Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova


Təhsil proqramının strukturunda fənnin yeri



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix07.06.2023
ölçüsü0,75 Mb.
#126355
1   2   3   4   5   6   7   8   9   ...   22
Kommunikasiya 29.12.22 (1)

Təhsil proqramının strukturunda fənnin yeri. 
050501 – “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” 
ixtisasında “Azərbaycan dilində işgüzar və akademik 
kommunikasiya” fənni ixtisas fənləri bölümünə daxil olub 
işgüzar və akademik kommunikasiyanın elmi-nəzəri məsələləri 
üzrə sistemli biliklər verir, yeni dərs modellərinin, müasir 
texnologiyaların təcrübədə tətbiqi üzrə zəruri bacarıqlar 
formalaşdırır, ixtisas və peşəsindən asılı olmayaraq işgüzar və 



akademik 
kommunikativlik 
səriştəliliyin 
mənimsədilməsi 
yollarını, metodikasını öyrədir. 
 Proqramın 
istiqaməti. Ali məktəblərin müxtəlif 
istiqamətli təbiət, texniki, humanitar elmləri əhatə edən 
fakültələrində tədrisi nəzərdə tutulmuş bu fənn tətbiqi xarakter 
daşıyır, işgüzar və akademik kommunikasiyanı şərh edən nəzəri 
və təcrübi məsələləri, Azərbaycan ədəbi dilinin norma və 
üslublarının, etika, ümumi və sosial psixologiya, saentologiya, 
xarici dil (ingilis dili), məntiq, nitq mədəniyyətinin bir çox 
məsələlərinin öyrədilməsini nəzərdə tutur. 
Fənnin hədəfi və məqsədi. İşgüzar və akademik 
kommunikasiyaya dair qəbul olunmuş beynəlxalq standartların 
əsaslarını, nəzəri və praktik məsələləri, ali məktəblərdə ictimai 
münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi, sosial normaların 
dövlət mühafizəsi və qanunla tənzim edilməsi üçün müəyyən 
olunmuş normaların əsaslarının mənimsədilməsi, akademik 
mətnlərin müxtəlif janrlarının tərtibi haqqında bilikləri, onların 
redaktəsi; şəxsi ideyaların yaranması bacarığını inkişaf 
etdirilməsini, onun elmi mətn şəklində korrekt üslubda tərtibi və 
s. öyrədilməsini nəzərdə tutur. Bu bacarıqlara yiyələnmək üçün 
müəyyən şərtlər mövcuddur: 
İlkin şərtlər Azərbaycan ədəbi dili və nitq mədəniyyətinin 
baza anlayışlarına aid biliklərin aşılanması; 
Sonrakı şərtlər dil və kommunikativ səriştəliliyin 
formalaşdırılması və onların peşəkar fəaliyyətdə realizə 
olunması: bakalavr və magistrantların beynəlxalq elmi jurnalların 
tələblərinə cavab verən elmi məqalələr yazmaq bacarığı, qrant 
layihələrə arayış hazırlamaq bacarığı, elmi araşdırmaların 
müxtəlif səviyyəli konfranslarda nəticələrini təqdim etmək 
səriştəsi. 
Bunun üçün tələbələr aşağıdakı bilik, bacarıq və vərdişlərə 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin