2
Tərtibçi:
Mirvari Abbas qızı İsmayılova
Müasir
Azərbaycan
dili kafedrasının
professoru,
filologiya elmləri doktoru.
Elmi redaktor:
Mahirə Nağı qızı Hüseynova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq
Əlaqələr üzrə prorektoru, f.ü.e.d., professor
Rəyçilər:
Könül İbrahim qızı Səmədova
Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Müasir
Azərbaycan dili kafedrasının müdiri, f.ü.f.d.,
dosent
Sayalı Allahverdi qızı Sadıqova
AMEA-nın
Nəsimi
ad.
Dilçilik
İnstitutunun
Terminologiya şöbəsinin müdiri, f.e.d., professor
.
3
İZAHAT VƏRƏQİ
Respublikamızın bütün ali məktəblərində,
eləcə də
Pedaqoji universitetlərdə tədris olunan “Azərbaycan dilində
işgüzar və akademik kommunikasya” fənninin tədrisində nəzəri,
təcrübi məşğələlər nəzərdə tutulmuşdur.
Gələcəyin peşəkar
mütəxəssisi olacaq hər bir kəs ixtisas və peşəsindən asılı
olmayaraq effektiv kommunikasiya vərdişlərinə yiyələnməlidir.
Cəmiyyətin qabaqcıl mütəxəssisinin səviyyəsi,
mədəniyyəti ən
əvvəl onun nitqində, danışıq və yazı üslubunda özünü göstərir.
Mədəni
insanda
hər
şey
gözəl
olmalıdır.
Bunları
istiqamətləndirən başlıca amil isə şifahi və yazılı dil və nitqdir.
Effektiv ünsiyyət vasitəsi
olan nitq alətini öyrənmək, həm də
işgüzar ünsiyyət bacarığını formalaşdırmaqdır.
Digər tərəfdən
istənilən sahə ilə bağlı elmi biliklərin ali məktəbdə qazanılması
akademik kommunikasiyanın funksional səciyyəsini şərh etməyi
tələb edir.
Proqramda fənnin məzmununun qısa təsviri, təşkil
olunacaq dərslərin mövzuları, onların keçirilmə ardıcıllığı öz
əksini tapmışdır. Bu fənn tətbiqi xarakter daşıyır, özündə bir sıra
fundamental elmi araşdırmaların nəticələrinə əsaslanır, işgüzar və
akademik kommunikasiya
nəzəriyyəsi və təcrübəsi, etika,
pedaqogika, psixologiya, məntiq, nitq mədəniyyəti və s. sahələri
əhatə edir.