Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix07.06.2023
ölçüsü0,75 Mb.
#126355
1   2   3   4   5   6   7   8   9   ...   22
Kommunikasiya 29.12.22 (1)

yiyələnməlidir: şəxsi ideyaların yaranması texnologiyasını 



bilmək; mətni modellər əsasında qurmaq bacarığı, qrammatik, 
stilistik, məntiqi, nitq səhvlərinin düzəldilməsi; elmi mətnlərin 
redaktə olunması üsulları, elmi mətnlərin tərtibi prinsirlərinin 
linqvostilistik parametrlərini; akademik yazılara qoyulan 
beynəlxalq norma və tələbləri bilməyə nail olmaq. 
 Vəzifələr: 
- müasir cəmiyyətdə insanın sosial həyatın müxtəlif 
fəaliyyət sahələrinə uyğun, münasib nitqdən istifadə etmək üzrə 
bacarıq və səriştələrə yiyələnməsinin təmin edilməsi;
- məsələni aktuallaşdıran başlıca amil kimi müstəqillik əldə 
etmiş Azərbaycanın beynəlxalq hüququn subyekti kimi 
dövlətlərarası münasibətlərdə müstəqil şəkildə siyasi, iqtisadi, 
elmi forumlarda iştirak etməsinə zəmin yaradılması; 
- qloballaşan dünyanın tələbləri çərçivəsində işgüzar 
aləmdə və elm məkanında beynəlxalq standartlara uyğun işgüzar 
və akademik kommunikasiya qurmaq vərdişlərinə yiyələnməyin 
yollarının müəyyənləşdiilməsi; 
- beynəlxalq hiper elm aləminə inteqrasiya edərək elm 
dünyasında gedən proseslərin öyrənilməsi, elm aləmində öz fikir 
və ideyalarını bölüşmək üçün informasiya-kommunikasiya 
texnologiyalarından istifadə etməklə yanaşı, işgüzar və elm 
adamları ilə “eyni dildə” danışmağın öyrənilməsinin təmin 
edilməsi; 
- işgüzar, elm və təhsil sahəsində ümumi anlaşma üçün 
müəyyən qayda və normaların dünyada qəbul olunmuş vahid 
beynəlxalq 
standartlara 
uyğun 
bacarıqları 
əsasında
tənzimlənməsi; 

müasir 
dövrümüzdə 
işgüzar 
və 
akademik 
kommunikasiyanın geniş spektri nəzərə alınaraq ona aid bilik və 
bacarıqların mənimsənilməsi, praktikada uğurlu tətbiqi üçün 
vacib olan şərtlərin nəzəri cəhətdən işlənib hazırlanması. 



Bunun üçün bakalavr və magistrantlar bacarmalıdır: 
mətnin elementlərini təşkil etmənin məntiqi sıralanması, işgüzar 
və elmi akademik mətn üzərində işləyərkən müxtəlif model və 
texnologiyalardan istifadə etmək, mətnin adresat tərəfindən 
qavranılması faktorunu nəzərə almaq, başqasının fikirlərinə 
hörmət etmək və başa düşmək, problemi şəxsi fərziyyəyə görə 
əsaslandırmaq, tezisin xülasəsin vermək, mətni fərziyyədən 
nəticəyə qədər sıralamaq, müxtəlif mənbələrdən informasiyanı 
seçmək, ümumiləşdirmək, istifadə etmək, tənqidi yanaşmaq, 
arqumentləşdirmək, müxtəlif plagiatlardan uzaq durmaq, mətni 
nitqin elmi üslubunun normalarına uyğun məzmunlu, tam və 
məntiqi əlaqəli qurmaq, öz fikirlərini aydın və dəqiq ədəbi dildə 
ifadə etmək. 
- işgüzar və akademik kommunikasiyanın, etalon elmi 
mətnlərin linqvostilistik parametrləri bilinməlidir; 
- elmi axtarışların nəticələrini məruzə və ya təqdimat 
şəklində prezentasiyasının təqdim edilməsi, mətnin elementlərini 
təşkil etmənin məntiqi sıralanması, işgüzar və elmi akademik 
mətn üzərində işləyərkən müxtəlif model və texnologiyalardan 
istifadə etmək bacarılmalıdır; 
- mətnin adresat tərəfindən qavranılması faktorunu nəzərə 
almaq, başqasının fikirlərinə hörmət etmək və başa düşmək, 
problem şəxsi fərziyyəyə görə əsaslandırilmalıdır; 
- tezisin xülasəsini vermək, mətni fərziyyədən nəticəyə 
qədər sıralamaq, müxtəlif mənbələrdən informasiyanı seçmək, 
ümumiləşdirmək, 
istifadə 
etmək, 
tənqidi 
yanaşmaq, 
arqumentləşdirmək, müxtəlif plagiatlardan uzaq durmaq, mətni 
nitqin elmi üslubunun normalarına uyğun məzmunlu, tam və 
məntiqi əlaqəli qurmaq, öz fikirlərini aydın və dəqiq ədəbi dildə 
ifadə etmək bacarıqları əldə olunmalıdır. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin