Sosial elmlərin sitat gətirmə İndeksi Sosial Sciense
Citation İndex (SSCI)
və humanitar elmlərdə, ədəbiyyat və
incəsənətdə sitat gətirmə İndeksi Arts and Humanities Citation
Index” (AHCI)).
Azərbaycan təhsilində məsələnin qoyuluşu. Akademik
yazının janrları: 1.
Elmi məqalə, dissertasiya, akademik rəy,
monoqrafiya və s. 2. Elmi layihənin yazılışı, ensiklopedik məqalə,
annotasiya və s. Elmi məqalə, dissertasiya, monoqrafiya, resenziya,
annotasiya, referat, elmi diskussiya,
elmi-kütləvi, yaxud elmi-
publisistik janrların şərhi. Akademik yazı üslubunun əsas
xüsusiyyətləri. Sitatların rolu, sitatlara istinad etmə. Akademik yazı
qaydalarının mənimsənilməsinin əhəmiyyəti.
Dostları ilə paylaş: